Azərbaycan və Macarıstan geniş iqtisadi potensiala malik ölkələrdir
02.02.2023 [11:28]
Azərbaycanın strateji müttəfiqi sayılan Macarıstan da ölkəmizin Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir. Ölkələrimiz qarşılıqlı münasibətlərdə və beynəlxalq təşkilatlar çərçivəsində bir-birini daim dəstəkləyir. Hazırda Azərbaycan Macarıstanla bir çox sahələrdə fəal əməkdaş edir. 1991-ci il dekabrın 26-da Azərbaycan Respublikasının müstəqilliyini tanıyan Macarıstanla çoxtərəfli platformada, xüsusilə BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı, Vişeqrad Qrupu, Türk Dövlətləri Təşkilatı çərçivəsində davamlı əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycan-Macarıstan münasibətləri dostluğa, qardaşlığa, dövlətlərin və xalqların firavanlığına, inkişafına əsaslanır. Qarşılıqlı əməkdaşlıq bu gün də davam edir və hər iki ölkə əlaqələrin daha da möhkəmləndirilməsi üçün ciddi tədbirlər həyata keçirməkdədir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yanvarın 29-da Macarıstan Prezidenti xanım Katalin Novakın dəvəti ilə Macarıstana rəsmi səfəri, səfər çərçivəsində Macarıstan Prezidenti xanım Katalin Novak və Baş nazir Viktor Orbanla həm təkbətək, həm də geniş tərkibdə görüşləri, iki ölkə arasında əlaqələrin gələcək inkişafı üçün vacib olan sənədlərin imzalanması münasibətlərin dünəninə baxış əsasında qarşıda dayanan hədəflərə işıq saldı. Bu səfər Prezident İlham Əliyevin dövlət başçısı kimi Macarıstana dördüncü səfəridir. Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatla çıxış ediblər. Baş nazir Viktor Orban bəyanatında Azərbaycan ilə Macarıstanın rəhbərləri arasında keçirilən görüşlərin müstəsna əhəmiyyətə malik olduğunu vurğulayaraq birgə çalışdıqları ötən 10 ildə ölkələrimizin bir–birinə daha da yaxınlaşdırılması, əməkdaşlığın dərinləşdirilməsi istiqamətində göstərilən səyləri yüksək dəyərləndirib. Azərbaycanın Avropanın strateji tərəfdaşı olduğunu diqqətə çatdıran Macarıstan hökumətinin başçısı ölkəmizin üzərinə götürdüyü öhdəliklərə sadiqliyini yüksək qiymətləndirərək Avropa İttifaqı ilə imzalanmış müvafiq sənədə əsasən, 2027-ci ilə qədər nəql ediləcək qazın həcminin iki dəfə artırılacağını bildirib. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev qeyd edib ki, Azərbaycanın uzun illər ərzində apardığı uğurlu siyasət, birgə addımlar bu gün enerji sahəsində əməkdaşlıq üçün çox güclü zəmin yaradıb. Enerji təhlükəsizliyi məsələlərinin bugünkü dünyada xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdıran Prezident İlham Əliyev qeyd edib ki, zəngin neft-qaz resurslarımız imkan verir ki, Azərbaycan təbii qazla bağlı ən azı yüz il bundan sonra Avropa üçün etibarlı tərəfdaş olsun.
Səfər çərçivəsində imzalanmış bir sıra mühüm sənədlər ölkələrimiz arasında strateji tərəfdaşlığın ən yüksək səviyyəyə çatmasına, Azərbaycan–Macarıstan iqtisadi əlaqələrinin yeni inkişaf mərhələsinə qədəm qoymasına başlamaq üçün yaxşı zəmin hazırlayır. Bütövlükdə isə, Prezident İlham Əliyevin dost ölkəyə səfəri yüksək səviyyədə olan əlaqələrin inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın daha da gücləndirilməsinə töhfə verəcək. Azərbaycan Prezidentinin Macarıstan səfəri ölkəmizin xarici siyasi və iqtisadi əlaqələrinə müsbət təsir göstərməklə bərabər, respublikamızın tərəfdaşlıq və əməkdaşlıq baxımından yerini və rolunu da möhkəmləndirəcək.
YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51

