Nəsimi rayon Ağsaqqallar Şurası Zəfər Günü münasibətilə tədbir keçirib
01.11.2022 [17:58]
Nəsimi rayon Ağsaqqallar Şurası Nəsimi rayon İcra Hakimiyyətində Zəfər Günü münasibətilə tədbir keçirib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini Zahid Xəlilov, Respublika Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, Nəsimi rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinski, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, rayon Ağsaqqallar Şurasının üzvləri, ictimai təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və rayon gəncləri iştirak edib.
Əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra dövlət himni səsləndirilib.
Tədbiri giriş sözü ilə rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinski açaraq bildirdi ki, Azərbaycanın müstəqilliyinin bərpasından sonra qarşılaşdığı çətinliklərdən, ölkədə cərəyan edən xaos və anarxiyadan danışaraq vurğulayıb ki, belə bir böhranlı və ağır şəraitdə ölkəmizi fəlakətə sürükləyən məkrli planların qarşısını almağa qadir yeganə şəxsiyyət məhz xalqın inam və etimad bəslədiyi ulu öndər Heydər Əliyev idi. Bu gün hər bir azərbaycanlı Heydər Əliyev ideyalarından danışarkən Yeni Azərbaycan Partiyasının bilavasitə Ulu Öndər tərəfindən yazılmış məramnaməsinə dönə-dönə nəzər salmalı, orada Ümummilli Liderin qurmaq, görmək istədiyi yeni Azərbaycanın mənzərəsini gözümüz önündə canlandırmalıdır. Ümummilli lider Heydər Əliyev əbədiyyətə qovuşmasına baxmayaraq, onun ideyaları yaşayır və Azərbaycanın işıqlı gələcəyinə xidmət edir.
Sonra çıxış edən Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov 8 noyabr - Zəfər Günü və 21 Noyabr – Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibəti ilə rayon ağsaqqallarını təbrik edib və onlara bütün fəaliyyətlərində uğurlar arzu edib.
Çıxış davam etdirən rayon təşkilatının sədri bildirdi ki, Azərbaycanın müzəffər Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin müdirik siyasəti və “Dəmir yumruq” əməliyyatı ilə 30 ilə yaxın bir müddətdə işğal edilmiş ərazilərimizin azadlığı uğrunda 44 günlük müharibədə tarixi Zəfər qazandı. Dərindən düşünülmüş hərbi strategiya, döyüş əməliyyatlarının məharətlə keçirilməsi, vəziyyəti daim nəzarətdə saxlamağa qadir olan döyüş taktikası, Ali Baş Komandanın prosesi yüksək peşəkarlıqla idarə etməsi Qələbəmizi şərtləndirən amillərdir.
Daha sonra rayon Ağsaqqallar Şurasının sədr müavini İmamverdi Həmidov, Ağsaqqallar Şurasının üzvü, “Dağ Yəhudiləri” dini icmasının rəhbəri Milix Yevdayev çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində erməni işğalçılarının tarixi torpaqlarımızdan çıxarılmasının əhəmiyyətindən danışdılar.
Tədbirin sonunda bir qrup ağsaqqallar şurasının üzvlərinə Nəsimi rayonunun ictimai-siyasi həyatında fəal iştirakına görə təşəkkürnamə təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53

