/ / Ağdam Şəhərsalma Forumu dünya şəhərsalma təcrübəsinin öyrənilməsi və tətbiqi baxımından olduqca əhəmiyyətlidir
Ağdam Şəhərsalma Forumu dünya şəhərsalma təcrübəsinin öyrənilməsi və tətbiqi baxımından olduqca əhəmiyyətlidir
12.10.2022 [11:13]
“BMT-nin Məskunlaşma Proqramı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu keçirilib. Foruma dünyanın 44 ölkəsindən 130-dan çox təcrübəli mütəxəssislər toplaşmışdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 5 oktyabr tarixində Ağdamda Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxış edib və ölkəmizin və regionun təhlükəsizliyi, inkişafı istiqamətində bir sıra önəmli məsələlərə toxunub.” Bu fikirləri Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov söyləyib. Vüsar İsmayılov qeyd edib ki, işğaldan azad edilmiş Ağdam torpağında Milli Şəhərsalma Forumunun keçirilməsi olduqca əhəmiyyətlidir və buraya səfər edənlər 30 ilə yaxın bir müddətdə erməni vəhşilərinin əzəli torpaqlarımızda həyata keçirdiyi vandalizm əməllərinin və talançılığın nəticələrinin şahidi oldular: “Tarixin müxtəlif dövrlərində Azərbaycan xalqı Ermənistanın əsassız ərazi iddialarına, etniktəmizləmə və soyqırımına məruz qalıb, tarixi torpaqlarımız işğal olunub. Şəhərlərimiz, kəndlərimiz, yaşayış məntəqələrimiz, tarixi, dini, mədəni abidələrimiz yerlə yeksan edilib. Ağdam şəhəri işğal dövründə tamamilə dağıdılıb. Bütün binaların dağıdılmadığı yeganə yerlər Şuşa, Laçın və qismən Kəlbəcər olub. Ermənilər işğal dövründə 1 milyondan çox mina basdırıblar. Ermənistanın təcavüzü və işğalı nəticəsində 1 milyondan çox azərbaycanlı öz doğma torpaqlarından tamamilə etnik təmizləməyə məruz qalaraq didərgin salınıb. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılması ilə bağlı qəbul etdiyi 4 qətnamə 30 ilə yaxın müddətdə yerinə yetirilməyib və cəzasızlıq mühiti qəsbkar Ermənistanın növbəti təxribatlara və əsassız iddialara əl atmasına gətirib çıxarmışdı. Azərbaycanın dövlət sərhədlərində müxtəlif təxribatlara əl atan Ermənistan davamlı atəşkəs rejimini pozaraq, danışıqlar prosesini uzadaraq, münaqişənin sülh yolu ilə həllinə mane olurdu. 2020-ci ilin iyul ayında, eləcə də 27 sentyabr tarixində baş verən təxribatlar isə Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başlamasına səbəb oldu”.
Rayon təşkilatının sədrinin sözlərinə görə 44 gün ərzində davam edən Vətən müharibəsi dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz əsl tarix yazdı, yüksək qəhrəmanlıq göstərərək tarixi torpaqlarımızı Ermənistanın işğalından azad etdi. Ərazi bütövlüyümüzü bərpa etdi, BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın icra olunmayan qətnamələrini icra etdi. Dövlət-xalq-ordu birliyindən ilhamlanan qüdrətli ordumuz böyük zəfərə imza ataraq düşməni dizi üstə çökdürdü. Bu qalibiyyət Azərbaycan dövlətinin və xalqının, ordumuzun qətiyyətini bütün dünyaya göstərdi: “Qürurla bildiririk ki, artıq Qarabağla bağlı tamamilə yeni reallıq yaranıb. İndi işğaldan azad edilmiş tarixi torpaqlarımız, işğal dövründə ən çox dağıntıya məruz qalmış Ağdam yenidən qurulur, abadlaşır. Ağdamda 3 kəndin - Xıdırlı, Kəngərli və Sarıcalının təməli qoyulub. Şəhərin təsdiq edilmiş baş planına uyğun olaraq burada dağıdılmış bütün tarixi, mədəni abidələrimiz, məscidlərimiz yenidən inşa edilir. Bir sözlə, Azərbaycan tarixi torpaqlarını yenidən dirçəltmək və əvvəlki görkəminə qaytarmaq, eləcə də yurd-yuvasından məcburi didərgin salınmış soydaşlarımızın ən qısa zamanda geri dönməsi üçün infrastruktur layihələrini uğurla icra edir”.
Xüsusilə erməni işğalı nəticəsində demək olar ki, tamamilə dağıdılmış Ağdam şəhərinin Qafqazın Xerosiması adlandırılması təsadüfi deyil. Buradakı real mənzərə istər oraya səfər etmiş azərbaycanlıları, istərsə də xarici nümayəndələri dəhşətə gətirir. Ağdam “ağıllı şəhər” konsepsiyası əsasında inkişaf etdiriləcək və şəhərin bərpası, oradan erməni vandalizminin izlərinin silinməsi məqsədilə böyük şəhərsalma layihələrinin icrası nəzərdə tutulur. “Dayanıqlı şəhər”, “ağıllı şəhər” prinsiplərinə əsaslanan layihələrdə şəhərin bütün sahələrdə inkişafı – yaşayış məntəqələrinin salınması, kommunikasiya, magistral və dəmir yolları, meliorasiya xətlərinin salınması, kənd təsərrüfatının inkişafı, yaşıllıqların bərpa olunması, sənaye, turizmin, təhsilin inkiaşfı məqsədilə orta məktəb, orta-ixtisas təhsili müəssisələrinin, Qarabağ Universitetinin yaradılması, istehsal, sosial xidmətlər, iri sənaye və qida sənayesi müəssisələrinin işi təmin ediləcək. Bir sözlə, Ağdam şəhəri dövlətimizin əzmi və iradəsi ilə öz tarixi inkişafını bərpa edərək Qafqazın ən inkişaf etmiş şəhəri statusunu özünə qaytaracaq. Buradakı inkişaf, eyni zamanda regionun inkişafına əsaslı şərait yaradacaq, qarşılıqlı iqtisadi əlaqələrin artmasına səbəb olacaq. Ağdam Şəhərsalma Forumu isə dünya şəhərsalma təcrübəsinin öyrənilməsi və tətbiqi baxımından beynəlxalq əhəmiyyətlidir.
Xəbər lenti
Hamısına baxDünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43

