Diplomatik müstəvidə Azərbaycanın növbəti qələbəsi
08.04.2022 [13:06]
Aprelin 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin, Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın 4 saat yarımdan artıq davam edən görüşlərinin nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması barədə qərar qəbul olunub. Sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Bu sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Ölkəmizin təklif etdiyi sülh təklifinin əsas maddələrindən biri tərəflərin bir-birinin ərazi bütövlüyünü dəstəkləməsidir. Torpaqlarımızın işğal altında qaldığı 30 ilə yaxın dövrdə rəsmi Bakının ən yüksək tribunalardan səsləndirdiyi bəyanat “Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz” idi. Dövlətimizin qətiyyəti, ordumuzun gücü, qüdrəti, xalqımızın dəmir yumruq kimi Müzəffər Ali Baş Komandanın ətrafında sıx birliyi, həmrəyliyi sayəsində 30 illik işğala 44 gündə son qoyub, ərazi bütövlüyümüzü təmin etməklə işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə ədalətin, beynəlxalq hüququn norma və prinsiplərinin əsas amil olduğunu sübut etdik. 44 günlük müharibədə məğlub olmasına baxmayaraq, Ermənistandakı revanşist qüvvələrin hər vəchlə sülh prosesinə mane olmağa çalışması, Ermənistan hakimiyyətinin zaman-zaman müxtəlif mövqelər sərgiləməsi belə bu prosesin qarşısını ala bilmədi. Artıq yeni reallığı erməni cəmiyyəti də qəbul etmək məcburiyyətindədir. Azərbaycanın haqq səsini dünyaya çatdıran, milli maraqları hər şeydən üstün tutan liderimiz müxtəlif maraqlı gücləri öz qətiyyətli və ardıcıl siyasəti ilə inandıra billdi, Ermənistanın prosesi ləngitmək cəhdi iflasa uğradı.
Brüssel görüşünün nəticələri Azərbaycanın diplomatik qələbəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu görüşdə 44 günlük müharibədə qazanılmış nəticələri diplomatik masada bir daha möhkəmlətmiş oldu. Bunu Avropa İttifaqının Prezidenti Şarl Mişelin görüşün sonundakı bəyanatı təsdiq etdi. Yekun bəyənnamənin müddəalari onu deməyə əsas verir ki, sülh gündəliyi Azərbaycanın şərtləri əsasında formalaşır. Brüssel görüşündə əldə olunan diplomatik naliyyətin ən mühüm göstəricilərindən biri yekun bəyannamədə "Dağlıq Qarabağ" ifadəsinin və "ATƏT Minsk qrupu" adlı təsisatın yer almamasıdır. Bu 2 məhfumun orada öz əksini tapmaması Azərbaycanın post-münaqişə realıqlarını Qərbə qəbul etdirməsi kimi xarakterizə oluna bilər. Yəni artıq Qərbin əsas nüfuzlu təşkilatlarından biri Avropa İttifaqı eyni mövqedən çıxış edir. Yekun bəyənnamədə əks olunan maddələr post-münaqişə realıqları əsk etdirir. Azərbaycanın təbliğ etdiyi prinsiplər Brüssel bəyənnaməsində öz əksini tapmaqdadır. Azərbaycan dövləti artıq sülh gündəliyini özü müəyyənləşdirir.
İlk dəfə olaraq Avropa İttifaqı kimi beynəlxalq təşkilat sülh danışıqlarının reallığına çalışmasını ortaya qoydu və bununla da indiyə qədərki vasitəçilərdən fərqli olaraq, tərəflərin təkbətək, konstruktiv danışıqlarına yaşıl işıq yandırdı. Bu da onu göstərir ki Avropa ittifaqı bölgədə təminatlı sülhün olmasında maraqlıdır və qəbul edilir ki, bu marağın reallaşması yalnız Azərbaycan rəhbərinin irəli sürdüyü şərtlər daxilində mümkün olacaqdır.
Ermənistanın arzusuna rəğmən, görüşdə hər hansı status məsələsi yox, post-münaqişə mərhələsində bölgənin inkişafı ilə bağlı Azərbaycanın hər zaman çıxış etdiyi prinsiplər, o cümlədən 2020-ci ilin 10 noyabr üçtərəfli bəyanatının müddəalarına tam riayət olunması, tərəflər arasında sülh və etimadın təşviq olunması üçün humanitar addımların davam etdirilməsi, iki dövlətin sərhədinin delimitasiya və demarkasiyası üçün konkret addımların atılması və nəqliyyat və kommunikasiyaların açılması məsələləri geniş müzakirə edilib. Beləliklə də, Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklifin konstruktiv nəticələrin əldə olunması üçün başlıca prinsiplər olduğu həm Avropa, həm də ermənilər tərəfindən qəbul edildi. Məlumdur ki həmin sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür.
Sərhədlərin demilitasiya və demarkasiyası barədə razılığın əldə olunması, ilk növbədə, regionda gərginliyin azalmasına, komunikasiyaların açılmasına, səmərəli və konstruktiv əməkdaşlığın əsasının qoyulmasına xidmət edəcəkdir. Bu razılaşmalar bir daha göstərdi ki, Avropa İttifaqı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin regional liderliyini qəbul edir, Azərbaycanın Avropanın enerji təhlükəsizliyi sahəsində səylərini qiymətləndirir. Diplomatik müstəvidə qazanılan qələbə gələcək inkişafa və əmin-amanlığa töhfə olmaqla bərabər, münaqişə tərəflərinin vasitəçilərsiz anlaşa bilməsi yönündə irəliyə doğru atılmış addım oldu.
YAP Xəzər rayon təşkilatının sədri
Namiq Əhmədov
Xəbər lenti
Hamısına baxDünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19

