Azərbaycan öz imkanlarından tam istifadə edərək daha böyük addımlar atacaq
16.02.2023 [11:39]
Sirr deyil ki, bu gün, Azərbaycan enerji ixrac edən ölkəyə çevrilməkdədir. Ölkəmiz, artıq neft və qaz məhsulları ilə yanaşı, enerji layihələrində, o cümlədən, bərpaolunan enerji mənbələrinin istismarı, şaxələndirilməsi sahəsində regionun əsas mərkəzi kimi çıxış edir. Hazırda, enerji sahəsində imzalanan sazişlər, yeni enerji güclərinin təməlinin qoyulması Azərbaycanın Avropa regionuna qaz və neft məhsulları ilə yanaşı, gələcəkdə "yaşıl enerji" ixracında da rolunu artıracaq. Respublikamız bölgədə bütün növ enerji mənbələri üzrə aparıcı dövlətlərdən birinə çevriləcək. Azərbaycan çox böyük "yaşıl enerji" potensialına da malikdir. Dənizdə külək enerjisinin potensialı 157 qiqavat, quruda külək və günəş enerjisinin potensialı 27 qiqavatdır, işğaldan azad edilmiş torpaqlarda isə bu ehtiyatlar 10 qiqavata yaxındır. Bu resursların istehsalı üçün Azərbaycan dünyanın ən nüfuzlu investorları ilə sazişlər imzalayıb. "Masdar" şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti arasında külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşma sənədi imzalanıb. Eləcə də "Fortescue" şirkəti ilə əməkdaşlıq sazişinə imza atılıb. Həmçinin, "ACWA Power" şirkəti 2,5 qiqavat enerji istehsal edəcək. Bu, onu göstərir ki, Azərbaycan Avropaya həm də, "yaşıl enerji" ixrac edə biləcək. Artıq bununla bağlı 2022-ci il dekabr ayının 17-də Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair saziş də imzalanıb. Bu marşrut Azərbaycanı bərpaolunan enerji sahəsində də çox mühüm ixrac mənbəyinə çevirəcək. Azərbaycan istehsala dünyadakı qabaqcıl texnologiyaları tətbiq edir. Ümumiyyətlə, Azərbaycan enerji sahəsində son iki ildə böyük addımlar atır. Burada "yaşıl enerji" sahəsində görülən işləri də xüsusilə vurğulamaq lazımdır. Azərbaycan regionda enerji ixrac edən ölkələr arasında öndə gedir və bu, ölkəmizə həm iqtisadi, həm də, siyasi güc verir. Azərbaycan elektrik enerjisini artıq qonşu ölkələrə, o cümlədən, Avropaya ixrac edə bilir və ixrac potensialı, ixracat ildən-ilə artır. Bütün bunlar, ölkə Prezidenti İlham Əliyevin praqmatik siyasətinin göstəriciləridir. Bizi dəstəkləyən ölkələri iqtisadi tərəfdən də özümüzə yaxın hesab edirik. İqtisadi layihələrdə maraqlar artanda siyasi dəstək də artır. Bu, beynəlxalq siyasətdə ən uğurlu addımlardan biridir...
Müşfiq Səfərov.
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

