/ / YAP-ın 30 illiyi və Zəfər Günü münasibətilə YAP Kəlbəcər rayon təşkilatı silsilə tədbirlər keçirir
YAP-ın 30 illiyi və Zəfər Günü münasibətilə YAP Kəlbəcər rayon təşkilatı silsilə tədbirlər keçirir
04.11.2022 [11:37]
3 Noyabr 2022-ci il tarixində Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər sektoru ilə birlikdə rayonun 9, 10 və 11 saylı tam orta məktəblərində Zəfər gününə həsr olunmuş tədbir keçirdi.
İlk öncə Umummilli lider Heydər Əliyevin canlarını ölkəmizin ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edildi.
Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər sektorunun müdiri, YAP Kəlbəcər rayon təşkilatı Təhsil sektoru Ərazi Partiya təşkilatının sədri Namiq Rəcəbov çıxış edərək bildirdi ki, sentyabrın 27-si səhər saatlarından başlanan Vətən müharibəsi 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi və müzəffər ordumuzun rəşadəti ilə böyük zəfərlə başa çatdı. Azərbaycanın yeni tarixinə yazılan bu zəfər, müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi ilə yanaşı, xalqımızın qələbə əzminin əyani təsdiqidir. Erməni işğalında olan torpaqlarımız düşmən tapdağından azad edildi. Bu gün bütün Azərbaycan xalqı, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız, bütün türk dünyası, eləcə də, dünyada yaşayan qardaş və dost xalqlar bu tarixi günü, əlamətdar günü- müstəqil Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsinə qızıl hərflərlə yazılan Zəfər Gününü böyük şövqlə, görünməmiş sevinc göz yaşıyla, təntənə ilə qeyd edir. Gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin təhsil müəssisələri qarşısında dayanan əsas vəzifələrdən biri olduğunu vurğulayan Namiq Rəcəbov Kəlbəcər tam orta məktəblərində Zəfər günü ilə bağlı birgə keçirilən tədbirlərin önəmindən danışıb və tədbirlərin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov öz çıxışında bildirdi ki, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər edirdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti qələbələr üçün böyük zəmin yaratdı. Vətən müharibəsi nəticəsində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Hadrut və Suqovuşan qəsəbələri, Şuşa şəhəri döyüşlə azad olundu. Hərb meydanında əldə edilən qələbə imkan verdi ki, Ağdam rayonu, eyni zamanda, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan, bir şəhid verilmədən işğaldan azad edildi.
İndi biz öz torpaqlarımıza şəhidlərimizin canı, qanı bahasına, qəhrəmanlarımızın şücaəti hesabına qayıdırıq. Bu il 30-çu ildönümünü qeyd etdiyimiz YAP-nın sözün əsl mənasında, qələbələr partiyasına çevrilməsi və Azərbaycana qalib dövlət imici qazandırması da bu reallığın təsdiqidir. YAP qalib xalqımızın zəfər partiyasıdır”. Vətən müharibəsi dünya hərb elmində həm də “XXI əsrin müharibəsi” adını qazanıb. Çətin relyef şəraitində düşmənin onilliklərlə qurduğu mürəkkəb istehkamlar qarşısında müzəffər Azərbaycan Ordusu əsl peşəkarlıq, məharət, yenilməz əzm nümayiş etdirib istənilən şəraitdə Vətən uğrunda hər cür fədakarlığa hazır olduğunu bütün dünyaya sübut etdi. Bundan sonra xalqımız qalib xalq, müzəffər xalq kimi yaşamağa başladı. Artıq qovuşduğu torpaqlardan Azərbaycan xalqını heç bir qüvvə çıxara bilməyəcək. Həbib Misirov tədbirin təşkilində göstərdiyi dəstəyə görə Kəlbəcər təhsil sektoruna və tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi.
Məktəbin müəllimləri Mənzər Məhərrəmova, Solmaz Mürsəlova və Zümürüd Mirzəyeva çıxış edərək bildirdilər ki, Azərbaycan dövləti Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə çoxəsrlik tarixinin ən şərəfli səhifəsini yazdı. Qəlbi Vətən və xalq sevgisi ilə döyünən hər bir azərbaycanlıda əbədi qürur hissi yaratdı. Biz bu gün də qalib xalq kimi eyni fəxarətlə tarixi zəfərimizdən bəhs edir, fərəh və sevincimizi bölüşürük. Çünki hər keçən gün qələbəmizin miqyasının nə qədər böyük, qürurumuzun nə qədər sonsuz olduğunu bir daha təsdiqləyir. 8 noyabr Azərbaycan tarixinə Qələbə Günü kimi düşdü.
Tədbirin sonunda məktəblilər Zəfər gününə və vətənpərvərliyə həsr olunmuş şeirlər səsləndirdilər.Həmçinin məktəblərin kollektivlərinə YAP Kəlbəcər rayon təşkilatının Fəxri Fərmanları təqdim olundu.
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

