Ermənistan yeni reallıqlarla barışmalıdır
19.12.2022 [10:48]
44 günlük Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycanla Ermənistan arasında İkinci Qarabağ müharibəsinin başa çatmasını təsdiqləyən 10 noyabr üçtərəfli Bəyanatının imzalanması oldu. Bu sənəd savaşdan öncə Azərbaycanı dəfələrlə hədələyən, işğal etdiyi ərazilərdə qanunsuz məskunlaşma aparan Ermənistanın biabırçı hərbi kapitulyasiyası oldu. Üç rayonun - Ağdam, Kəlbəcər və Laçının döyüşsüz, bir güllə atmadan qaytarılması isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin növbəti diplomatik uğuru kimi qiymətləndirildi.
Təslim Aktı ilə Ermənistan məğlubiyyətini qəbul edib və münaqişənin başa çatması ilə bağlı üzərinə bir sıra öhdəliklər götürüb. Bu Bəyanatdan sonra iki ölkə arasındakı münasibətlərin inkişafı post-münaqişə dövrünün qanunauyğunluqlarına müvafiq olaraq məhz Bəyanatda əks olunmuş tələblərin yerinə yetirilməsinə əsaslanır. Azərbaycan tərəfi Bəyanatın tələblərinə uyğun olaraq əks-hücum əməliyyatlarını dayandırıb və Azərbaycan ərazisində ermənilərin kompakt yaşadığı əraziyə maneəsiz dəhlizi təmin edib. Ermənistan isə Bəyanatın bir neçə bəndi üzrə öz öhdəliklərini yerinə yetirməyə tələsmir. Bu ilk növbədə bütün erməni hərbi qüvvələrinin Azərbaycan ərazisindən tam çıxarılması, sərhədlərin demarkasiya və delimitasiyası və Azərbaycan qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa maneəsiz nəqliyyat dəhlizinin yaradılması ilə bağlı olan məsələlərdir.
Torpaqlarımızı işğal altında saxladığı 30 il ərzində Ermənistan Qarabağın təbiətinə, ekologiyasına misli görünməmiş ziyan vurmuş, Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonları daxil olmaqla, ümumilikdə 60 min hektar meşə sahəsini tamamilə məhv etmişdir.
Ermənilərin törətdiyi ekoloji terror bu gün də səngimir. Cari il dekabrın 3-dən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparıblar.
Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır.
Qarabağ iqtisadi rayonunda rus sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazilərində mövcud olan faydalı qazıntı yataqlarının ermənilər tərəfindən qeyri-qanuni olaraq istismar edilməsi, "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarında separatçı rejim tərəfindən təbii sərvətlərin talanması bunu bir daha sübut edir. 30 illik işğal dövründə çapıb-taladığı təbii sərvətlərimizdən gözü doymayan Ermənistan soyğunçuluq əməllərinə son qoymalıdır. Əks-təqdirdə, işğalçı ölkə dəmir yumruğu birdaha görəcək.
Varis Rüstəmov,
YAP Sabirabad rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16

