Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycan “yaşıl enerji” sahəsində böyük uğurlara imza atacaq

Azərbaycan “yaşıl enerji” sahəsində böyük uğurlara imza atacaq

15.03.2023 [10:42]

Cari ilin mart ayının 9-da Respublikamız növbəti beynəlxalq tədbirə - X Qlobal Bakı Forumuna ev sahibliyi edib. “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda keçirilən budəfəki Foruma da qlobal miqyasda maraq olduqca böyük olub. Bunu Forumda iştirak etmək üçün Azərbaycana 4 prezidentin, 2 baş nazirin, 6 spiker və nazirin, BMT-nin 5 qurumunun rəhbərliklərinin, 25 sabiq prezidentin, 21 sabiq baş nazirin səfəri də təsdiq edir. Ümumilikdə Forumda 61 ölkədən 360-dək nümayəndə iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib. Cənab Prezident çıxışında bildirib ki, "Azərbaycan yaşıl hidrogen ixrac etməyi planlaşdırır". Beynəlxalq Maliyyə Korporasiyasının Xəzər dənizində külək potensialının yekun qiymətləndirməsini apardığını söyləyən dövlət başçısı bildirib ki, bu potensial 157 qiqavat təşkil edir. Hazırda iki stansiya inşa edilir – 470 meqavatlıq günəş və külək. Üçüncü stansiyanın inşası yaxın vaxtlarda başlayacaq, o da bizə təqribən 240 meqavat əlavə güc verəcək. Xarici investorlarla imzalanmış sənədlər əsasında 25 qiqavata qədər günəş və külək elektrik enerjisi stansiyalarının inşası nəzərdə tutulur bunların böyük hissəsi Xəzər dənizində, bir neçəsi isə quru sahələrdə olacaq.

Ümumiyyətlə, Azərbaycan enerji sahəsində son üç ildə böyük addımlar atır. Burada "yaşıl enerji" sahəsində görülən işləri də xüsusilə vurğulamaq lazımdır. Azərbaycan regionda enerji ixrac edən ölkələr arasında öndə gedir və bu, ölkəmizə həm iqtisadi, həm də, siyasi güc verir. Azərbaycan elektrik enerjisini artıq qonşu ölkələrə, o cümlədən, Avropaya ixrac edə bilir və ixrac potensialı, ixracat ildən-ilə artır.

“Yaşıl Enerji” yə keçid müasir dövrün əsas hədəflərindən biridir. Azərbaycanda da bu sahəyə xüsusi diqqət göstərilir. 2030-cu ilədək elektrik enerjisi qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırılması, işğaldan azad olunmuş ərazilərin “Yaşıl Enerji” Zonasına çevrilməsi ölkəmizin enerji siyasətində bir nömrəli prioritetdir.

Prezident İlham Əliyev işğaldan azad edilmiş əraziləri – 10 min kvadratkilometr ərazini “yaşıl enerji” zonası elan edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərlə bağlı müəyyən etdiyi iqtisadi inkişaf kursunda bu ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi əsas istiqamətlərdən biri hesab olunur.

Yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı Azərbaycanın önəmini daha da artırır. Yaşıl enerji ilə bağlı olan və artıq icra olunan layihələr bizi Avropa üçün daha da yaxın edəcək. Hazırda Azərbaycan Avropa İttifaqı ilə enerji sahəsində fəal əməkdaşlıq edir. 

Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünyada böyük nüfuz qazanan Azərbaycan artıq ən mühüm mövzuların müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi tanınır. Əminik ki, təməli qoyulan yeni stansiya nəzərdə tutulmuş vaxtda inşa ediləcək və həm ölkəmizin enerji potensialını gücləndirəcək, ixrac imkanlarımızı gücləndirəcək və həm də xarici tərəfdaşlarla yeni, gələcək layihələrə yol açacaqdır. Həmçinin bu stansiya Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaq, yüzlərlə yeni iş yerləri yaranacaq və beləliklə, Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatı ödəyəcək, eyni zamanda, həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq

Varis Rüstəmov,

YAP Sabirabad rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 479 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31