Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığını dünyaya bəyan edən mühüm mesajdır
16.06.2022 [11:25]
Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı daim dünyaya nümunə olub. Təkcə 44 günlük İkinci Qarabağ müharibəsi və postmünaqişə dövründə iki qardaş ölkənin həmrəyliyinə, dünyaya ünvanlanan mesajlara diqqət yetirmək kifayətdir. Vətən müharibəsinin ilk günündən Azərbaycanın yanında olan Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan tək deyil” bəyan etdi. Mənəvi və siyasi dəstəyi ilə Azərbaycanın tək olmadığını dünyaya çatdıran qardaş Türkiyə xalqı Zəfər sevincini bizimlə birgə yaşadı. Küçə və meydanlarımızda iki dost, qardaş ölkənin bayraqları qoşa dalğalandı. Azərbaycanın şanlı Zəfərinin dünyaya təqdimatı olan Zəfər paradında da Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çiyin-çiyinə dayandılar. Xatırlasaq, 2018-ci ildə Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr edilən möhtəşəm paradda Azərbaycan Prezidenti İlham Əliyev “Gün gələcək Azərbaycanın dövlət bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır” və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ məsələsi bizim üçün də eyni dərəcədə ağrılı problemdir. Türkiyə olaraq problemin həlli üçün Azərbaycanın göstərdiyi səyləri sonadək dəstəkləməyə davam edəcəyik” bəyan etmişdilər. Qarşıya qoyulan hədəflərə doğru birgə addımlayan iki dost, qardaş, müttəfiq Azərbaycan və Türkiyənin 2021-ci il 15 İyun-Milli Qurtuluş Günündə imzaladığı Müttəfiqlik sənədi dövlət başçısı İlham Əliyevin vurğuladığı kimi, hər şeyi deyir. Bu müttəfiqlik özünü bütün sahələrdə – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində təsdiqləyir.
Azərbaycan-Türkiyə birliyi, həmrəyliyi regionda sabitliyin qarantıdır. İki qardaş ölkənin siyasi iradəsi və qətiyyəti sayəsində reallığa çevrilən enerji layihələri dövlətləri, xalqları birləşdirir, iştirakçı, eyni zamanda, dünya dövlətlərinin dayanıqlı inkişafını şərtləndirir. Artıq bu əməkdaşlığın coğrafiyası regional çərçivədən çıxaraq beynəlxalq miqyas alıb. Çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin uğurlu sonluqla başa çatdırılması bu inama əsas verir ki, qarşıdakı dövrdə də ölkələrimizin maraqlarına cavab verəcək yeni-yeni layihələr gündəmə gətiriləcək və reallığa çevriləcək.
Şuşa Bəyannaməsində iki ölkənin ayrı-ayrı sahələrdə gələcək inkişafını özündə ehtiva edən müddəalar əks olunub. Ümumilikdə bu sənəd münasibətlərimizin gələcək inkişafı üçün yol xəritəsi kimi dəyərləndirilir. Azərbaycan-Türkiyə əlaqələrinin hərbi sahədə inkişafı da prioritet məsələlərdəndir. Mühüm məsələlər sırasında iki qardaş ölkənin diasporunun birgə fəaliyyəti, media sahəsində əməkdaşlıq da xüsusi yer tutur. Nəzərə alsaq ki, Ermənistan qardaş Türkiyəyə qarşı əsassız “erməni soyqırımı” iddiası ilə çıxış edir bu halda diaspor təşkilatlarının birgə fəaliyyətinin, Türkiyə-Azərbaycan Ortaq Media Platformasının yaradılmasının əhəmiyyəti özünü qabarıq şəkildə büruzə verir. Erməni yalanlarına qarşı atılan birgə addımlar, eyni zamanda, dünyaya birlik, həmrəylik mesajlarıdır. Dövlət başçısı İlham Əliyev daim çıxışlarında bəyan edir ki, bir millətin iki diasporu ola bilməz.
Azərbaycan-Türkiyə dostluğunun növbəti təntənəsi olan, bu ilin 26-29 may tarixlərində paytaxt Bakımızda ilk dəfə keçirilən “TEKNOFEST-Azərbaycan” festivalında Azərbaycan və Türkiyə Prezidentlərinin birgə iştirakları bir daha dünyaya bu reallığı çatdırdı ki, iki dost, qardaş və müttəfiq ölkə tariximizin ən önəmli addımlarında bir yerdədir, kədərləri, sevincləri birdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyan etdiyi kimi, Türk millətinin qəlbindəki Azərbaycan sevgisini kim qoparıb ata bilər? Qardaşlar arasında kim məsafə qoya bilər? İki qardaşı hansı hüdud ayıra bilər? Könüllərimiz arasında kim sərhəd çəkə bilər?
Göründüyü kimi, hansı sahəyə diqqət yetirsək Azərbaycan və Türkiyənin bir-birinə dəstəyini, əməkdaşlığını görərik. Bu münasibətlərin yüksələn xətlə inkişafında təbii ki, iki qardaş ölkənin Liderlərinin nüfuzu, şəxsi dostluq əlaqələri, ölkələrini daim inkişafa, tərəqqiyə doğru inamla aparmaları, haqsızlığın, ədalətsizliyin olduğu yerdə bir millətin nümayədələri kimi səslərini ucaltmaları və sair kimi amillər xüsusi yer tutur. Dövlət başçısı İlham Əliyevin iyunun 15-də Yeni Azərbaycan Partiyasının və Ədalət və İnkişaf Partiyasının təşkilatçılığı ilə Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə Şuşa şəhərində keçirilən “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfransın iştirakçılarına məktubunda qeyd edildiyi kimi, bu sənəd çoxşaxəli münasibətlərimizin ən yüksək zirvədə olduğunu göstərir. Bu gün Azərbaycan və Türkiyə ortaq siyasi iradə və birgə fəaliyyətlə gələcək hədəflərə çatmaq əzmində olan nadir müttəfiqlik nümunəsidirlər.
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54

