Qaradağ Rayonunun Lökbatan qəsəbəsində elmi-praktik konfrans keçirib
23.02.2023 [17:36]
22 fevral 2023-cü il tarixində Qaradağ Rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzinin böyük akt zalında rayon icra hakimiyyətinin təşəbbüsü ilə AMEA Fəlsəfə və Sosiologiya İnstitutu ilə YAP Qaradağ rayon təşkilatı birgə “Heydər Əliyevin azərbaycançılıq ideyası və multikulturalizm” mövzusunda elmi-praktik konfrans keçirib.
Konfransda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, rayon icra hakimiyyəti başçısı yanında şura üzvləri, YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, başçının müavinləri və şöbə müdirləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, İnstitutun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli, İnstitutun “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsinin baş elmi işçisi, fəlsəfə elmləri doktoru Ziba Ağayeva, İnstitutun “İdrak nəzəriyyəsi” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov, İnstitutun “Məntiq” şöbəsinin elmi işçisi Vüsalə Gülmalıyeva və rayon gəncləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
İlk öncə Qaradağ rayonunda Heydər Əliyev Mərkəzinin binası önündə Ulu Öndərin abidəsi ziyarət olunub və gül dəstələri qoyularaq əziz xatirəsi ehtiramla yad edilib.
Daha sonra tədbir iştirakçıları Ulu Öndərin, Şəhidlərimizin və Türkiyədə zəlzələ nəticəsində dünyasını dəyişmiş qardaş və bacılarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov konfransı açaraq gələn qonaqları salamlayıb. O öz çıxışında bildirdi ki, cari ilin mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 29 sentyabr 2022-ci il tarixdə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncam Heydər Əliyev şəxsiyyətinə, onun tarixi xidmətlərinə dövlət səviyyəsində verilən qiymətdir.
YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev öz çıxışında qeyd edib ki, Azərbaycan xalqı təbiəti etibarı ilə multikultural xalqdır. Lakin bizim beynəlmiləlçiliyimizdən və multikulturallığımızdan mənfur düşmən istifadə edib torpaqlarımıza göz tikdi. O vaxtkı "romantik beynəlmiləlçi" olan Azərbaycan rəhbəri Əbdülrəhman Vəzirov "muştuluğumu verin, ermənilər Bakıya qayıdıb".-deyirdi. Ermənilər Qərbi Azərbaycandan və Qarabağdan Azərbaycanlıları qovub çıxarırdı, bizim o vaxtkı rəhbərlərimiz isə beynəlmiləlçilikdən bəhs edirdilər. O vaxtlar beynəlmiləlçilik adı altında başımızın altına yastıq qoyulurdu. Lakin ümummilli lider Heydər Əliyevin dövründə və həmin siyasi kursunun davamçısı olan Azərbaycan prezidenti İlham Əliyevin hakimiyyəti dəvründə, xüsusilə 44 günlük qələbədən sonra multikulturalizm Azərbaycanda real məzmun kəsb edir.Bu gün gənclərimiz ilk öncə milli-mənəvi və dini ruhda tərbiyə olunur və eyni zamanda multikulturalizm sahəsində ənənələr qorunub saxlanılır. Biz indi gənclərə özünü tanıya-tanıya, öz milli-mənəvi dəyərlərini qoruya-qoruya şüurlu və "real multikulturalizm" dəyərlərini təbliğ edirik və bu, dövlət siyasətinin əsas prioritetlərindən biridir.
Elmi-nəzəri konfransda Azərbaycan EA-sı Fəlsəfə və Sosiologiya İnstitunun Baş direktoru,fəlsəfə elmləri doktoru, Professor İlham Məmmədzadə “Heydər Əliyevin azərbaycançılıq ideologiyasının əsasları və multikulturallıq”, həmin institutun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli “Heydər Əliyevin “Bir millət – iki dövlət” düsturu və Azərbaycan-Türkiyə birliyi”, fəlsəfə elmləri doktoru Ziba Ağayeva “Azərbaycanda multikulturalizm və milli-mənəvi dəyərlər”, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov “Heydər Əliyevin dövlətçilik kursunda siyasi varislik və yeni liderlik”, elmi işçi Vüsalə Süleymanova isə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzularında ətraflı çıxış etdilər.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qonaqlara və tədbir iştirakçılarına təşəkkürünü bildirdi və tədbiri yekunlaşdırdı.
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

