"Xocalı şəhidlərinə ehtiram - gəncliyimiz Heydər Əliyevin izi ilə" adlı tədbir keçirilib
27.02.2023 [10:20]
YAP Kəlbəcər rayon təşkilatı, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər rayon sektoru, Kəlbəcər rayon Gənclər və İdman idarəsi, Kəlbəcər rayon 99 saylı tam orta məktəbinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev İli" çərçivəsində 24 Fevral 2023-cü il tarixində Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş "Xocalı şəhidlərinə ehtiram - gəncliyimiz Heydər Əliyevin izi ilə" adlı tədbir keçirilib.
Gəncə şəhəri 600 evlilik qəsəbədə yerləşən Xocalı faciəsinin qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksinin önündə keçirilən tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər sektorunun müdiri, Ərazi Partiya təşkilatının sədri Namiq Rəcəbov, Kəlbəcər rayon Gənclər və İdman idarəsinin rəisi Musa Mamedov, 99 saylı Kəlbəcər rayon tam orta məktəbinin direktoru İsmət Nəcəfov, məktəbin şagirdləri və təhsil işçiləri iştirak edirdilər.
Tədbir iştirakçıları abidəni ziyarət edib önünə gül dəstələri düzdülər. Xocalı soyqırımında, o cümlədən, Vətən uğrunda şəhid olan oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxışında 1992-ci il fevralın 26-a keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün beynəlxalq hüquq normalarını pozaraq, Xocalıya ağır hərbi texnika yeritdiyini, şəhərin əhalisinə qarşı misli görünməmiş qəddarlıqla divan tutduğunu diqqətə çatdırıb. Qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində ciddi addımlar atılıb, genişmiqyaslı tədbirlər həyata keçirilib. Bu qanlı faciənin soyqırımı aktı kimi tanınması istiqamətində görülən silsilə tədbirlərin davamı olaraq, Azərbaycanın I Vitse Prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası bu soyqırımın təkcə xalqımıza qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə yönələn ən ağır cinayətlərdən biri kimi tanıdılması baxımından yüksək qiymətə layiqdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsi 2020-ci ili Azərbaycan tarixinə Zəfər ili kimi yazdı. Bu gün xalqımız Bakıdakı “Ana harayı” abidəsini alnıaçıq, başı uca ziyarət edir, çünki düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb. Artıq Xocalı soyqırımının anım günü Azərbaycan xalqının birliyinin, milli təəssübkeşliyinin simvoluna çevrilib.
Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər sektorunun müdiri, Təhsil üzrə Ərazi Partiya təşkilatının sədri Namiq Rəcəbov bildirdi ki, uzun illərdir ki, Azərbaycan dövləti Xocalı faciəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, onun soyqırım kimi tanıdılması istiqamətində sistemli iş aparıb. Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımın əsl mahiyyəti yalnız Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlanıb və hüquqi-siyasi qiymət verilib. Prezident İlham Əliyev Xocalı soyqırımını törədənlərin ifşa olunmasını və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılmasını Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Eləcə də, Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, bu soyqırıma obyektiv qiymət verilməsi məqsədilə davamlı addımlar atılır.
Kəlbəcər rayon Gənclər və İdman İdarəsinin rəisi Musa Mamedov Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı, eyni zamanda əsrlər boyu keçdiyi mübarizə və azadlıq yolu olduğunu deyib. O, Xocalı soyqırımı nəticəsində vətəndaşlarımızla yanaşı, şəhərlərimiz, kəndlərimiz, mədəni abidələrimizin də məhv edildiyini vurğulayıb. Musa Mamedov ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin gərgin əməyi nəticəsində hazırda dünyanın əksər dövlətlərinin Xocalı qətliamını əsl soyqırım kimi tanıdığını vurğulayıb.
Kəlbəcər rayon 99 saylı tam orta məktəbin direktoru İsmət Nəcəfov çıxışında bildirdi ki, Xocalı soyqırımı nəticəsində şəhərin 5379 nəfər sakini zorakılıqla qovuldu, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qaldı (onlardan 150 nəfərin, o cümlədən, 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı, 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirdi, 613 nəfər, o cümlədən, 63 uşaq, 106 qadın və 70 qoca işgəncə verilməklə vəhşicəsinə öldürüldü. Xocalı soyqırımının ölkəmizdə silsilə tədbirlərlə qeyd edildiyini, keçirilən tədbirlərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlər, faciələr və soyqırımların real faktlar əsasında gənc nəslə, geniş ictimaiyyətə çatdırıldığını bildirib. Sonda məktəblilər Xocalı soyqırımına həsr olunmuş ədəbi - bədii kompazisiya ilə çıxış etdilər.
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

