Şuşa Bəyannaməsi Azərbaycan - Türkiyə əzəli, əbədi qardaşlığına yeni çalarlar əlavə edib
17.06.2022 [10:46]
Azərbaycanın xalqının taleyini dəyişən 15 iyun - zəfər tarixi ikiqat əlamətdardır. 29 il əvvəl bu tarixdə müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdaraq dövlətimizi dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas etdi və bir il öncə, eyni gündə bir-birinə arxalanan, inanan, güvənən Azərbaycan - Türkiyə dövlətləri tarixi Şuşa Bəyannaməsinə imza atdı.
Bölgədə dayanıqlı sülh, etibarlı sabitlik və təhlükəsizlik, o cümlədən çoxşaxəli əməkdaşlıq mühiti formalaşdıran Azərbaycan və Türkiyə qarşılıqlı faydalı əməkdaşlığların dərinləşməsinə öz töhfələrini verirlər. Tarixi, 11 səhifəlik Şuşa Bəyannaməsi isə Qars müqaviləsinə, Dostluq və Əməkdaşlıq haqqında Müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanaraq Azərbaycan - Türkiyə əzəli, əbədi dostluğuna, qardaşlığına yeni çalarlar əlavə edib.
Bu il iyunun 15 – də Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı şanlı qələbənin rəmzi Şuşa şəhərində keçirilən “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfrans bir daha Türkiyə-Azərbaycan qardaşlığının sarsılmazlığını, əbədiliyini dünyaya nümayiş etdirdi. Azərbaycan və Türkiyə bayraqlarının Şuşada qoşa dalğalanması həmçinin ölkələrimizin birliyinin nümayişidir. Hər keçən gün keyfiyyətcə yeni mərhələyə yüksələn iki qardaş ölkənin müttəfiqlik əlaqələri regionun geostrateji reallıqlarını tam nəzarətdə saxlayır. Eyni zamanda, regionun gələcək inkişafı üçün real imkanlar yaradan tarixi Şuşa Bəyannaməsi 2010-cu ildə Bakıda imzalanan “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” Müqavilənin və ardınca İstanbulda imzalanan “Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının (YSSƏŞ) yaradılmasına dair Birgə Bəyannamə”nin məntiqi davamı olaraq iki qardaş ölkənin strateji tərəfdaşlıq münasibətlərini daha yüksək - müttəfiqlik səyivvəsinə yüksəltdi. İlk növbədə Şuşa Bəyannaməsi bölgədə uzunmüddətli sülhün təmin olunmasını şərtləndirdi.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan may ayında Bakıda keçirilən “TEKNOFEST-Azərbaycan” festivalında çıxışı zamanı qeyd etdi ki, Qərbdən Şərqə qədər harada bir qardaşımız varsa, ora bizim evimizdir, yurdumuzdur. Türkiyə-Azərbaycan olaraq bu anlayışla əlaqələrimizi əvvəlcə strateji tərəfdaşlığa, keçən il də Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə çıxardıq. Enerjidən mədəniyyətə, müdafiədən ticari, iqtisadi və bəşəri münasibətlərə uzanan geniş sahədə güclü əməkdaşlıq qurduq.
Ölkə Prezidentimiz cənab İlham Əliyevin dediyi kimi Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir. Azərbaycan və Türkiyə dar gündə də, xoş gündə də daim bir-birinə dəstək göstərib, bir-birinin yanında olub. Qardaşlıq əlaqələrimizi strateji müttəfiqlik səviyyəsinə çatdıran Şuşa Bəyannaməsi sayəsində enerjidən mədəniyyətə, müdafiədən ticari, iqtisadi və bəşəri münasibətlərə qədər uzanan geniş bir sahədə güclü əməkdaşlıqlar qurulub.
Bir sözlə, Türkiyə və Azərbaycanın bir yerdə inamla addımlaması, bölgədə dayanıqlı sülhün təmin olunması, etimadın və mehriban qonşuluq əlaqələrinin qurulması, inkişafın sürətlənməsi, bölgədə sabitliyin möhkəmləndirilməsi deməkdir.
Ramil Orucov
YAP Gəncə şəhər təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46

