Görülən və görüləçək işlərin təqdimatı
31.03.2023 [11:12]
Martın 28-də dövlət başçısı İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul etdi. Bu qəbul Azərbaycanın tarixi Zəfərinə gedən yolun təhlili, işğaldan azad edilmiş ərazilərimizdə, o cümlədən Laçın rayonunda görülən və görüləçək işlərin təqdimatı ilə diqqətdə oldu. Laçın hazırda həyatının bərpa-quruculuq dövrünü yaşayır. Nəzərə alsaq ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu il laçınlıların Laçına qayıdacaqlarını böyük əminliklə bəyan edib, bu, artıq cari ildə görülən işlərin ölçüyəgəlməzliyi barədə aydın təsəvvür yaradır. 2020-ci il 1 dekabr tarixində Laçının boşaldılmasından sonra rayonun yenidən qurulması ilə bağlı işlərə start verilmişdir. Lakin Laçın şəhərinin yenidən qurulması keçən ilin avqustun 26-dan icra edilir. Birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, yaxud tamamilə əsaslı təmir olunur. 30-dan çox ictimai bina inşa edilir. Qəbulda cənab İlham Əliyev bu hədəfi açıqladı: “Mənim göstərişimlə bütün bu işləri biz bu ilin sonuna qədər başa çatdırmalıyıq, bu, sadəcə, birinci mərhələ olacaq. Bu evlərin sayı göstərir ki, minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar.” Görüləcək işlər sırasında onu da qeyd edək ki, Laçın şəhərində Heydər Əliyev Fondunun xətti ilə məscid inşa ediləcək. Məscidin təməli dövlət başçısı İlham Əliyevin rayona səfəri zamanı qoyulub və dini məbədimiz yaxın gələcəkdə inşa ediləcək. Zabux və Sus kəndlərinin tamamilə yenidən qurulması prosesinə start verilib. Zabux kəndində 1000-dən çox, Sus kəndində isə 300-dən çox sakin yaşayacaq. Bununla yanaşı, dövlət başçısı İlham Əliyev tərəfindən Güləbird və Qorçu kəndlərinin Baş planı təsdiqlənib. Birinci mərhələdə Güləbird kəndində 2400, Qorçu kəndində isə 1300 sakinin yerləşməsi nəzərdə tutulur. Statistik rəqəmlər yaxın gələcəkdə - bu il və gələn il Laçın rayonuna təqribən 10 minə yaxın, bəlkə də çox keçmiş köçkünün yerləşdiriləcəyinə əminlik yaradır. Laçın şəhərinin bütün infrastrukturu yenidən qurulur. Su, elektrik enerjisi xətləri, yollar çəkilir. Laçın şəhərinin bütün daxili yolları yenidən qurulur. Laçın şəhərinin memarlıq üslubu göz oxşayır. Onu da qeyd edək ki, işğaldan azad edilmiş ərazilərimizdə inşa edilən 3 Beynəlxalq Hava Limanından biri Laçın rayonu ərazisindədir. Dövlət başçısı İlham Əliyev qeyd edilən qəbulda bu məqama xüsusi diqqət yöönəltdi. “Laçın rayonunda beynəlxalq hava limanı inşa edilir. O bölgədə heç vaxt hava limanı olmamışdır və hava limanının yerini müəyyən edərkən böyük çətinliklərlə üzləşmişdik” söyləyən cənab İlham Əliyev bildirdi ki, çünki orada uçuş-enmə zolağının inşası üçün düz yer tapmaq mümkün olmadı: “Biz dağları kəsərək və böyük torpaq işlərini həyata keçirərək bütün dağlıq ərazilərdə, dağlarla əhatə olunan ərazilərdə beynəlxalq hava limanı inşa edirik. Yəqin ki, gələn ilin sonunda, ya da 2025-ci ilin əvvəllərində hava limanı istismara veriləcək.” Dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə başlanan ilk gündən bu çağırışı etdi ki, soydaşlarımızın rahat yaşayışı üçün bütün zəruri işlər görüləcək. İnfrastruktur tamamilə yenidən qurulur, müasir tələblərə uyğunlaşdırılır. Hər bir yenilik bu torpaqlarda aparılan işlərdə özünün aydın ifadəsini tapır. Azərbaycan dünyaya səs salan yenilikləri sırasında “ağıllı şəhər” və “ağıllı kənd” layihələri ilə də diqqətdədir. Füsunkar təbiətə malik olan Laçın rayonu tezliklə böyük turizm məkanı kimi diqqətdə olacaq.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

