Mənəviyyatsızlıq
19.09.2022 [10:58]
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Azərbaycanın rəşadətli Ordusunun “Dəmir yumruq”, “Qisas”, Qətiyyətli cavab” əməliyyatları gücünün, qüdrətinin, hər bir təxribatın qarşısını almaq imkanlarının təqdimatıdır. “Dəmir yumruq” 30 ilin işğalına son qoydu, ərazi bütövlüyümüz bərpa olundu, Azərbaycan dünya hərb tarixinə yeni səhifə yazdı. Ermənistan silahlı qüvvələrini torpaqlarımızdan iti qovan kimi qovan Azərbaycan Ordusu yazdığı Zəfər tarixi ilə bugünkü reallıqlarımızı şərtləndirdi. Azərbaycan qalib ölkə kimi yeni reallıqların qəbulu istiqamətində ciddi səylər göstərir və qazanılan uğurlar göz önündədir. Ermənistanın təxribatlar törədərək sülh müqaviləsinin imzalanması prosesinin uzanmasında maraqlı olması da Azərbaycanın tarixi Zəfərini, dünya güclərinin mövcud reallıqları qəbul etməsini qısqanclıqla qarşılamasından irəli gəlir. Sentyabrın 12-dən 13-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törətməklə 30 illik işğal dövründə danışıqlar proesinə mane olmaq üçün göstərdiyi səyləri bir daha yada salmaq məcburiyyətində qoyur. O dövrə diqqət yetirsək görərik ki, artıq tarixə qovuşan Qarabağ münaqişəsinin nizamlanması istiqamətində danışıqların ərəfəsində, yaxud ondan sonra Ermənistan təxribatları ilə diqqətdə olub. Bu günümüz üçün bir mühüm məqamı qeyd etməliyik ki, Azərbaycan o dövrün Azərbaycanı deyil, qalib ölkə olaraq bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına çağırışlar edir, Ermənistanla münasibətlərinin normallaşdırılması üçün sülh müqaviləsini təklif etməklə yanaşı, bəyan edir ki, bu təklif uzun müddət masa üzərində qalmayacaq.
Göründüyü kimi, Ermənistana yaradılan şansdan istifadə etmək üçün konkret təklif irəli sürülüb. Qarşı tərəfin tərəddüdləri müxtəlif fikirlərin yaranmasına səbəb olmaya bilməz. Ermənistanın törətdiyi təxribatlar qarşıya qoyduğu məqsədlərin açıqlanmasında yardımçıdır.
Ermənistan silahlı qüvvələri törətdikləri təxribatların qarşısının qətiyyətlə alındığını görür və geri çəkilməklə təsdiqləyirlər ki, Azərbaycan Ordusunun qarşısında dayanmaq imkanlarına malik deyillər və ola da bilməz. Gənclərimizin Vətən, torpaq sevgisi Zəfərimizin əsas amillərindən biri kimi vurğulanır. Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Vətən oğullarımızın şəhidlik zirvəsinə ucalmaları hər birimizə Vətəni, xalqı, dövləti sevmək çağırışını edir. Belə anlarda birliyimiz, həmrəyliyimiz, Müzəffər Ali Baş Komandanın ətrafında daha sıx birləşməyimiz əsas tələblərdəndir. Necə ki, 44 günlük İkinci Qarabağ müharibəsində bu həmrəyliyi nümayiş etdirdik. 50-dən artıq siyasi partiya dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstəklərini ifadə etdi. Amma ermənilərlə, ermənipərəst qüvvələrlə iş birliyində olan, onlar üçün göz yaşı axıdan AXCP sədri Əli Kərimli və onunla eyni mövqedən çıxış edən ünsürlər seyrçi mövqedə dayanmaqla yanaşı, həmçinin ictimai fikri çaşdırmaq üçün ən çirkin yollara əl atdılar.
Bu gün “sapı özümüzdən olan baltalar”ın Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribatın qarşısını almaq üçün 7 saatlıq “Qətiyyətli cavab” əməliyyatını aparmalarını ermənipərəst dairələrdən aldıqları vəsaitlərin qarşılığında onların maraqlarına uyğun şərh etmələri ictimaiyyətdə bu ünsürlərə qarşı mənfi rəyi birə on qat artırıb. Vətənə xəyanət bağışlanandımı? Sözügedən təxribat zamanı onlarla Vətən oğulları şəhidlik zirvəsinə ucaldı. Antimilli ünsürlərin apardıqları qərəzli təbliğat, Azərbaycanı bu təxribatı törətməkdə, təcavüzkar siyasət həyata keçirməkdə ittiham etmələri şəhidlərimizin ruhuna hörmətsizlikdir. Əli kərimlilər niyə Azərbaycanın tarixi Zəfərindən, Ordumuzun hər bir təxribatın qarşısını almaq gücünə malik olmasından narahatdır? Ermənilərin diz çökdürülməsi bu ünsürləri niyə məyus edir? Belələri “düşmən dəyirmanına su tökmək”lə özlərinin xəyanətkar portretlərini bütün məqamları ilə təqdim edirlər. Vətəndaş təəssübkeşliyi yoxdursa, vicdan amilindən danışmaq mümkünsüzdür. Həyatda şərəflə şərəfsizliyi, şəxsi rifahla ictimai borcu, tamahkarlıqla vicdanlılığı hər kəs özü seçir. Bir əsas məqamı qeyd etməliyik ki, vətəndaşlıq təəssübkeşliyi olmayan kəsdən mənəviyyat, dövlətə, xalqa xidmət gözləmək sadəlövhlük olar. Əli Kərimli, Altay Göyüşov, Arif Hacılı, Qubad İbadoğlu, Tofiq Yaqublu, Tural Sadıqlı, Arif Şahmarlı, Sevinc Osmanqızı, Qənimət Zahid, Cəmil Həsənli və Gültəkin kimiləri ictimaiyyət çox yaxşı tanıyır. Müxalifətçilik anlayışının mahiyyətini bugünədək dərk etməyən belələri daim xarici anti-Azərbaycan dairələrin əlində oyuncaqdırlar.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03

