/ / Gədəbəy rayonunda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi münasibətilə tədbir keçirilib
Gədəbəy rayonunda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi münasibətilə tədbir keçirilib
21.10.2022 [12:44]
20.10.2022-ci il tarixdə Gədəbəy rayonunda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi münasibətilə tədbir keçirildi.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib , abidənin önünə gül dəstələri düzüblər. Sonra tədbir iştirakçıları Gədəbəy rayon Şəhidlər Xiyabanını ziyarət edib ,Şəhid məzarlarının və Şəhidlərin xatirə Kompleksinin önünə gül dəstələri düzüblər.
Tədbir “Heydər Əliyev Mərkəzin”də davam edib.Azərbaycanın Dövlət Himni səsləndirildi, müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu öndər Heydər Əliyevin və müstəqilliyimizin, ərazi bütövlüyümüzün təmin olunması yolunda canlarından keçən Vətən oğullarının –Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Cəmiyyətdə böyük nüfuza, siyasi çəkiyə malik, Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətini özündə əks etdirən film nümayiş olundu.
Tədbirdə geniş məruzə ilə çıxış edən YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev bildirib ki, Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranmış partiyadır. Bu gün Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən güclü siyasi qüvvəsidir. “Azərbaycan xalqı əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasəti tam dəstəkləyir. Yeni Azərbaycan Partiyasının Ümummilli Liderin ideyaları əsasında və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi uğurlara imza atdığını, zəngin və şərəfli inkişaf yolu keçdiyini diqqətə çatdırıb.
Çıxış edən Yeni Azərbaycan Partiyası Nəzarət- Təftiş Komissiyasının sədri, Milli Məclisin Deputatı Sevinc xanım Hüseynova vurğulayıb ki, Heydər Əliyev dühasının Yeni Azərbaycan Partiyasının proqramında ifadəsini tapmış dövlətçilik strategiyası son 30 ildə bütün istiqamətlərdə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi prinsiplərinə söykənib.
Çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Deputatı Pərvin xanım Kərimzadə çıxışında Ümummilli lider Heydər Əliyevin siyasi kursunu müasir dövrümüzün tələbləri əsasında davam etdirən partiyamızın Sədri, Prezident İlham Əliyevin Azərbaycana Zəfər bəxş etmiş Müzəffər Ali Baş Komandan olduğunu bildirib.O, partiyamızın Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf və qələbə yolunda əmin addımlarla irəlilədiyini söyləyib.
44 günlük Vətən müharibəsinin iştirakçısı, Qazi Etibar Əliyev bildirib ki, tarixi Zəfərimiz harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırır , hər zaman Vətən üçün müsəlləh əsgər olmağımız bizim üçün ən böyük şərəf hissidir.
Sonda çıxış edən Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov Azərbaycanın bu gününü dünəni ilə müqayisə edərək Heydər Əliyev yolunun hər zaman ölkəmizə davamlı uğurlar qazandırdığını bildirdi: “Artıq bu gün qalib Azərbaycandan danışırıq. Bu sevinci bizə yaşadan dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarıq”.
Sonda YAP sıralarına yeni qoşulmuş gənclərə üzvlük vəsiqələri təqdim olundu və xatirə şəkli çəkildi.
Xəbər lenti
Hamısına baxDünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30

