/ / Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyunun 24-də ölkəmizdə prezidentlik səlahiyyətlərini icra etməyə başlaması ilə yeni inkişaf mərhələsinin əsası qoyuldu
Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyunun 24-də ölkəmizdə prezidentlik səlahiyyətlərini icra etməyə başlaması ilə yeni inkişaf mərhələsinin əsası qoyuldu
22.06.2022 [15:01]
“Ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü ilin 15 iyun tarixində Azərbaycan Respublikası Ali Sovetinin sədri kimi fəaliyyətə başlaması müstəqillik illərimizin dönüş nöqtəsi kimi tariximizə həkk olundu. Milli Qurtuluş Günü, xalqımızın nicat yolunun başlanğıcı hesab olunan bu tarixi əhəmiyyətli gün dövlətçiliyimizin möhkəmləndirilməsi, xalqımızın düşdüyü ağır vəziyyətdən xilas edilməsi istiqamətində ən önəmli mərhələlərdən biri idi”. Bu sözləri açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirdi.
Vüsar İsmayılovun sözlərinə görə ümummilli lider Heydər Əliyevin istər sovet, istərsə də müstəqillik dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə mühüm islahatlar paketi həyata keçirilib, dövlətçiliyimizin və xalqımızın hərtərəfli inkişafı üçün əvəzsiz xidmətlər göstərilib.
Daha sonra Vüsar İsmayılov 1993-cü ildə siyasi səriştəsi və idarəçilik qabiliyyəti olmayan insanların ölkəmizə rəhbərlik etməsi nəticəsində ölkəmizin üzləşdiyi uçurumlardan bəhs etdi. Artıq ölkənin xaosa, anarxiyaya sürükləndiyini görən o zamankı hakimiyyət Bakı şəhərini tərk etmək qərarına gəldikdən sonra həmin ilin 24 iyun tarixində prezident səlahiyyətləri Ali Sovetin sədri, ümummilli lider Heydər Əliyevə verildi: “Məhz Ali Sovetin sədri Heydər Əliyevin 1993-cü il 24 iyunda Prezident səlahiyyətlərinin icra etməyə başlaması ilə ölkədə yeni idarəçilik mühiti, eləcə də ictimai-siyasi sabitlik hökm sürməyə başladı. Ulu öndər Heydər Əliyev gecə-gündüz bilmədən Azərbaycan dövlətçiliyini qorumağa, ölkəmizin başını almış qara buludları dağıtmağa başladı. Beləliklə, dahi şəxsiyyətin idarəçilik bacarığı, əzmkarlığı və qətiyyəti sayəsində qısa zaman ərzində mühüm dəyişikliklərə nail olundu. Siyasi iradə, bilik və bacarıq, praqmatik düşüncə qabiliyyəti, müdriklik, uzaqgörənlik, uzun illərin uğurlu təcrübəsi, şəxsi nüfuzu və s. keyfiyyətləri sayəsində Azərbaycan güclənməyə, üzləşdiyi fəlakətləri dəf etməyə və qarşısına hədəflər müəyyənləşdirməyə başladı”.
Rayon təşkilatının sədrinin sözlərinə əsasən Heydər Əliyevin ölkəmizdə prezident səlahiyyətlərinin icrasına başlamasını tariximizin ən parlaq səhifələrindən biri kimi ədalətin və milli iradənin təntənəsi hesab etmək olar. Təbii ki, bu, eyni zamanda xalqımızın istək və arzusunun reallaşması idi. Çünki Azərbaycan xalqı artıq üzləşdiyi müsibətlərdən, təhlükələrdən çıxış yolunu ancaq dahi şəxsiyyət Heydər Əliyevdə görürdü. Tarix sübut etdi ki, xalqımız qətiyyən yanılmayıb və xilaskarlıq missiyyasını öz üzərinə götürən ulu öndər Azərbaycanı dövlət müstəqilliyini itirməkdən, daha dəhşətli vətəndaş müharibələrindən xilas etdi: “Ümummilli liderimiz Heydər Əliyevin iyunun 24-də prezidentlik səlahiyyətlərini icra etməyə başlaması, xalqımızın ictimai-siyasi fikir tarixində də dönüş nöqtəsi oldu. Dövlətimizin möhkəmlənməsi, ayrı-ayrı sahələrin inkişafına göstərilən diqqət və qayğı, əldə olunan uğurlar xalqımızın özünəqayıdışının əsas təkanverici qüvvəsi oldu”.
Bir neçə ay sonra isə, 1993-cü il oktyabrın 3-də Azərbaycan xalqının dahi şəxsiyyətə etimad göstərərək 98,8 faiz səslə prezident seçməsi isə ulu öndərə olan xalq sevgisinin və etimadının bariz nümunəsi idi. Bu gün ulu öndərin islahatlar kursuna sadiqlik göstərən dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanımız günü-gündən daha da inkişaf edir, iqtisadi, siyasi, sosial sahələri əhatə edən çoxşaxəli islahatlar öz müsbət nəticələrini verir. Artıq Azərbaycan təkcə yerli deyil, regional və beynəlxalq layihələrin təşəbbüskarı və icraçısı kimi özünü dünyada təsdiq edib. Azərbaycana beynəlxalq etimad var və bu, milli maraqlarımızın həyata keçirilməsində əvəzsiz amildir.
“Bir sözlə, qürurla demək olar ki, ümummilli lider Heydər Əliyevin ruhu şaddır. Çünki ulu öndərin ideyaları və siyasət kursu davam edir, qurub-yaratdığı müstəqil Azərbaycanımız tarixi zəfərə imza atan, getdikcə qüdrətlənən və inkişaf edən dövlətlərdən biridir. Azərbaycanın inkişaf göstəricilər beynəlxalq reytinq cədvəllərində və hesabatlarında öz əksini tapır. Dövlətimizin və xalqımızım nailiyyətlərinin bundan sonra uğurla davam edəcəyinə heç bir şübhə yoxdur. Artıq xalqımız işğaldan azad edilmiş torpaqlarımızın dirçəldilməsi prosesini qürurla və səylə yerinə yetirir. Qarabağımız Vətənimizin bir parçası kimi inkişaf edəcək, əvvəlki görkəminə və möhtəşəmliyinə qayıdacaq” deyə, YAP Binəqədi rayon təşkilatının sədri bildirdi.
Xəbər lenti
Hamısına baxDünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54

