YAP nümayəndə heyəti İCAPP-ın xüsusi konfransında iştirak edib
29.09.2022 [17:08]
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramin Məmmədov və YAP Mərkəzi Aparatının Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin aparıcı məsləhətçisi Taleh Həsənzadə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Koreya Respublikasının hakim Xalqın Gücü Partiyası və müxalif “Minjoo” (Demokratik) Partiyasının birgə ev sahibliyi ilə 2022-ci il 28-30 sentyabr tarixlərində Koreyanın Seul şəhərində keçirilmiş “Siyasi partiyalar vasitəsilə Asiyanın siyasi inkişafı” mövzusunda xüsusi konfransında iştirak ediblər.
13 ölkədən 23 siyasi partiyanın 60-a yaxın nümayəndəsinin qatıldığı konfransın “Demokratiyanın inkişafında siyasi partiyaların rolu” mövzusunda 1-ci sessiyasında çıxış edən Ramin Məmmədov formalaşmaqda olan yeni dünya nizamının siyasi partiyalar qarşısında meydana çıxardığı çağırışlardan bəhs edərək müasir dövrdə partiyaların yalnız təmsil etdikləri cəmiyyətin gözləntilərinə deyil, bütövlükdə qlobal dünyanı narahat edən təhlükə və təhdidlərə adekvat ideyalar sistemi təqdim etməli olduqlarını vurğulayıb. Azərbaycan siyasi sistemində partiyaların rolundan bəhs edən R.Məmmədov çoxpartiyalı sistemin demokratik cəmiyyət quruculuğunun vacib elementi kimi milli inkişaf strategiyasının əsas parametrlərindən biri olduğunu söyləyib. O həmçinin, 44 günlük Vətən Müharibəsinin yaratdığı yeni reallıqların, Cənubi Qafqazda təhlükəsizlik konfiqurasiyasının əhəmiyyətli şəkildə dəyişməsinin Azərbaycanda siyasi münasibətlər sisteminin məzmununa gətirdiyi yeniliklərdən bəhs edib. R.Məmmədov qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Cənubi Qafqazda sülh çağırışlarının aktuallığını həm ölkə əhalisinə, həm də beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağın vacibliyini nəzərə alaraq bu məsələni ideoloji prioritetlər siyahısına daxil edib: “Bu kontekstdə Yeni Azərbaycan Partiyası kifayət qədər ciddi və həyati əhəmiyyət daşıyan bir missiyanı yerinə yetirir. YAP milli siyasi qüvvələrin konsolidasiyasına və beləliklə də ümumi mənafelərə xidmət edən siyasi dialoqun təşəbbüskarı rolunu uğurla həyata keçirir. Bu təşəbbüsün ideya-siyasi məzmunu həm də Cənubi Qafqazda əməkdaşlıq mühitinin yaradılmasını nəzərdə tutur”.
R.Məmmədov, həmçinin “İctimai seçki sistemi və siyasi partiyaların inkişafı” mövzusunda 2-ci sessiyanın moderatoru olub. Tədbir iştirakçılar tərəfindən Seul Bəyanatının qəbul edilməsi ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxİdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19

