Sevinci və kədəri bir olan bir millət iki dövlətin birliyi sarsılmazdır, əbədidir
15.02.2023 [14:55]
Qədim tarixə malik Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, iki ölkə arasında birgə nümayiş olunan birlik bu gün daha yüksək səviyyədə həyata keçirilir. Təməlində dostluq və qardaşlıq münasibətləri, xalqların birliyi amili dayanan Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünya miqyasında analoqunu tapmaq mümkün deyil. Bu əlaqələr zaman-zaman tarixi sınaqlardan layiqincə çıxaraq, möhkəmlənib və sarsılmaz olub. Ulu Öndərimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları tarixin ən dar məqamlarında, ən çətin günlərində bir daha öz təsdiqini tapdı.
Fevralın 6-da qardaş Türkiyənin 10 vilayətində baş verən çoxsaylı insan tələfatına səbəb olmuş dəhşətli zəlzələ bütün Azərbaycan xalqını dərindən sarsıtdı. Hər bir soydaşımız, dünyanın harasında yaşamasından asılı olmayaraq, bu ağır günlərdə qardaş ölkəyə dəstək verməyə çalışır. Baş verən zəlzələdən sonra dövlət və millət olaraq səfərbər olduq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkiyədə baş verən dəhşətli zəlzələdən dərhal sonra Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlaması, daha sonra zəng edərək bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirməsi, eləcə də
zəlzələnin baş verdiyi andan etibarən cənab Prezident İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göndərilməsi onu göstərir ki, Azərbaycan–Türkiyə münasibətləri dünya üçün qardaşlıq nümunəsidir.
Ümumilikdə faciə baş verdiyi saatdan 8 fevraladək dövlət başçısının tapşırığına əsasən FHN-in 725 nəfərlik şəxsi heyəti Türkiyəyə göndərilib. Onlardan 34 nəfəri həkim və 7 nəfəri texniki işçi olmaqla tibbi heyətə aiddir. Zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Fond tərəfindən qardaş ölkəyə humanitar yardım göndərilir. Eyni zamanda vətəndaşlarımız da yardım kampaniyası başlatmışdır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişinə uyğun olaraq Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım aparan xüsusi təyyarə 9-10 fevral tarixində Qaziantep hava limanına uçub. Zəlzələdən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən humanitar yardım göndərilib. Yardım xilasetmə işlərində iştirak edən şəxsi heyət və tibbi personaldan başqa, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avtomobillər, həmçinin modul səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri və sair, habelə zərər çəkmiş əhali üçün humanitar yardımı əhatə edir. Eləcə də, dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və sair tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar da yardım ləvazimatlarına daxildir.
Bütün Azərbaycan xalqı kimi, Yeni Azərbaycan Partiyasının üzvləri də bu çətin günlərdə Türkiyə xalqının yanında olduqlarını nümayiş etdirir, öz imkanları daxilində köməyliylərini əsirgəmirlər. Bununla yanaşı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin tapşırığı əsasında YAP Mərkəzi Aparatı tərəfindən təbii fəlakətdən zərərçəkən şəxslərə humanitar yardım məqsədilə mal və avadanlıqlar, o cümlədən 45 ədəd generator, 150 ədəd elektrik qızdırıcısı, uşaqlar, qadınlar və kişilər üçün çoxlu sayda isti geyim dəstləri, yataq ləvazimatları, qış ayaqqabıları alınaraq qardaş Türkiyəyə göndərilməsi təmin edilib. Türkiyədə baş verən güclü zəlzələ nəticəsində zərər çəkənlərə ölkəmizin hər yerində ümumxalq yardımı davam edir.
Azərbaycan xalqı sona qədər qardaş Türkiyənin yanındadır.Qardaş Türkiyə Azərbaycanla birlikdə bu ağır sınaqdan da çıxacaqdır!
Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

