Pirallahı rayonunda 26 iyun- Silahlı Qüvvələr Günü münasibətilə idman yarışı keçirilib
28.06.2022 [10:56]
26 iyun 2022-ci il tarixində YAP Pirallahı rayon təşkilatı S. Bağırov 3 (V. Mustafazadə adına Mədəniyyət Mərkəzi) ünvanında yerləşən ərazi partiya təşkilatında YAP Pirallahı rayon təşkilatı, Pirallahı Rayon İcra Hakimiyyəti, V.Mustafazadə adına Mədəniyyət Mərkəzi və Azərbaycan Kosiki Karate Federasiyasının birgə təşkilatçılığı ilə "26 İyun - Silahlı Qüvvələr Günü"nə həsr olunmuş yeniyetmə və gənclər arasında Azərbaycan Kosiki Karate Federasiyasının nəzdində olan “ÇEMPİON” Kontakt karate Klubunun birinciliyi üzrə yarış keçirilmişdir.
Tədbirdə YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı Vüqar Nəsirov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçilari və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Süpay Məmmədov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Anar Babayev, V.Mustafazadə adına Mədəniyyət Mərkəzinin direktoru Ramin Məmmədov, Azərbaycan Kosiki Karate Federasiyasının prezidenti Rəfail Bünyatov, Federasiyasının birinci vitse-prezidenti Yuriy Mustafayev, Vətən müharibəsi şəhidi Elmar Nəbiyevin atası Elman Nəbiyev, Vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Açılış mərasimində dövlət himni səsləndirilmiş, daha sonra ərazi bütövlüyümüz uğrunda həlak olmuş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edənlər Milli Ordumuzun yaranmasının 104-cü ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edərək ölkəmizdə ordu quruculuğu ilə bağlı görülən işlər barədə ətraflı məlumat verdilər. Qeyd olundu ki, Ulu Öndər Heydər Əliyev hələ SSRİ dövründə və müstəqillikdən sonra Azərbaycana rəhbərlik edərkən ordu quruculuğu, hərbi kadrların hazırlığı məsələsinə xüsusi diqqət yetirmişdir. Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam etdirən və zənginləşdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı istiqamətdə davamlı addımlar atıldı. Bu ali diqqət və qayğı nəticəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Modernləşdirilən, ən müasir texnika ilə təmin olunan Azərbaycan Ordusunun gücü, qüdrəti bu gün beynəlxalq səviyyədə etiraf edilir. Silahlı Qüvvələrimiz indi dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb. Hazırda Azərbaycanın müdafiə sənayesi müəssisələrində mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Natiqlər 44 günlük Vətən müharibəsi zamanı Silahlı Qüvvələrin keçdiyi şərəfli və qürurlu döyüş yolundan danışaraq, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək xalqımızın düşmən üzərindəki möhtəşəm Zəfərlə şanlı tarix yazdığını vurğuladılar.
Gənclər arasında fiziki hazırlığın daim yüksək formada saxlanılması və idmana həvəsin artırılması məqsədi daşıyan yarışın sonunda qaliblər diplom, medal və kuboklarla mükafatlandırılmışlar.
Şagirdlərin ifasında Vətən müharibəsi şəhidi, “ÇEMPİON” Kontakt karate Klubunun fəxri üzvü Elmar Nəbiyevin əziz xatirəsinə bəstələnmiş mahnı səsləndirilmişdir. V.Mustafazadə adına Mədəniyyət Mərkəzinin “Ada” rəqs kollektivinin rəngarəng musiqi və rəqsləri yarışa xüsusi zövq qatmışdır.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

