Vüsar İsmayılov: “Dövlətimiz gənclər siyasətini uğurla davam etdirir”
31.01.2023 [11:47]
“Hər bir dövlətin sağlam təməllər üstündə qurulması və daim inkişaf edib çiçəklənməsi üçün uzaqgörən siyasi lider, müdrik dövlət rəhbəri, bu dövlətin yaşaması üçün isə mütləq sağlam əqidəyə və mənəviyyata malik olan, milli-mənəvi dəyərlərə sadiq toplum, xüsusən savadlı, müasir dünyanın çağırışlarına cavab verə biləcək gənclər olmalıdır. Gənclər dünyanın hər bir yerində elmi-texniki inkişafı daha tez mənimsəyən, gələcəkləri üçün mübariz, öz üzərlərində işləyən milli ruhlu olurlar. Bu gün Azərbaycan gəncliyinin öz həyatını vətənə, millətə sədaqət ruhunda qurması üçün həm kifayət qədər münbit şərait, həm də çox gözəl şəxsi nümunələr vardır. Gənclərimiz onlar üçün yaradılan şəraitdən maksimum istifadə edərək bu nümunələrdən ilhamlanmalı, daim çalışıb inkişaf etməlidirlər. Onlar unutmamaldırlar ki, bu günkü azad, müstəqil ölkəmizin sağlam gələcəyi məhz onların bugünkü inkişafından və formalaşmasından çox asılıdır”.
Bu sözləri 2 Fevral Gənclər Günü ilə bağlı mətbuata verdiyi açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib. Onun sözlərinə görə gənclərimiz üçün şəxsi nümunələrin ən öncülü xalqımızın ümummilli lideri Heydər Əliyev və onun bizlərə əmanət qoyduğu irsidir. Ümummilli lider Heydər Əliyev respublikamızın müstəqilliyinin bərpası və möhkəmlənməsi müstəvisində öz boynuna düşən vəzifəni kamil şəkildə yerinə yetirmişdir. Özündən sonra gələcək nəsillərə vətənə xidmət ruhunda böyüməsi üçün işıqlı yol yaratmışdır. Ulu öndər Heydər çıxışları zamanı dəfələrlə vurğulayırdı ki, biz mədəni-mənəvi irsimizi daha dərindən öyrənməli və qiymətləndirməliyik.
Ulu öndər zamanında gənclərimizin hərtərəfli inkişafı naminə qəbul etdiyi dövlət proqramlarında, müvafiq fərman və sərəncamlarında gənclərin mənəvi və intellektual inkişafına çox böyük önəm verirdi. Bir sözlə, dahi şəxsiyyət Heydər Əliyev əsasını qoyduğu dövlət gənclər siyasəti ilə bu gün ölkə gənclərinin qazandığı uğurların da əsasını qoymuş oldu. Bizim gənclərimiz Heydər Əliyevin azərbaycançılıq məfkürəsini dərindən mənimsəməlidirlər. Bu, eyni zamanda ümummilli liderə olan vəfa borcumuzdur: “Ulu öndər Heydər Əliyevin uğurlu və məqsədyönül gənclər siyasəti bu gün də dövlət başçısı İlham Əliyev tərəfindən davam etdirilir. Gənclərimizin daha da savadlı, təhsilli, yüksək intellektual səviyyədə yetişməsi üçün mühüm islahatlar həyata keçirilir. Sevindirici haldır ki, Yeni Azərbaycan Partiyasının ətrafında da yüksək savada, intellektə sahib olan vətənpərvər gənclər sıx şəkildə birləşib. Partiyanın sıralarının gəncləşməsinin əsas səbəbi gənclərin partiyaya olan güvəni və inamı ilə birbaşa əlaqəlidir. Ulu öndərin ideyalarına sadiq qalan Yeni Azərbaycan Partiyası üçün gənclərə geniş imkanların yaradılması, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılması prioritet istiqamətlərdəndir. Məhz bu səbəbdən partiyanın gənclər üçün çox böyük önəmi var və təsadüfi deyil ki, bu gün 800 minə yaxın üzvə sahib olan partiyada üzvlərin 40 faizini gənclər təşkil edir”.
Gənclərimizin cəmiyyətimizin müxtəlif sahələrində, həmçinin beynəlxalq auditoriyalarda uğurla təmsil olunduqlarını diqqətə çatdıran Vüsar İsmayılov, onu qeyd etdi ki, 44 günlük Vətən müharibəsində inamlı və qətiyyətli qələbəmizdə gənclərimizin rolu danılmazdır. Dövlət başçısı İlham Əliyevin də çıxışlarında qeyd etdiyi kimi, son 19 ildə böyüyən, yetişən gənclərimiz dünyaya əsl örnək olaraq, yüksək vətənpərvəlik nümunəsini ortaya qoydular. 30 ilə yaxın davam edən işğala son verərək tarixi torpaqlarımızı azad etdilər. Əsgər və zabitlərimiz öz vətəndaşlıq borcularını ən ali səviyyədə yerinə yetirərək tarixi ədaləti və ərazi bütövlüyümüzü bərpa etdilər. Gənclərimizin bu cür yüksək mənəvi zənginliyə sahib olması, onların mübariz və qətiyyətli yetişməsi,vətəni, torpağı və milləti uğrunda canını fəda etməkdən çəkinməməsi, sözsüz ki, onlara aşılanan Azərbaycançılıq və Vətənçilik ideyalarının nəticəsi idi: “Biz inanırıq və əminik ki, vətənpərvər gəncliyimi daim dəyanətli olacaq və milli maraqlarımız uğrunda bundan sonra da əzmlə çalışacaqdır. Dövlətimizin və xalqımızın təhlükəsizliyi, inkişafı bu gün olduğu kimi, gələcəkdə də onların ən ali amalı və məqsədi olaraq qalacaqdır”.
Xəbər lenti
Hamısına baxDünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38

