Xalq öz firavanlığına səs verəcək
17.10.2010 [13:46]
Dünən Gəncə şəhər Muxtar Hacıyev küçəsi 13 və 13a saylı binaların qarşısındakı nümunəvi məhəllədə, İsrafil Məmmədbəyov küçəsi, 5 saylı poliklinikanın qarşısındakı meydanda, Yeni Gəncə qəsəbəsi, Novruz meydanında, Ə.Əliyev küçəsi, 6 saylı binanın qarşısındakı nümunəvi məhəllədə Nizami və Kəpəz rayonlarının seçiciləri ilə YAP tərəfindən millət vəkilliyinə namizədliyi irəli sürülən şəxslərin görüşü keçirilib.
Tədbirlərdə YAP-ın Gəncə şəhər təşkilatının təbliğat qrupunun üzvləri, ziyalılar, ağsaqqallar, gənclər, idmançılar, nüfuzlu şəxslər, ictimaiyyətin nümayəndələri, ümumilikdə 2000 nəfərədək seçici iştirak edib.
Əllərində “Güclü dövlət, yüksək rifah” sözləri yazılmış plakatları, deputatlığa namizədlərin portretlərini, digər əyani təşviqat vasitələrini tutmuş seçicilərin yüksək əhval- ruhiyyədə olması, ölkə rəhbərliyinə tez-tez minətdarlıq sözləri səsləndirmələri, görüşlərin böyük izdihamla müşayiət etdirilməsi tədbirlərin möhtəşəmliyini daha da artırıb.
Toplantını giriş sözü ilə YAP Gəncə şəhər təşkilatın sədri, professor İsrafil İsmayılov açaraq, təbliğat və təşviqat kampaniyasının başlanması münasibəti ilə bütün gəncəliləri və eləcə də, deputatlığa namizədləri təbrik edib, onların bucür yüksək əhval-ruhiyyəsinin qələbələrdən xəbər verdiyini bildirib. O, qeyd edib ki, ölkəmizin inkişafına, onun gündən-günə çiçəklənməsinə, insanların yüksək həyat tərzinə, övladlarımızın uğurlu perspektivlərinə baxanda hər birimiz Azərbaycanlı olduğumuz üçün fəxr edirik: “Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və ölkə Prezidenti möhtərəm İlham Əliyev tərəfindən layiqincə davam etdirilən sosial- iqtisadi inkişaf strategiyası öz bəhrəsini verməkdədir”.
Natiq YAP tərəfindən irəli sürülən namiz
ədlərin həyatı, iş fəaliyyəti, xidmətləri barədə məlumatları tədbir iştirakçılarına çatdırıb və bütün seçiciləri Vətənimizin bu layiqli övladlarına, həyatımızın gələcəkdə daha firavan olmasına, ölkəmizin tərəqqisinə və inkişafına səs verməyə çağırıb. Əmin olduğunu bildirib ki, həmişə olduğu kimi, bu seçkilərdə də gəncəlilər əzimkarlıq və fəallıq nümayiş etdirəcək, 7 noyabr 2010-cu ildə mütəşəkkil şəkildə seçki məntəqələrinə gələrək qüdrətli və güclü partiya olan Yeni Azərbaycan Partiyasının qələbəsini təmin edəcəklər.
Təbliğatçılardan Mübariz Əliyev, Cavad Bağırov, Hüseyn Bəxtiyarov, Xasay Mehdiyev, Namiq Davudov, İsa Əhmədov çıxış edərək, Azərbaycanda mütərəqqi qanunvericilik bazasının mövcud olmasından, demokratik prinsiplərə layiqincə əməl olunmasından, seçkilərin indiyədək yüksək səviyyədə keçirilməsindən, irəli sürülən namizədlərin ictimaiyyət arasında geniş nüfuza, hörmətə malik olmalarından ətraflı söhbət açıblar və seçiciləri 7 noyabrda həmin namizədlərə səs verməyə dəvət ediblər.
Seçicilər qaşısında çıxış edən namizədlər YAP-ın Seçki Proqramı haqqında ətraflı məlumatlar veriblər.
Maraqlı keçən görüşlərdə seçicilər deputatlığa namizədlərə suallarla müraciətlər ediblər. Seçicilərdən professor Həsən Quliyev, veteran futbolçu Nizami Salahov və başqaları növbəti parlament seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini vurğulayıblar.
Tədbirin sonunda toplantı iştirakçıları qarşısında şəhərin musiqi kollektivləri geniş konsert proqramı ilə çıxış ediblər.
Fazil İsmayılov
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19

