Brüsseldə əldə edilən razılıq Azərbaycanın diplomatik müstəvidə növbəti mühüm uğurudur
08.04.2022 [15:33]
Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi və iştirakı ilə Azərbaycan Prezidenti cənab İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında növbəti görüş bir sıra məqamları ilə diqqət çəkib. Bu, Avropa İttifaqı Şurasının Prezidentinin həmin görüşlə bağlı bəyanatında, həmçinin üçtərəfli görüşün yekunları ilə bağlı jurnalistlərə müsahibəsində də öz əksini tapıb. Şarl Mişel jurnalistlərə müsahibəsində deyib: “Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və inkişaf Avropa İttifaqı üçün olduqca mühümdür. Ona görə də biz bütün müsbət səyləri, etimadyaratma tədbirlərini dəstəkləməklə məşğuluq və bu gecə böyük bir irəliləyişə nail olduq. Bu isə o deməkdir ki, biz hamımız birlikdə sülh danışıqları üçün konkret prosesə başlamağa, mümkün sülh sazişini hazırlamağa və bu saziş üçün bütün zəruri elementləri həll etməyə qərar vermişik”.
Qeyd edək ki, Azərbaycan Prezidentinin Brüsselə səfəri, keçirdiyi görüşlər və əldə olunmuş nəticələr dövlətimizin başçısının dünyada böyük nüfuzunun göstəricisi, Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasətin növbəti böyük uğurudur. Eyni zamanda ölkə rəhbərinin davamlı görüşləri və apardığı danışıqlar nəticəsində postmüharibə dövründə yeni format – Brüssel sülh gündəliyi yaranıb. Belə ki, ilk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirilib, bununla da Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub. Bunun davamı olaraq tərəflər arasında intensiv təmaslar aparılıb, telefon danışıqları gerçəkləşib.
Aprelin 6-da Brüsseldə tərəflər arasında 4 saat yarımdan artıq davam edən görüşün nəticəsi olaraq isə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alınıb. Qeyd edək ki, sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır.
Beləliklə, Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranıb. Belə ki, Avropa İttifaqı dünyada mövcud olan ən böyük siyasi və iqtisadi mərkəzlərdən biridir. Son illər Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin yeni inkişaf səviyyəsinə yüksəlməsi, bu qurumla enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizin rolunun daha da yüksəlməsi, Şarl Mişellə Prezident İlham Əliyev arasında intensiv dialoq və təmaslar bu baxımdan mühüm əhəmiyyət daşıyır. Əsas məqam odur ki, Avropa İttifaqı Prezident İlham Əliyevin regional liderliyini qəbul edir, Azərbaycan Prezidenti ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür.
Onu da qeyd edək ki, Ermənistan 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatla üzərinə müəyyən öhdəliklər götürsə də, qarşıya qoyulan vəzifələri yerinə yetirməkdən müxtəlif bəhanələrlə yayınıb. Prezident İlham Əliyev isə əksinə bu məsələyə konstruktiv yanaşıb, hər zaman əsas diqqəti Cənubi Qafqazda postmüharibə vəziyyətinə yönəldərək, Azərbaycanın sülhə, sabitliyə və proqnozlaşdırılmaya sadiqliyini bəyan edib. Dövlətimizin başçısı, həmçinin regionda hər hansı yeni müharibə risklərinin minimuma endirilməsinə nail olmağa xüsusi önəm verib.
Yeri gəlmişkən, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bir müddət bundan əvvəl yaydığı məlumatda da ölkəmizlə Ermənistan arasında münasibətlərin yaradılması üçün təklif edilən baza prinsipləri açıqlanaraq, Azərbaycanın münaqişə sonrası mərhələdə sülh quruculuğu səyləri diqqətə çatdırılıb. Baza prinsiplərinə dair təkliflərində beş prinsipdən biri tərəflərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanımasıdır. İkincisi, bu dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsidir. Üçüncüsü, dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinilməsidir. Dördüncüsü, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması, nəhayət, beşincisi isə nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın yaradılmasıdır. Təbii ki, məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönələn danışıqlar aparılaraq ikitərəfli sülh sazişi imzalana bilər.
Ən nəhayət, onu da xatırladaq ki, ilk olaraq Azərbaycan tərəfi hələ bir il bundan əvvəl Ermənistanla sülh sazişinin imzalanması təklifini yuxarıda qeyd olunduğu kimi, ən yüksək səviyyədə irəli sürüb və sazişin əsaslanmalı olduğu konkret prinsipləri səsləndirib. Bu baxımdan, aprelin 6-da Brüsseldə 4 saatdan çox davam edən görüşün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması ilə bağlı razılığın əldə edilməsini ölkəmizin diplomatik müstəvidə növbəti mühüm uğuru hesab etmək olar.
Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27

