Azərbaycanın daxili imkanları Qarabağda yeni reallıqlar yaradır !
18.04.2022 [12:56]
Bu gün müstəqil Azərbaycan dünyada sülhsevər, tolerant, davamlı inkişafın, möhkəm siyasi sabitliyin bərqərar olunduğu bir ölkə kimi tanınır. Azərbaycan həm də güclü iqtisadiyyatı, müstəqil siyasəti, Qüdrətli Ordusu olan, yüzlərlə ölkəyə yardımlar edən, köməklik göstərən donor bir ölkə, eyni zamanda etibarlı bir tərəfdaşdır.
44 günlük Vətən müharibəsində əldə olunmuş misilsiz Qələbə isə beynəlxalq aləmə bir daha Azərbaycanın gücünü, qüdrətini nümayiş etdirdi. Şanlı Vətən müharibəsinin nəticələri bir daha sübut etdi ki, Azərbaycan illərdir ki, masa üzərində qalan BMT Təhlükəsizlik Şurasının 4 Qətnaməsinin icrasını özü reallaşdırdı, tarixi ədaləti özü bərpa etdi. Şanlı Qələbədən keçən dövr ərzində əldə olunan uğurlar, həyata keçirilən məqsədyönlü tədbirlər də buna əyani misaldır. Bu gün Azərbaycan heç bir donor təşkilatından, heç bir ölkədən bir manat da olsun belə yardım almadan daxili imkanları, öz gücü hesabına işğaldan azad edilmiş torpaqlarda, doğma Qarabağımızda geniş tikinti – bərpa , abadlıq – quruculuq işləri aparır. Bu da ona zəmin verir ki, tezliklə doğma Qarabağımız yüksək səviyyədə bərpa olunacaqdır.
2022-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirə də bir daha onu sübut etdi ki, postmünaqişə dövründə qarşıya qoyulan bütün vəzifələr yüksək səviyyədə artıqlaması ilə icra edilmişdir. Dünyanın bu gün əksər ölkələrində saldo mənfi olduğu halda, Azərbaycanda cəmi üç ayda müsbət saldo 5 milyard dollardan çox olmuşdur. Bu gün Azərbaycan dünyanın ən çox islahat aparan on ölkəsindən biridir.
Ölkə başçısı Cənab İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə bütün sahələr üzrə görülmüş işlər geniş şəkildə təhlil edilmiş, qarşıda duran vəzifələr haqqında vacib tapşırıqlar verilmişdir.
Bu gün dünyanın aparıcı beynəlxalq təşkilatları ilə fəal əməkdaşlıq, Azərbaycanın beynəlxalq aləmdə etibarlı bir tərəfdaş kimi qəbul olunması, Avropanın ən etibarlı qaz ixracatçısına çevrilməsi və.s. onu sübut edir ki, Azərbaycan realıqları, 44 günlük Vətən müharibəsinin nəticələri artıq dünya ölkələri tərəfindən qəbul edilmişdir. Artıq məğlub Ermənistan da anlayır ki, onun Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdırmaqdan başqa yolu yoxdur. Odur ki, iki ölkə arasındakı əlaqələrin normallaşdırılması üçün Azərbaycan tərəfindən verilmiş 5 bənddən ibarət təklif nəhayət ki, Ermənistan tərəfindən qəbul edilmişdir. Bu da hər iki ölkə arasında tezliklə Sülh Sazişinin imzalanacağına zəmanət verir. Bu məqsədlə Avropa İttifaqının səyi nəticəsində keçirilən Brüssel görüşündə işçi qrupunun yaradılması üçün hər iki ölkənin Xarici İşlər Nazirliklərinə tapşırıqlar verilmişdir.
Bu gün müstəqil Azərbaycan ölkə Prezidenti cənab İlham Əliyevin beynəlxalq aləmdəki böyük nüfuzu və təcrübəsi, qətiyyətli və prinsipial addımları, balanslaşdırılmış siyasəti nəticəsində dünyanın ən inkişaf etmiş ölkələri siyahısındadır. İnanırıq ki, “Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər” – deyən möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan zaman – zaman öz daxili imkanları, öz gücü hesabına yeni – yeni uğurlara imza atacaq, doğma Qarabağımız, Zəngəzurumuz tezliklə dünyanın ən gözəl, ən dilbər guşələrindən birinə çevriləcəkdir.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

