/ / YAP-ın namizədləri Azərbaycan dövlətçiliyinin inkişafında xidmətləri olan, cəmiyyətimiz tərəfindən yüksək hörmət və ehtiramla qarşılanan nüfuzlu insanlardır
YAP-ın namizədləri Azərbaycan dövlətçiliyinin inkişafında xidmətləri olan, cəmiyyətimiz tərəfindən yüksək hörmət və ehtiramla qarşılanan nüfuzlu insanlardır
21.10.2010 [09:52]
7 noyabrda keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) 62 saylı Saatlı seçki dairəsi üzrə namizədi Cəlal Əliyevin vəkilləri dünən Saatlı rayonunun Qarayevkənd, Nəsimikənd və Mir Cəlal kəndlərində seçicilərlə görüşüb. Tədbirdə çıxış edən YAP Saatlı rayon təşkilatının sədri, partiyanın parlament seçkilərində səlahiyyətli nümayəndəsi Lütvəli Şıxəliyev ölkəmizdə həyata keçirilən sosial iqtisadi siyasətin uğurlarından danışıb. Onun sözlərinə görə, müasir Azərbaycan dövlətçiliyinin banisi, Ulu öndər Heydər Əliyevin misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaradıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən və yeni çalarlarla zənginləşdirilmiş sosial-iqtisadi siyasətin strateji məqsədləri ölkəmizin hər bir regionunun inkişaf etməsi, bütün vətəndaşlarımızın yüksək həyat şəraiti ilə təmin olunmasından ibarətdir.
Sonra o YAP-ın 62 saylı Saatlı seçki dairəsindən millət vəkilliyinə namizədi Cəlal Əliyevin tərcümeyi-halı və platforması haqqında geniş məlumat verib. Rayon təşkilatının sədri vurğulayıb ki, Cəlal Əliyevin geniş təbliğata ehtiyacı yoxdur. Onun layiq görüldüyü dövlət mükafatları, bir çox ölkələrin elm məbədlərində aldığı təltiflər, elmi ixtiraları, dünyada gördüyü hörmət və ehtiram Cəlal Əliyev şəxsiyyətinin böyüklüyü haqqında məlumat verir: “Zənnimcə, bu gün hər bir Saatlı sakini onu ali tribunada - Milli Məclisdə məhz Cəlal müəllim Əliyevin təmsil etməsindən böyük qürur, fəxr hissi keçirir. Ona görə də, noyabrın 7-də hər bir seçicimizin məhz Cəlal Əliyevə səs verəcəyini indidən söyləmək olar. çünki, Cəlal müəllim, bütün Saatlı sakinlərinin sevimlisi, böyük hörmət göstərdiyi ağsaqqalımızdır. Onun rayonumuzun inkişafı, Saatlıda aqrar sahənin, kənd təsərrüfatının inkişafında, rayonumuzun dirçəlməsində rolu əvəzolunmazdır”.
çıxış edən Cəlal Əliyevin vəkili, akademik Fikrət Əliyev deyib ki, hörmətli akademikimiz Cəlal Əliyev bütün dünyada tanınan və böyük nüfuzu olan elm xadimlərimizdəndir. Bu gün onun elm sahəsindəki ixtiralarına dünya alimləri böyük hörmətlə yanaşırlar. Hörmətli alimimizin yeni buğda növlərinin yaradılması yönündəki təcrübəsi, araşdırmaları və əldə etdiyi nəticələr bu gün ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayır. Cəlal Əliyev öz bacarığı, zəngin araşdırmaları və elmi təcrübələri ilə bir çox mükafatlara layiq görülüb. O, biologiya elmləri doktoru, akademikdir. Əməkdar elm xadimidir. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Rəyasət Heyətinin üzvüdür. Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının həqiqi üzvü, Ukrayna Aqrar Elmlər Akademiyasının və Belarus Kənd Təsərrüfatı Elmləri Akademiyasının xarici üzvüdür. “İstiqlal” ordeni, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Onlarca monoqrafiyanın, kitabın və elmi məqalənin müəllifidir. Onun Azərbaycan elminin inkişafındakı xidmətləri müqayisə olunmazdır.
Cəlal Əliyevin vəkili AMEA-nın müxbir üzvü İbrahim Əzizov isə Yeni Azərbaycan Partiyasının 62 saylı Saatlı seçki dairəsi üzrə namizədi Cəlal Əliyevin ictimai fəaliyyəti haqqında geniş məlumat verib. Onun sözlərinə görə, elm xadimi kimi böyük nailiyyətlər qazanan Cəlal Əliyev bir ziyalı kimi də ölkəmizdə ictimai sabitliyin təmin olunmasında, siyasi sahədə əldə olunan nailiyyətlərdə rol oynayıb. Birinci, ikinci və üçüncü çağırış Milli Məclisinin üzvü kimi fəaliyyətində daim xalqımızın, vətəndaşlarımızın maraqlarını, arzularını hər şeydən üstün tutub, dövlətçiliyimizə sədaqətlə xidmət edib: “Böyük ziyalı, görkəmli alim Cəlal Əliyevin ən böyük xidmətlərindən biri isə onun Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yaxın silahdaşlarından biri olmasıdır. Cəlal müəllim daim Ulu öndərimizə dəstək olub, ən çətin məqamlarda, taleyüklü məsələlərin həllində Onun yanında yer alıb. Bilirsiniz ki, o, müstəqilliyimizin ilk illərində, Ulu öndərin qardaşı olduğu üçün çox böyük təzyiqlərə, haqsızlıqlara məruz qalıb, amma yenə də xalqımızın bu günü üçün, dövlətimizin inkişafı üçün əlindən gələni əsirgəməyib. Sizi əmin etmək istəyirəm ki, bu seçkilərdə də Cəlal Əliyevə səs versəniz, o, yenə də bütün seçicilərinin maraqlarını qorumaq, onların problemlərini həll etmək üçün var gücü ilə çalışacaq”.
Daha sonra çıxış edən Cəlal Əliyevin vəkilləri Baxşeyş Ələmşahov və Natiq Allahverdiyev də görkəmli akademikimizin ictimai, siyasi fəaliyyətindən, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində, YAP-ın yaranmasında onun xidmətlərindən, bir el ağsaqqalı kimi insanlara qayğısından,xoş əməllərindən danışıblar.
çıxış edən kənd seçiciləri də 7 noyabrda Cəlal Əliyevə səs verəcəklərini bir daha bəyan ediblər.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51

