Xarici borcumuzun aşağı səviyyədə olması münbit iqtisadi şərait yaradır
07.06.2022 [10:58]
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə keçirilən müşavirədə dövlətimizin başçısının nitqindəki bir məqama diqqət yetirmək istərdim. Bu məqam, hökumətin dövlət borcu idarəçiliyi strategiyasının uğurla reallaşdırılması ilə bağlıdır. Məlumat üçün bildirim ki, ölkə rəhbəri dövlət borcunun idarə edilməsində səmərəliliyə nail olunmasına hər zaman mühüm önəm verir. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycanın xarici borcunun ümumdaxili məhsuldakı (ÜDM) payı azalmaqdadır. Keçən ilin aprelində xarici dövlət borcu ÜDM-in 18 faizini təşkil edib, hazırda cəmi 12,5 faizdir. Azərbaycan bir il ərzində xarici borcu təqribən 600 milyon dollardan çox aşağı salıb. Bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın xarici borcu ÜDM-ə nisbətdə 10 faiz səviyyəsinə endirilməlidir. Bu hədəfə də nail olunacağı şübhəsizdir.
ÜDM-də xarici borcun payının tənzimlənməsi Azərbaycan üçün prioritet istiqamətlərdəndir: “Bu ilin ilk rübünün nəticələri də göstərir ki, bu istiqamətdə ciddi uğurlar əldə etmək mümkün olub. Eyni zamanda Azərbaycan ÜDM-də xarici borcun həcminə görə MDB ölkələri arasında ən yaxşı göstəriciyə malikdir.
Yeri gəlmişkən, xarici dövlət borcumuzun aşağı səviyyədə olması üçün reallaşdırılan bəzi tədbirlərə də nəzər salmaq istərdim. Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın təsdiq edilməsi haqqında imzalanmış sərəncam bunu deməyə əsas verir ki, bu strategiyanın əsas məqsədi qlobal iqtisadiyyatda, habelə maliyyə bazarında baş verən proseslər fonunda ölkənin maliyyə dayanıqlılığının daha da gücləndirilməsinə, dövlət borcalmalarında səmərəliliyin artırılmasına, qarşıda duran yeni çağırışlar və imkanlar nəzərə alınmaqla bu sahədə risklərin səmərəli idarə edilməsi, eyni zamanda, nəzarət mexanizminin təkmilləşdirilməsinə nail olmaqdır.
Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün alınan kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilən qiymətli kağızlardan ibarətdir. Ötən il “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”, “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası” və yeni büdcə qaydası təsdiq edilib. Həmin vaxtdan etibarən dövlət borcunun idarə edilməsinə dair orta və uzunmüddətli strategiyanın icrasına başlanılıb və görülən tədbirlər hesabına xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti ilin əvvəlindəki faizdən bir qədər də aşağı düşmüşdür.
Digər tərəfdən, onu da nəzərə almaq lazımdır ki, inkişaf etmiş ölkələrdə borclanma payı keçən illərlə nisbətdə son dövrlərdə sürətlə artmaqdadır. Bir çox böyük ölkələrdə də bu artım müşahidə olunur. Digər ölkələrlə müqayisə etdikdə aydın görünür ki, Azərbaycan bu istiqamətdə böyük uğurlar əldə etmişdir. Bu, bir daha sübut edir ki, Azərbaycanda müstəqil iqtisadi siyasət düzgün şəkildə həyata keçirilir.
Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

