/ / Praqada keçirilən görüşlər regionumuzda sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin yaradılması üçün böyük ümidlər yaradır
Praqada keçirilən görüşlər regionumuzda sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin yaradılması üçün böyük ümidlər yaradır
12.10.2022 [16:46]
Bu gün Avropa İttifaqı ilə bir sıra istiqamətlər üzrə çox fəal əməkdaşlıq aparılır və ölkəmizin beynəlxalq müstəvidə mövqeləri əhəmiyyətli dərəcədə güclənməkdədir. Prezident İlham Əliyevin Praqaya səfəri kifayət qədər uğurlu olmaqla yanaşı, ölkəmizin artan və ədalətli mövqeyini prinsipial olaraq ortaya qoydu. Həm Azərbaycan-Avropa İttifaqı münasibətləri, həm də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi kontekstində dövlətimizin başçısının keçirdiyi görüşlər, aparılan müzakirələr bir daha təsdiqlədi ki, ölkəmizin ədalətli mövqeyi dünya birliyi tərəfindən qəbul olunur və Ermənistanın sülh öhdəliklərini yerinə yetirməkdən başqa yolu yoxdur.
Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi” Zirvə Toplantısına dəvət olunması və iştirakı dövlətimizin başçısının beynəlxalq müstəvidə yüksək nüfuzunun göstəricisidir. Ümumilikdə, “Avropa Siyasi Birliyi” qitənin ölkələri arasında siyasi əlaqələndirmə platforması olmaqla, məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. 44 ölkənin dövlət və hökumət başçılarının iştirakı ilə ilk dəfə keçirilən “Avropa Siyasi Birliyi” Zirvə Toplantısı Avropa ölkələrinin liderlərini bərabərhüquqlu və birlik ruhunda bir araya gətirməsi qloballaşan dünyada yeni reallıqların yaradılmasının zəruri edir.
Praqada əsas diqqət mərkəzində olan məsələ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı aparılan danışıqlardır. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında iki dəfə keçirilən görüşlərin nəticəsi olaraq bəyanat qəbul olunub. Bəyanatda deyilir ki, Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir. Ermənistan Azərbaycanla sərhədə Avropa İttifaqının mülki missiyasının göndərilməsinə, Azərbaycan isə bu komissiya ilə əməkdaşlığa razılıq verib. Bu missiya işinin oktyabrda başlayıb, 2 ay müddətinə başa çatması nəzərdə tutulur.
Həmçinin bu görüş regionda sülhün və əməkdaşlığın təmin olunması istiqamətində növbəti addımdır. Prezident İlham Əliyev regionda yeni reallıqların müəllifidir və postmünaqişə mərhələsinin ümumi geosiyasi ab-havasının yenilənməsində əsas söz sahibidir. Azərbaycan diplomatiyası hər bir görüşdə müsbət məzmunlu sənədlərin qəbul edilməsində fəallıq göstərir. Azərbaycan mövcud regional geosiyasi vəziyyəti obyektiv qiymətləndirir və regional əməkdaşlıq, sabitlik və inkişaf üçün təşəbbüslər irəli sürür. Azərbaycan regionda kommunikasiya xətlərinin, həmçinin Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Bütün bunların fonunda Brüssel görüşü və onun nəticələrinin geosiyasi kontekstdə analizinə ciddi ehtiyac duyulur. Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfərlə Azərbaycan münaqişənin bitdiyini elan edib. Dövlətimizin başçısı İlham Əliyev hərbi əməliyyatlar bitdikdən sonra hər bir çıxışında qeyd edir ki, artıq münaqişə öz həllini tapıb, Azərbaycan sülh və təhlükəsizlik fonunda yeni səhifə açmağa hazırdır.
Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində “Ermənistan tərəfindən xoş məram olarsa, sülh müqaviləsi ilin sonunadək imzalana bilər” deməsi Ermənistanı sülhə dəvət etməklə, regionda sabitliyin tezliklə təmin olunmasının zəruriliyinə işarədir. Praqa görüşləri zamanı “Vaxt keçir, bizim təşəbbüslər heç də asan irəliləmir, xarici işlər nazirlərinin birinci görüşü konkret nəticələr verməsə də, hesab edirəm ki, bu, müsbət addımdır. Düşünürəm ki, yaxın vaxtlarda qərar qəbul edilərsə, iki ölkənin işçi qrupları sülh müqaviləsinin mətni üzərində işləməyə başlayacaqlar və biz ilin sonunadək razılaşmaya nail ola bilərik. Bizim tərəfdən elan edilən beş prinsiplə bağlı heç kimin - nə erməni tərəfinin, nə də Avropa İttifaqının heç bir sualı yoxdur. Bu gün Fransa Prezidenti ilə görüş zamanı mən gördüm ki, bu beş prinsip qəbul edilir. Bu, təbiidir, çünki biz yeni heç nə icad etməmişik. Bu, münasibətləri normallaşdırmaq istəyən dövlətlər arasında münasibətlərə əsaslanan prinsiplərdir” deyən Prezident İlham Əliyev beynəlxalq hüquq normaları çərçivəsində məsələnin həllinə tam hazır olduğumuzu bəyan etmişdir. Bundan əlavə, dövlətimizin başçısı Qarabağda yaşayan ermənilərlə bağlı dövlətimizin aydın mövqeyini ifadə edərək, bu ermənilər Azərbaycan vətəndaşlarıdır və onlar bütün vətəndaşlar kimi hüquqlardan istifadə edəcəklər deməsi sözün əsil mənasında insanlığı təbliğ etməklə, beynəlxalq aləm tərəfindən ən humanist addım kimi qiymətləndirilməlidir.
Ümumilikdə, Praqada keçirilən görüşlər deməyə əsas verir ki, regionumuzda sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin yaradılması üçün böyük ümidlər yaranmışdır.
Vüqar İsayev,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

