Düşünülmüş enerji strategiyası
15.02.2023 [14:56]
İtaliya ölkəmizin strateji tərəfdaşıdır. Belə ki, İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanmış, yüksək səviyyəli qarşılıqlı səfərlər təşkil edilmişdir. Ölkələrimiz arasında olan yüksək səviyyəli əlaqələr bir çox sahələri əhatə edir.
Hazırda Bakıda Azərbaycan-İtaliya Universitetinin yeni binası inşa edilir. Həmçinin azad edilmiş torpaqlarda dini abidələrin bərpası və tikintisi, qələbə muzeylərinin tikintisi və dizaynı kimi bərpa-yenidənqurma işlərində İtaliya şirkətləri çox fəal iştirak edirlər. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Azərbaycanla İtaliya arasında energretika sahəsində əməkdaşlıq isə ənənəvi xarakter daşıyır.
Fevralın 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxışı zamanı Prezident cənab İlham Əliyev İtaliya-Azərbaycan əlaqələri haqqında danışarkən qeyd etdi ki, bu əlaqələr təkcə iki ölkənin maraqlarını təmin etmir, eyni zamanda, böyük coğrafiyanın maraqlarını təmin edir. Məlum olduğu kimi Azərbaycan neftinin böyük hissəsi İtaliya bazarına çatdırılır və iki ildən artıqdır ki, Azərbaycan qazı İtaliya bazarına çatdırılır. TAP layihəsi Azərbaycan və İtaliyanın birgə uğurudur. Cənub Qaz Dəhlizinin başlanğıcı Azərbaycanın Xəzər dənizindəki sektorudursa, bunun son məntəqəsi İtaliyadır və yol boyunca bir neçə ölkə Azərbaycan qazından faydalanır. Ümumiyyətlə, İtaliya-Azərbaycan əlaqələri hər bir sahədə çox yüksək səviyyədədir. Odur ki, 2025-ci ildə istfadəyə verilməsi planlaşdırlan 1280 MVt gücündə olacaq İstilik Elektrik Stansiyasının inşasında İtaliya şirkətinin iştirakı heç də təsadüf deyil.
İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxışı zamanı Prezident cənab İlham Əliyev ölkəmizin elektroenergetika sahəsinin son illər ərzində çox sürətlə və uğurla inkişaf etdiyinə də diqqət çəkdi. Son 20 il ərzində Azərbaycanda 34 elektrik stansiyası inşa edilmişdir ki, bu stansiyaların generasiya gücü təqribən 3400 meqavata bərabərdir. Hazırda Azərbaycan bərpaolunan enerji növlərinin inkişafında maraqlıdır. Bunun üçün ölkəmizin çox böyük potensialı var. Belə ki, təkcə Xəzər dənizinin külək enerjisi potensialı 157 qiqavata bərabərdir. Hazırda ölkəmizdə ümumi gücü 470 meqavatlıq olan iki günəş və külək stansiyası inşa edilir. Üçüncü stansiyanın da inşasına yaxın vaxtlarda başlanılması planlaşdırlır ki, onun da gücü təqribən 240 meqavata bərabər olacaq. Ölkə başçısı onu da qeyd etdi ki, xarici investorlarla imzalanmış sənədlər əsasında hazırda 25 qiqavata qədər günəş və külək elektrik enerjisi stansiyalarının inşası nəzərdə tutulur. Bu stansiyanın böyük hissəsi Xəzər dənizində, bir neçəsi isə quru sahələrdə inşa ediləcəkdir.
İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində Prezident cənab İlham Əliyev azad edilmiş ərazilərdə elektroenergetika sahəsində görülmüş işlərə də diqqət çəkdi. Azad edilmiş ərazilərdə artıq 10-dan çox yarımstansiya və bir o qədər su elektrik stansiyası inşa edilmişdir. Heç də təsadüfi deyil ki, dövlətimiz azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işlərini, ilk növbədə, elektroenergetika sahəsindən başlamışdır.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38

