Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatı 8 noyabr – Zəfər Günü ilə bağlı tədbir keçirib
03.11.2022 [16:38]
3 noyabr 2022 - ci il tarixdə Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının dəstəyi ilə 49 saylı Ərazi Partiya Təşkilatı 8 noyabr - Zəfər Günü ərəfəsində “Qələbəmiz tariximizin zəfər salnaməsidir” mövzusunda tədbir keçirib.
Tədbir iştirakçıları öncə Laçın rayon 12 nömrəli tam orta məktəbinin foyesində nümayiş etdirilən "Zəfər Gününə" həsr edilmiş məktəblilərin əl işləri və rəsm sərgisi ilə tanış olublar. Tədbirdə Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov, Ərazi Partiya Təşkilatı sədrləri, müavinləri, Partiya fəalları, şəhid ailələri, Qarabag müharibəsi qaziləri, döyüşçülər, ictimaiyyət nümayəndələri iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət himni səsləndikdən sonra, xalqımızın Ümummilli lideri Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının 49 saylı Ərazi Partiya Təşkilatının sədri Nərgiz Hüseyinova Zəfər-Günü barədə ətraflı məlumat verdikdən sonra məktəblilər hazırladıqları kompozisiyaları təqdim ediblər. Çıxış edən YAP Laçın rayon Təşkilatının Ərazi Partiya Təşkilatı sədrləri, rayon ziyalıları,partiya fəalları ,qazilər , Vətən Müharibəsindən bəhs edərək 2020 -ci il sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən şanlı tariximizdən - 44 günlük müharibədən danışdılar. 44 Günlük Vətən Müharibəsində şəhid olan Abbaslı Elginin atası Agayar Abbasov Vətən üçün Qəhrəman övlad yetişdirdiyi üçün qürur hissi keçirdiyini bildirdi. Şəhidin atası Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarının şəhid ailələrinə ,qazilərə,müharibə iştirakçılarına göstərdiyi diqqət və qaygını yüksək dəyərləndirdi. Milli Qəhrəman Qorxmaz Eyvazovun oglu Asəm Eyvazov çıxış edərək bildirdi ki,xalqımız Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək həmrəylik nümayiş etdirdi.
Bu savaşda dövlətimiz bütün dünyaya öz gücünü,ordumuzun qəhrəman igidləri isə mətinliyini, mübarizliyini nümayiş etdirdilər. Sonda Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov çıxış edərək Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə rəşadətli Azərbaycan Ordusunun işgal olunmuş torpaqlarımızı azad etməsindən, Azərbaycanın ərazi bütövlüyünün bərpa olmasından danışaraq bildirdi ki, 44 günlük müharibədə möhtəşəm Zəfəri təmin edən başlıca şərtlərdən biri Xalq- Ordu- Dövlət birliyi idi. Natiq vurguladı ki, Ulu Öndər Heydər Əliyev tərəfindən başlanmış böyük layihələr cənab Prezident, Partiyamızın sədri cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Azərbaycan xalqının iradəsinə uygun olaraq dövlətimizin ugurlu diplomatiyası dünyada haqqın - ədalətin bərpa edilməsi istiqamətində beynəlxalq hüquq normalarına uyğundur. İlqar İlyasov Azərbaycan dövlətinin gücündən, beynəlxalq aləmdə nüfuzundan bəhs edərək bildirdi ki, hazırda dövlət başçısının apardığı daxili və xarici siyasəti, dayanıqlı və ədalətli sülh müqaviləsinin baglanması istiqamətində davamlı diplomatik işlər aparılmaqla yanaşı,işgaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılmasına hesablanıb. Hazırda Qarabag geniş tikinti meydançasını xatırladır.Görülən genişmiqyaslı işlər təsdiq edir ki,qısa zamanda öz dogma torpaqlarımıza köçərək yenidən firavan həyatımıza davam edəcəyik.
Xəbər lenti
Hamısına baxDünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12

