Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi Xızıda da qeyd olunub
20.10.2022 [18:26]
Oktyabrın 20-də Xızı şəhər Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.
Yeni Azərbaycan Partiyasının mətbuat xidmətindən bildirilib ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin əziz xatirəsinə dərin ehtiramla anıblar.
Sonra tədbir iştirakçıları Xızı Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzüblər.
Xızı rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən YAP Xızı rayon təşkilatının sədri Ayaz Quliyev bildirib ki, ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası 30 il ərzində zəngin və şərəfli inkişaf yolu keçmişdir: “Azərbaycan xalqı əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasəti tam dəstəkləyir. Qazanılan nailiyyətlər Azərbaycanın milli gücünün artmasını şərtləndirir” ,- deyən Ayaz Quliyev YAP Xızı rayon təşkilatının fəaliyyəti haqqında ətraflı məlumat verərək qeyd edib ki, hazırda ərazi partiya təşkilatlarının sayı 37, üzvlərinin sayı 1717 nəfərə çatıb.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov bildirib ki, ölkədə YAP-a rəqib ola biləcək siyasi qüvvə yoxdur. Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası şərəfli inkişaf yolu keçərək bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atmaqdadır.
YAP İdarə Heyətinin üzvü Elnarə Akimova bildirib ki, partiyamızın fəaliyyətinin əsasında Heydər Əliyev ideyaları dayanır. YAP-ın Azərbaycan xalqının çətin sınaqlarla üz-üzə qaldığı bir dövrdə yarandığını xatırladan Elnarə Akimova qeyd edib ki, həmin dövrdə ulu öndər Heydər Əliyev tarixi missiyanı öz üzərinə götürərək dövlətçiliyimizi məhv olmaqdan xilas etdi. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz, o cümlədən Yeni Azərbaycan Partiyası davamlı olaraq inkişaf edir. Ötən il keçirilən VII qurultay isə partiyamızın həyatında yeni mərhələnin əsasını qoyub.
Milli Məclisin deputatı Müşfiq Məmmədli də çıxışında YAP-ın ölkəmizin ictimai-siyasi həyatında müstəsna rolundan danışaraq partiyamızın alternativsiz siyasi qüvvə olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu gün sıralarında 800 minə yaxın insanı birləşdirən partiyamız öz gücünü xalqdan alır.
Tədbirdə, həmçinin YAP Xızı rayon təşkilatının fəal partiya üzvü Svetlana Rüstəmova və Rayon Ağsaqqallar Şurasının sədri, partiyanın fəal üzvü Arif Nağıyev çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan ətraflı bəhs ediblər. Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib tərəqqi yoluna çıxardığı Azərbaycan hazırda Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə qalib və qüdrətli ölkəyə çevrilib.
Sonda Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxSosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07

