Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib

“Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib

15.03.2023 [10:38]

Kəlbəcər rayon İcra Hakimiyyətinin, YAP Kəlbəcər rayon Təşkilatının  və Kəlbəcər rayon Uşaq İncəsənət məktəbinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində konsert proqramı təşkil edilib.

Kəlbəcər rayon Mədəniyyət sarayında keçirilən tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı aparatının əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayon ictimaiyyəti və sakinlər  iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Mədəniyyət sarayının foyesində Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitab və rəsm sərgisinə baxış keçiriblər.Daha sonra  Ümumilli Liderimiz Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğurunda canlarından keçən vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yadd edilib.Tədbir Kəlbəcər rayon Uşaq İncəsənət məktəbinin hazırladığı konsert proqramı ilə davam edib.
Qeydə edək ki, “Heydər Əliyev İli” çərçivəsində Kəlbəcər rayonunda silsilə tədbirlər davam etdiriləcəkdir.

Paylaş:
Baxılıb: 534 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31