Qırğızıstan və Azərbaycan əməkdaşlığı türk dünyasının inteqrasiyasına töhfə verəcək
18.10.2022 [11:38]
İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri
Prezident İlham Əliyevin 2022-ci ilin 11 oktyabr tarixində Qırğızıstana reallaşan dövlət səfəri ilə iki qardaş ölkə arasında münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hava limanında Qırğızıstan Prezidenti Sadır Japarov tərəfindən qarşılanması əslində dost, qardaş ölkə olan Qırğızıstanın Azərbaycana verdiyi önəmdən xəbər verir. Bu səfərlə mədəniyyət, soykökü və tarixi baxımdan iki yaxın ölkənin əməkdaşlığının genişləndirilməsində həqiqətən də yeni səhifə açılıb. Bu barədə Bakı və Bişkek münasibətlərinin inkişafında baş verən son hadisələri analiz edərkən konkret fikir söyləmək olar. Qırğızıstan və Azərbaycan münasibətlərinin aktivləşməsi, görünür, bütün istiqamətlərdə uzunmüddətli və səmərəli xarakter daşıyacaq və iki ölkənin inkişafının maraqlarına xidmət edəcək. Əslində həm Azərbaycan, həm də Qırğızıstan türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsində öz fəallıqları ilə seçilirlər. Təbii ki, biz və eləcə də digər türkdilli ölkələr daim müstəqillik yolu ilə getməkdən ötrü öz köklərimizə yaxın olmalı, öz ənənələrimizə, əcdadlarımızın vəsiyyətlərinə söykənməli və xalqlarımızın nadir mədəni nümunələrini qoruyub saxlamalıyıq. Müşahidələrimiz sübut edir ki, ölkə rəhbərlərinin imzaladıqları son sənədlər, apardıqları səmimi müzakirələr inkişafın gələcək zamanlarda daha dinamik müstəvidə reallaşmasına xıdmət etməklə yanaşı bu münasibətlərin keyfiyyətcə daha da dərinləşməsinə öz töhfələrini verəcəkdir.
2022-ci ilin aprelində imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə münasibətləri keyfiyyətcə yeni səviyyəyə çıxarıb. Yarım il bundan əvvəl müəyyən edilənlərin çoxu artıq real siyasət sahəsinə transformasiya olunur. Mədəni-humanitar, iqtisadiyyat, nəqliyyat, təhsil, yüksək texnologiyalar sahələri ilə bağlı geniş məsələlər ətraflı müzakirə olunub.
Azərbaycanın iki peyki – “Azersky” və “Azerspace-1” Qırğız tərəfdaşlarımıza xidmətlər göstərir. Bişkekdə ən böyük məktəblərdən biri Azərbaycan dövlətinin banisi Heydər Əliyevin adını, digər məktəb isə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyacaq. Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılması münasibətlərimizin perspektivliyini təmin edəcək. Kütləvi informasiya vasitələrində Qırğızıstan vətəndaşlarının “Dostluq Parkı” və iki məktəb haqqında söylədikləri xoş sözlər aparılan siyasətin gələcək uğurlarının göstəricisidir.
Bu gün açıq dənizlərə çıxışı olmayan Azərbaycan artıq şaxələndirilmiş mühüm nəqliyyat şəbəkəsinə malikdir. Qloballaşan dövrümüzdə nəqliyyat-tranzit sahəsində əməkdaşlığın vacibliyi xüsusi önəm kəsb edir. Artıq fəaliyyət göstərən, eləcə də planlaşdırılan yeni nəqliyyat yolları kommunikasiyalarımızı daha sıx birləşdirməyə imkan verəcək. Xəzərin Azərbaycan tərəfində tam olaraq Avropa istehlakçılarına qədər - həm dəmir yolu, həm avtomobil yolu, həm hava yolu mövcuddur və bizim yük hava nəqliyyatının potensialı nəzərə alınmaqla artıq geniş nəqliyyat infrastrukturuna malikik. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu Orta Dəhlizin bir hissəsi olmaqla Ələt ticarət limanının potensialını 15 milyon tondan 25 milyon tona qədər artırmağa kömək edəcəkdir.
Azərbaycandan çox böyük potensiala malik Şimal-Cənub dəhlizi də keçir. Artıq həm Cənub-Qərb, həm də Şimal-Qərb dəhlizlərinin potensialını genişləndirmək üçün imkanlar qazanmışıq. Göründüyü kimi Qırğızıstan və Azərbaycanın əməkdaşlığı iqtisadi potensialımızın daha da artırılmasına, eləcə də türk dünyasının bir-birinə inteqrasiyasına böyük töhfə verəcək. Təbii ki, burada həyata keçirilən layihələr haqqında informasiya və sinxronlaşdırma ilə bağlı məsələlərə xüsusi diqqət yetirilməlidir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21

