Qızıldaş seçiciləri Ağalar Vəliyevi millət vəkili kimi görmək istəyir
23.10.2010 [11:02]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) 11 saylı Qaradağ seçki dairəsindən Milli Məclisə namizədi Ağalar Vəliyevin səlahiyyətli nümayəndələri və vəkilləri Qızıldaş qəsəbəsində məhəllə görüşü keçiriblər.
Görüş zamanı namizədin vəkili Məzahir Əliyev deyib ki, ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycan dövlətinin sosial inkişaf, iqtisadi tərəqqi, beynəlxalq aləmə inteqrasiya siyasəti Azərbaycanı böyük inkişaf yoluna çıxarıb: “Bu gün Azərbaycan regionun ən inkişaf etməkdə olan ölkəsinə çevrilib. Azərbaycanın qazandığı nailiyyətlər, əldə olunan uğurlar günü-gündən artır. Əhalinin həyat şəraiti yaxşılaşır, sosial problemlər həll edilir, şəhərlərimizdə geniş abadlıq-quruculuq işləri aparılır. Siyasi, iqtisadi, hüquqi, sosial islahatlar davam etdirilir”.
Ağalar Vəliyevin digər vəkili Abidə Baxşəliyeva isə namizəd haqqında məlumat verib: “Ağalar İsrəfil oğlu Vəliyev 1957-ci il iyulun 23-də Yevlax şəhərində fəhlə ailəsində anadan olub. O, 1976-cı ildə Mingəçevir Politexnik Texnikumunu, 1989-cu ildə isə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. İxtisasca inşaat mühəndisidir. Ailəlidir. Bir oğul atasıdır”.
Vurğulayıb ki, A.Vəliyev əmək fəaliyyətinə 1976-cı ildə Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin Yevlax Dəmir beton məmulatları zavodunda fəhləlikdən başlayıb. Həmin zavodda laboratoriya mühəndisi, şöbə rəisi, baş mühəndis və direktor vəzifələrində çalışıb. 1986-cı ildən Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin tabeçiliyindəki “Körpütikinti” kombinatının direktoru, 1993-cü ildən isə 2 saylı “Yoltəmirtikinti” trestinin rəisi vəzifələrində işləyib. İşgüzarlığı və geniş istehsalat təcrübəsi nəzərə alınmaqla, 1996-cı ilin 19 iyununda ümummilli lider Heydər Əliyev tərəfindən yüksək etimad göstərilməklə Ağalar Vəliyev “Azəraqrartikinti” Dövlət Şirkətinin prezidenti vəzifəsinə irəli çəkilib. 1998-ci ildən isə Ağalar Vəliyev həmin şirkətin bazasında yaradılmış respublika əhəmiyyətli “Azəraqrartikinti” Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsində çalışır. O, söyləyib ki, Ağalar Vəliyevin yüksək təşkilatçılığı, peşəkarlığı və daim yeniliyə can atması nəzərə alınmaqla son illər məhz, bilavasitə Prezident İlham Əliyevin göstərişi ilə “Azəraqrartikinti” Səhmdar Cəmiyyətinə Bakı şəhərində bir sıra mühüm tarixi əhəmiyyət kəsb edən binaların tikintisi, bərpası və yenidənqurulması işlərinin yerinə yetirilməsi həvalə edilib.
ölkənin tikinti sektorunda uzun illər səmərəli fəaliyyətinə görə, Ağalar Vəliyevin Prezident İlham Əliyevin 9 aprel 2010-cu il tarixli Sərəncamı ilə Respublikanın “Əməkdar mühəndisi” fəxri adına layiq görüldüyünü söyləyən vəkil bildirib ki, Ağalar Vəliyev rəhbərlik etdiyi kollektivin üzvlərinin, ehtiyacı olan insanların xeyir-şər işlərində həmişə yaxından iştirak edib, vaxtının məhdudluğuna baxmayaraq, öz maddi və mənəvi köməkliyini heç vaxt əsirgəməyib.
Sonra Qızıldaş qəsəbəsinin sakinləri adından Afiq Abbasov, Zal Alxasov, Hüseynalı Təhməzov, Məhəmməd Abıyev, Göyçək Cavadova və Şıxəli Zeynalov münasibətlərini bildiriblər. Onlar Yeni Azərbaycan Partiyasının 11 saylı Qaradağ seçki dairəsindən Milli Məclisə namizədi Ağalar Vəliyevin işgüzarlıq keyfiyyətləri barədə xəbərdar olduqlarını vurğulayıblar.
Görüşün sonunda Qızıldaş qəsəbəsinin sakinləri Ağalar Vəliyevi millət vəkili kimi görmək istədiklərini və 7 noyabr seçkilərində yalnız ona səs verəcəklərini söyləyiblər.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12

