/ / Azərbaycanın bugünkü inkişafının və tərəqqisinin təməl prinsipində Heydər Əliyev siyasi kursu dayanır
Azərbaycanın bugünkü inkişafının və tərəqqisinin təməl prinsipində Heydər Əliyev siyasi kursu dayanır
07.03.2023 [11:15]
YAP Ağdam rayon təşkilatının sədri
Mansur Quliyev
Müstəqil, demokratik Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri və xalq, vətən qarşısında misilsiz xidmətləri vardır. Müstəqilliyin ilk illərində ölkənin məruz qaldığı hərbi təcavüz, onun ağır nəticələri, habelə ölkə daxilində vətəndaş müharibəsinin reallığa çevrildiyi bir şəraitdə xalqımızın yeganə ümid yeri Ulu Öndər Heydər Əliyevlə bağlı olmuşdur. Azərbaycanın bugünkü inkişafının və tərəqqisinin təməl prinsipində Ulu Öndər Heydər Əliyev siyasi kursu dayanır. 1993-cu ilin iyununda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə müsbət dəyişikliklərin əsası qoyuldu. Məhz Ulu Öndər Heydər Əliyev dühası və qətiyyəti sayəsində müstəqil Azərbaycan dövləti məhv olmaq təhlükəsindən qurtuldu. Ölkənin bu cür çətin və təhlükəli sınaqlar qarşısında qaldığı bir dövrdə xalqının səsinə səs verən Ulu Öndər Heydər Əliyev 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya qayıtdı. İyunun 15-də Ulu Öndər Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bunun ardınca isə yaranmış siyasi zərurətdən asılı olaraq iyun ayının 24-də Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Ömrünün böyük bir hissəsini öz xalqına həsr edən Ümummilli Lider Heydər Əliyev bu cür mürəkkəb bir dönəmdə bütün məsuliyyəti öz üzərinə götürdü və dövlətçiliyimizin qorunub saxlanılması istiqamətində mühüm zəruri tədbirlər görməyə başladı. Bu gün sülh və əminamanlıq içində yaşadığımız müstəqil Azərbaycan dövləti Ulu Öndərimiz Heydər Əliyevin şah əsəridir və xalq öz xilaskar oğlu ilə hər zaman qürur duymaqdadır.
Ulu Öndər Heydər Əliyev Dühası öz fəaliyyəti ilə Vətənə sədaqətli xidmətin əyani nümunələrini yaratmışdır. Xalqın böyük sevgisini qazanan, Azərbaycanın xilaskarına çevrilən Ulu Öndər Heydər Əliyev xalqımızın yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaqdır.
Ata vəsiyyətini layiqincə yerinə yetirən Müzəffər Ali Baş Komandan, Prezident Cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin bu fikrini 44 günlük şanlı Vətən müharibəsi zamanı döyüş meydanında tamamladı və tarixi ədaləti bərpa etdi. Qeyd edək ki, Ümummilli Liderin hərtərəfli uzaqgörən siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Məhz bu uğurlu siyasi kursun məntiqi nəticəsidir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında dövlətimiz 44 günlük Vətən Müharibəsində mütləq Qələbə qazandı və torpaqlarımızın ərazi bütövlüyü təmin edildi.
Bu gün hər bir Azərbaycan vətəndaşı, hər bir insan yaxşı bilir ki, 20 illik rəhbərliyi dövründə hörmətli Prezidentimiz Cənab İlham Əliyev Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olduğunu, Azərbaycan tarixinə qurucu dövlət başçısı kimi daxil olduğunu, Azərbaycanın Cənubi Qafqazın ən güclü müasir və moderin dövlətinə çevirməyi bacaran dövlət başçısı olduğunu və hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu sübuta yetirdi.Bəli, 44 günlük Vətən müharibəsi xalqımızın birliyini, ordumuzun qüdrətini və ən əsası Müzəffər Ali Baş Komandanımız Cənab İlham Əliyevin qətiyyətini, əsl liderlik bacarığını bir daha dünyaya nümayiş etdirdi. Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra regionda və bölgədə yeni reallıqlar yaratdı.
Qazanılan bütün bu son uğurlar bir daha onu təsdiqləyir ki, Azərbaycan Heydər Əliyevin qoyduğu yolla gedərək, inkişaf etmiş ölkələr sırasında nufuzunu qoruyacaq.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17

