/ / Zərdabda Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümü münasibətilə tədbir keçirilib
Zərdabda Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümü münasibətilə tədbir keçirilib
24.10.2022 [17:09]
Oktyabrın 24-də Yeni Azərbaycan Partiyasının Zərdab rayon təşkilatı tərəfindən Heydər Əliyev Mərkəzində partiyanın təsis edilməsinin 30 illiyi münasibəti ilə tədbir keçirilib.
İlk öncə Zərdab şəhər şəhidlərin xatirə parkı və Heydər Əliyev parkında Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önlərinə gül-çiçək dəstələri düzülüb, əziz xatirələri ehtiramla yad olunub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Yeni Azərbaycan Partiyasının qurucusu Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Daha sonra Yeni Azərbaycan Partiyasının yaradılması və Partiyanın şərəfli tarixini əks etdirən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Zərdab rayon təşkilatının sədri İlkin Əliyev 30 il öncə Azərbaycanın müstəqillik tarixində xalqımızın çətin sınaqlar, ölkənin həlli mümkünsüz görünən problemlərlə üz-üzə qaldığı bir dövrdə Yeni Azərbaycan Partiyasını yaradaraq qalan ömrünü xalqa bağışlayan Ümummilli lider Heydər Əliyevin dövlətimizin hərtərəfli inkişaf strategiyasının təməlini qoymasından, bu gün Ulu Öndər Heydər Əliyevin ideyalarını uğurla davam etdirən Prezident cənab İlham Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının xalqımızın milli maraqlarını ifadə edən vahid və avanqard siyasi qüvvəyə çevrilməsindən bəhs etdi. İlkin Əliyev Partiyanın Zərdab rayon təşkilatında 54 ərazi partiya təşkilatının işinin Yeni Azərbaycan Partiyasının Nizamnaməsinə, yerli təşkilatları haqqında əsasnamənin tələblərinə və Mərkəzi Aparatın tövsiyə və tapşırıqlarına uyğun olaraq qurulduğunu diqqətə çatdırdı.
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə çıxış edərək qeyd etdi ki, əsas prinsip və məqsədləri Azərbaycanı regionda ən güclü dövlətə çevirməyə hesablanmış Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçildiyi gündən bu günə kimi həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti, qəbul etdiyi dövlət proqramları, məqsədyönlü islahatlar proqramı ölkəmizin bütün sahələrinin inkişafı ilə nəticələnmiş, apardığı balanslı xarici siyasət nəticəsində ölkəmiz nəinki regionda, beynəlxalq səviyyədə qəbul edilən nüfuzlu, qüdrətli dövlətə çevrilmişdir.
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Millət vəkili Rəşad Mahmudov bildirdi ki, müasir müstəqil Azərbaycanın şanlı siyasi tarixinin mühüm səhifələrindən birini ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının yaradılması təşkil edir. Yeni Azərbaycan Partiyasının yaradılması ilə vətəndaş müharibəsi və dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə qarşı-qarşıya qalan Azərbaycanın xilasının, tənəzzüldən azad olaraq tərəqqi yoluna nail olmasının əsası qoyuldu. Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının keçdiyi 30 illik şərəfli yolda ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynamaqla yanaşı, müasir dövrdə beynəlxalq aləmdə tanınan nüfuzlu partiyalar sırasında olması dahi şəxsiyyətin uzaqgörən, müdrik siyasətinin nəticəsidir. Yeni Azərbaycan Partiyası cənubi Qafqazın ən böyük siyasi partiyası, ən ali məfkurə brendi, gəncliyin güvənc yeridir.
Milli Məclisin deputatı Jalə Əliyeva çıxışında vurğuladı ki, Yeni Azərbaycan Partiyasının tarixi müstəqil Azərbaycan dövlətinin inkişaf salnaməsidir. Müasir, müstəqil Azərbaycanın tərəqqisi, möhtəşəm tarixi nailiyyətlər qazanaraq güclü - qüdrətli dövlətə çevrilməsi Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında və Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası ilə bilavasitə bağlıdır. Ulu Öndərin siyasi mirası olan Yeni Azərbaycan Partiyası ötən 30 il ərzində nümunəvi, zəngin və şərəfli inkişaf yolu keçmiş, bir çox uğurlara imza atmışdır.
Tədbirdə Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının veteranı, təşkilatın 49 saylı ərazi partiya təşkilatının sədri Qafur Məmmədov, Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının 12 saylı ərazi partiya təşkilatının sədr müavini Rüxsarə Eminova və Vətən müharibəsi iştirakçısı, gənc müəllim Hikmət Novruzov çıxış edərək Yeni Azərbaycan Partiyasının yaradılmasının Azərbaycanın siyasi tarixinin ən parlaq səhifələrindən biri olduğunu, Ulu Öndər Heydər Əliyev irsinin layiqli davamçısı Prezident cənab İlham Əliyevin müəllifliyi ilə bu gün müasir Azərbaycan tarixinin şanlı səhifəsinin yazıldığını, 44 günlük Vətən Müharibəsindəki qələbənin bütün dünyaya Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə inkişaf etmiş Azərbaycanın gücünü göstərdiyini diqqətə çatdırdılar.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri təqdim edildi.
Xəbər lenti
Hamısına baxDünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30

