Heydər Əliyev – Hüquqi dövlətin Azərbaycan modelinin müəllifidir
21.06.2022 [11:56]
1993-cü il xalqımızın yaddaşına həlledici, böyük əhəmiyyət kəsb edən tarixi bir il kimi yazılıb. Azərbaycan xalqı uzun illər boyu həsrətində olduğu müstəqilliyini 1991-ci ilin 18 oktyabrında bərpa etsə də, qısa müddət ərzində müstəqilliyini itirmək təhlükəsi ilə üz – üzə qalmışdı. Əgər müstəqilliyimizin ilk günündən dünya siyasətinin nadir şəxsiyyətlərindən olan dahi Heydər Əliyev ölkəyə rəhbərlik etsəydi təbii ki, ölkə qanlı faciələr yaşamaz, ərazilərimizin 20 faizi işğala məruz qalmaz, dövlət müstəqilliyimizi itirmək təhlükəsi ilə üzləşməzdik. Bir il yeddi ay ərzində hakimiyyətdə olan təsadüfi, heç bir idarəetmə təcrübəsi olmayan şəxslər ölkəni məhv olmaq, tarixin səhnəsindən birdəfəlik silinmək təhlükəsi ilə üz – üzə qoyub qaçdılar. Müdrik xalqımız xilas yolunu ancaq və ancaq Ulu Öndərimiz Heydər Əliyevdə gördü və öz böyük xilaskarını təkidlə Azərbaycana dəvət etdi. Xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər həyatını ciddi təhlükə altına qoyaraq 1993-cü ilin 9 iyununda Bakıya gəldi və Gəncə şəhərində davam edən qiyamın qarşısı alındı. Tariximizə Milli Qurtuluş Günü kimi qızıl hərflərlə yazılan 15 iyun günündə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. 1993-cü il iyun ayının 24-də isə Prezident səlahiyyətlərini icra etməyə başladı. Qısa zaman kəsiyində Azərbaycanınn hüquqi, siyasi, iqtisadi müstəqilliyini təmin etmək üçün ciddi işlər gördü. İlk öncə ölkədə ictimai – siyasi sabitliyin bərpası üçün gərgin iş apararaq qeyri – qanuni silahlı dəstələri ləğv etdi. Ərazi bütövlüyümüzün bərpası və Ermənistanın hücumlarının qarşısını almaq üçün ordu quruculuğu istiqamətində məqsədyönlü tədbirlər həyata keçirdi.
Dahi Heydər Əliyev həmin dövrdə ən vacib məsələlərdən biri olan hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna xüsusi önəm verirdi. Ona görə də qarşıya qoyduğu vəzifələrdən biri Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulması idi. Hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu məsələsini həmişə diqqət mərkəzində saxlayan Ulu Öndər bu istiqamətdə vacib islahatların reallaşdırılmasını təmin etdi. Son dərəcə gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində cinayətkarlıq və hüquq pozuntularına qarşı ciddi mübarizə apardı. Bütün hüquq mühafizə orqanlarını cinayətkarlara, mütəşəkkil cinayətkarlığa, korrupsiya və rüşvətxorluğa, terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə sərf etdi. Qanunun aliliyi prinsipinin real təmin olunması üçün müvafiq tədbirlərlər gördü. Ulu Öndər ölkədə tam ictimai – syasi sabitliyi bərqərar etməklə yanaşı, demokratik hüquqi dövlət quruculuğu prossesini də paralel olaraq həyata keçirdi.
Müdrik şəxsiyyət Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyamızı yaratmaqla gerçəkləşdirdi. Konstitusiya layihəsinin hazırlanması kimi çox ciddi və məsuliyyətli vəzifəni öz üzərinə götürən Heydər Əliyev bununla bağlı yaradılmış komissiyaya şəxsən rəhbərlik edirdi. Ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin əldə etdiyi nailiyyətlərdən, qabaqcıl təcrübədən istifadə etməklə, bu sahədə problemləri öyrənməklə Müstəqil Respublikamızın ilk Milli Konstitutiyasını yaratdı.
Ümummilli Liderimiz Heydər Əliyevin şah əsəri olan Konstitusiyamız 1995-ci ildə referendum yolu ilə qəbul olundu. Ulu Öndərimiz bu haqda belə demişdir: “Komissiyanın sədri kimi mən bu böyük tarixi sənədin hazırlanmasında öz şəxsi məsuliyyətimi daim dərk etmişəm, bu gün də dərk edirəm. Ona görə də bu sənədin hazırlanmasında xeyli vaxt sərf etmişəm. Haqqım var deyəm ki, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam, onun bu gün üçün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altından imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bu gün bəyan edirəm. Hesab edirəm ki, biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd – siyasi, hüquqi sənəd yaratmışıq.”
Konstitusiyamızda demokratik hüquqi dövlətin bütün prinsipləri – qanunun aliliyi, insan haqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarət prinsipləri öz əksini tapmışdır.
Ölkəmizdə ölüm hökmünün ləğv olunması insan hüquqları sahəsində atılan ən mühüm addımlardan biridir. Bu, Azərbaycanın demokratik hüquqi dövlət quruculuğu yolunda olduğunu bir daha sübut etdi. Ulu Öndərimizin humanist siyasətinin nəticəsdir ki, əfv və amnistiya ilə məhkumların bağışlanması artıq bir ənənəyə çevrilmiş, demokratik, hüquqi dünyəvi dövlət yolunu seçmiş Azərbaycanda müstəqil məhkəmə hakimiyyəti formalaşmışdır.
Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən məqsədyönlü siyasətin nəticədir ki, ölkəmizdə Qanunun aliliyi prinsipi böyük uğurla həyata keçirilir. Dahi Heydər Əliyevin müstəsna xidmətləri nəticəsində yaradılmış hüquq sisteminin bəhrələrini bu gün hər bir Azərbaycan vətəndaşı görür. Əminik ki, bundan sonra da Azərbaycanda hər kəsin firavanlığının təmin edilməsi üçün hüquqi müstəvidə bütün məsələlər öz müsbət həllini tapacaq və qanunların aliliyinə ən yüksək səviyyədə əməl olunacaqdır. Qədirbilən müdrik xalqımız Böyük Azərbaycanlı Heydər Əliyevin demokratik, hüquqi, dünyəvi dövlət quruculuğundakı müstəsna xidmətlərini heç vaxt unutmayacaqdır!
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

