Azərbaycanın geoiqtisadi strategiyası regiona yalnız sülh və inkişaf gətirəcək
26.01.2023 [15:33]
Yanvarın 16-20-də İsveçrənin Davos şəhərində 53-cü Dünya İqtisadi Forumunda qlobal məsələlər - iqlim dəyişiklikləri, iqtisadi çağırışlar, ərzaq qıtlığı probleminə qarşı mübarizə kimi mövzular müzakirə olundu. Rəsmi beynəlxalq təşkilat statusunda və beyin mərkəzi formatında həyata keçirilən mötəbər forum çərçivəsində ölkə Prezidentimiz cənab İlham Əliyevin görüşləri, eyni zamanda "Avrasiya Orta dəhlizi: Yoldan magistrala" mövzusunda panel iclasında qlobal çağırışlara əsaslanan çıxışı dünya ictimaiyyəti tərəfindən maraqla qarşılandı.
Bu fikirləri açıqlamasında YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov bildirib. O, qeyd edib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurları, qlobal təşəbbüsləri, dünya dövlətləri arasında tutduğu layiqli mövqe, malik olduğu yüksək status beynəlxalq aləmdə söz sahibi olması dünya dövlətlərinin diqqət mərkəzindədir. Bu gün ölkəmizin region və dünya ölkələrinin ortaq əməkdaşlıq və fayda mərkəzinə çevirilməsi də məhz dövlət başçımızın apardığı siyasətin nəticəsidir. Ölkənin əvəzsiz əhəmiyyətə malik dəniz limanlarının və yollarının yaradılması, dəhlizlər diplomatiyası, dəmir yollarının, inkişaf etmiş milli hava limanı şəbəkəsinin yaradılması Azərbaycanın qısa müddət ərzində keçdiyi böyük inkişaf yolundan, əldə etdiyi çoxsaylı və irimiqyaslı uğurlarından xəbər verir.
Dövlət başçımız Forum çərçivəsində “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında Azərbaycanın enerji və resurslar nəql edən, bütün iştirakçı ölkələrə ortaq fayda gətirə bilən yeni regional konfiqurasiyanı yaratmaq təşəbbüsünə qlobal dəstək verilməsinə diqqət çəkib. Bir daha Azərbaycanın milli maraqlarına, dünya iqtisadi sistemində ölkənin layiqli yerini təmin edilməsinə xidmət edən enerji-nəqliyyat dəhlizlərinin əhəmiyyəti rolunun günü-gündən artması vurğulanıb.
Panel iclasda Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malik olduğunu söyləyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirib ki, Qərblə Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq. Əslində, Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır.
Ramil Orucov vurğulayıb ki, "Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi" adı ilə də tanınan Orta dəhliz Çin-Qazaxıstan sərhədindən başlayır, Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, daha sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Prezident cənab İlham Əliyev yüklərin Çindən Avropaya və Yaxın Şərqə daşınması üçün ən təhlükəsiz marşrut olan Orta Nəqliyyat Dəhlizi layihəsinin təşviqi və yük daşımalarının artırılması üçün "Dəhlizin rəhbər komitəsinin" təsis olunmasını təklif edib: "Bütün iştirakçı ölkələrin - Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə, avropalı tərəfdaşların daxil olduğu rəhbər komitə, bir növ idarə heyəti, o cümlədən bütün nəqliyyat infrastrukturu yaradılmalıdır".
Yeni dünya düzənində strateji geosiyasi qütbə çevrilən Azərbaycanın bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır. "Yükaşırma qabiliyyəti 15 milyon ton olan dəniz limanımız 25 milyon tona qədər genişlənəcək və artıq bunun üçün vəsait ayrılıb. Biz artıq Mərkəzi Asiyadan böyük həcmdə yükün istiqamətinin dəyişilməsini müşahidə edirik və bu, sadəcə, başlanğıcdır",- deyə ölkə Prezidentimiz cənab İlham Əliyev qeyd edib.
Azərbaycanın yerləşdiyi region, Asiya və Avropa ölkələrini Xəzər və Qafqaz vasitəsilə birləşdirməsi beynəlxalq yükdaşımalar baxımından böyük əhəmiyyətə malikdir. Bu da Azərbaycanın yükdaşımalarda regional gücünün artmasına müsbət təsir göstərir. Bu gün Azərbaycanın onillər əvvəl uzaqgörənliklə yaratdığı logistik-kommunikasiya sistemi Avropa və Asiya qitələrini birləşdirməsi ölkəmizə böyük iqtisadi və siyasi uğurlar gətirməkdədir.
Ayrı-ayrı qitələri, parçalanmış dünyanı birləşdirməyə həyati ehtiyac duyan qlobal Davos Forumunun gündəmində nəzərlərin Orta dəhlizə - Azərbaycana yönəlməsi bir daha təsdiq etdi ki, müstəqil ölkəmizin strateji hədəfləri, geoiqtisadi strategiyası regiona yalnız sülh və inkişaf gətirəcək – deyə YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

