Pirallahı rayonunda “Xocalı soyqırımı- tarixin qan yaddaşı” adlı tədbir keçirilib
22.02.2023 [13:24]
21 fevral 2023-cü il tarixində Pirallahı rayonunda yerləşən 4 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzində Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı “Xocalı soyqırımı-tarixin qan yaddaşı” adlı tədbir keçirilmişdir. Tədbirdə YAP Pirallahı rayon Təşkilatının sədri Emil Abasov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev, “4 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi” PHŞ-nin direktoru Gülarə Quluzadə, mərkəzin pedaqoji kollektivi və məktəblilər iştirak etdilər.
Tədbir iştirakçıları tərəfindən mərkəzdə fəaliyyət göstərən dərnək üzvlərinin Xocalı soyqırımına həsr olunmuş sərgisinə baxış keçirilmişdir.
Tədbirin açılışında dövlət himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edən YAP Pirallahı rayon Təşkilatının sədri Emil Abasov bildirib ki, xalqımızın və bəşəriyyətin tarixinə faciə kimi daxil olmuş Xocalı soyqırımından 31 il keçir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən kütləvi qətl hadisəsi, Ermənistanın işğalçılıq siyasətinin nəticəsində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətlərin ən dəhşətlisi idi. Həmin gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq, mühasirədəki Xocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeridib, onlara misli görünməmiş qəddarlıqla divan tutub, şəhər yerlə-yeksan edilib. Nəticədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər dinc azərbaycanlı amansızcasına qətlə yetirilib, 1275 nəfər əsir götürülüb. Natiq çıxışı zamanı bildirdi ki, Vətən müharibəsində Ermənistan bir daha öz qanlı əməllərini, sülhə, təhlükəsizliyə təhdid olan niyyətlərini yenidən gerçəkləşdirməyə cəhd etdi. Murdar və çirkin əməllərindən əl çəkməyən, hər fürsətdə təxribatçı və fitnəkar hərəkərlərə əl atan, işğalçılıq və təcavüzkarlıq siyasətini davam etdirən Ermənistan, quldur erməni silahlı birləşməşləri növbəti dəfə və bütövlükdə atəşkəs rejimini pozdu, qanlı əməllərini, sülhə, təhlükəsizliyə təhdid olan niyyətlərini yenidən gerçəkləşdirməyə cəhd etdi. Lakin Müzəffər Ali Baş Komandan, möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun sərt üzü ilə qarşılaşdı. Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan Ordusu bir andaca yenidən səfərbər və tək yumruq oldu. Biz illərdir bu anı gözlədik Xocalının intiqamını bu birliyimizlə aldıq. Ermənistana layiq olduğu yer göstərildi.
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev çıxış edərək bildirmişdir ki, Xocalı soyqırımına siyasi qiymətin verilməsi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü ilə 1994-cü ildə Milli Məclis hər il fevralın 26-sının “Xocalı soyqırımı günü” kimi yad olunması barədə qərar, 1995-ci ildə dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı müraciət qəbul edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xocalı soyqırımının bütün dünyada tanıdılması, Azərbaycan reallıqlarının dünyanın hər yerinə yayılması, beynəlxalq aləmin bu faciədən xəbərdar olması istiqamətində çoxşaxəli işlər görmüşdür. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” kampaniyası dünyanın bir çox ölkələrində keçirilir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti və Şanlı ordumuzun əzmi sayəsində 44 günlük Vətən Müharibəsi nəticəsində qazanılan Zəfərlə Xocalı şəhidlərinin qisası alınmışdır. Azərbaycan xalqının heç vaxt bu faciəni unutmayacağını söyləyən A.Abdullayev bildirmişdir ki, Azərbaycan xalqı həmişə Xocalı soyqırımı qurbanlarının xatirəsini əziz tutur, xalqımıza qarşı törədilmiş bu qətliamın ideoloqlarını, təşkilatçılarını və icraçılarını nifrətlə lənətləyir.
Tədbirin sonunda “4 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi” PHŞ tərəfindən hazırlanan Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş olunmuş, məktəblilər tərəfindən Xocalı soyqırımına həsr olunmuş şerlər və kompozisiyalar səsləndirilmişdir.
Xəbər lenti
Hamısına baxDünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36

