YAP Xəzər rayon təşkilatında görüş keçirilib
01.04.2022 [14:33]
Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının qərargahında Xəzər rayonu ağsaqqalları ilə Yeni Azərbaycan Partiyasının Veteranlar Şurası və Milli Məclisin üzvlərinin görüşü keçirilmişdir. Görüşdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov, Milli Məclisin və Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Tahir Rzayev, Milli Məclisin üzvü Soltan Məmmədov, YAP İdarə heyətinin və Milli Məclisin üzvü Rauf Əliyev, Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Xəzər rayon Ağsaqqallar Şurasının sədri Rövşən Salahov və Şəhid ataları Elman Məmmədzadə, Asəm İbrahimli və Etiqad Nemətov iştirak etmişdir.
Tədbir iştirakçıları əvvəlcə YAP Xəzər rayon təşkilatının foyesində müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüblər. YAP Xəzər rayon təşkilatının akt zalında davam edən tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov açaraq, Yeni Azərbaycan Partiyasının sədri, dövlətimizin başçısı İlham Əliyevin apardığı ardıcıl və sistemli islahatlar, həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin son illərdə istər regionda istərsə də bütün dünyada qazandığı uğurlardan danışmışdır. Namiq Əhmədov bildirdi ki, 44 günlük müharibə ilə Azərbaycan dövləti tarixi ədalətsizliyə son qoyaraq ərazi bütövlüyünü bərpa etdi. Qarabağda sürətli quruculuq bərpa işləri aparılır, yol və digər zəruri infrastrukturun bərpası istiqamətində işlər görülür. Sözsüz ki, bu dövrdə Azərbaycan dövlətinin qarşısında erməni vandalizminin viran qoyduğu torpaqlara yenidən həyat bəxş etmək, 30 ilə yaxın təcavüzə məruz qalan Qarabağın dirçəlişi üçün addımlar atmaq missiyası dayanıb. Azərbaycan xalqı son iki yüz il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkar siyasətinə məruz qalaraq öz tarixi torpaqlarından didərgin salınmış, qaçqın və məcburi köçkünə çevrilmişlər. 1918-ci ilin mart soyqırımları insanlıq əlehinə cinayət olmaqla yanaşı, öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, sivilizasiya tarixində də ən qanlı faciələrdən biridir. Məhz Azərbaycan Prezidentinin qətiyyətli addımları və ortaya qoyduğu siyasi səriştə bu gün Rusiya, Avropa İttifaqına üzv dövlətlərin Cənubi Qafqazda regionun taleyi ilə bağlı danışıqların gündəliyini Azərbaycanın müəyyən etdiyinin bir daha əyani şahidinə çevrildi.
Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişaf etdiyini vurğulayaraq, dövlət başçısı tərəfindən qəbul olunmuş ölkənin sosial-iqtisadi inkişafına xidmət edən dövlət proqramlarının əhəmiyyətindən söhbət açmışdır. Əhliman Əmiraslanov bildirdi ki, sürətli sosial-iqtisadi və mədəni-mənəvi inkişafı ilə getdikcə regionun iqtisadi, mədəni, o cümlədən elmi-intellektual mərkəzinə çevrilən Azərbaycan artıq müasir dünyanın ən aktual problemlərinin müzakirə olunduğu beynəlxalq tədbirlərə, forumlara ev sahibliyi edir. Bütün bu uğurlar Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir.
Tədbirdə çıxış edən Milli Məclisin və Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Tahir Rzayev, Milli Məclisin üzvü Soltan Məmmədov, YAP İdarə heyətinin və Milli Məclisin üzvü Rauf Əliyev ölkəmizdə həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər və əldə olunan uğurları qeyd edərək, bildirmişlər ki, Azərbaycanın bugünkü reallıqları ölkənin, sözün əsl mənasında, müstəqil dövlət kimi dünya xəritəsində öz yerini tuta bilməsindən xəbər verir.
Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov çıxış edərək bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan 30 il davam edən işğala son qoydu və öz ərazi bütövlüyünü bərpa etdi. Xalqımızın əldə etdiyi bu tarixi qələbə Azərbaycanın bütün şəhidlərinin ruhlarını şad etdi. Dövlət başçımızın dediyi kimi, biz şəhidlərimizin qisasını düşməndən döyüş meydanında aldıq. Bundan sonra bütün düşmənlərimiz də biləcəklər ki, artıq Azərbaycan özünə qarşı istənilən aqressiyanı dərhal və qətiyyətlə dəf etmək iqtidarında olan qüdrətli bir dövlətdir. Artıq Qarabağ xalqımız üçün arzu deyil, reallıqdır. Bu reallığı yaradan və qələbəmizi təmin edən Ali Baş Komandanımız cənab İlham Əliyev başda olmaqla, fədakar əsgər və zabitlərimizə bütün Azərbaycan xalqı adından bir daha sonsuz minnətdarlığımızı bildirik. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti və Şanlı ordumuzun əzmi sayəsində 44 günlük Vətən Müharibəsi nəticəsində qazanılan Zəfərlə bütün soyqırım qurbanlarının və şəhidlərimizin qisası alınmışdır.
Xəzər rayon Ağsaqqallar Şurasının sədri Rövşən Salahov qonaqları salamlayaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən bəhs edib. Rövşən Salahov şanlı tarix yazan vətən oğullarının qəhrəmanlığından, Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən, hərbçilərimizin əzmkarlığından, xalqımızın mübarizliyindən danışaraq əldə olunan uğurları Prezident-Xalq birliyinin şərtləndirdiyini xüsusi vurğulayıb. O, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda əsgər və zabitlərimizin göstərdikləri şücaətlərin hər birimizdə sonsuz iftixar hissi doğurduğunu qeyd edib.
Daha sonra Şəhid ataları Elman Məmmədzadə, Asəm İbrahimli və Etiqad Nemətov çıxış edərək, onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirmişlər. YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov, Milli Məclisin və Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Tahir Rzayev, Milli Məclisin üzvü Soltan Məmmədov, YAP İdarə heyətinin və Milli Məclisin üzvü Rauf Əliyev, Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Xəzər rayon Ağsaqqallar Şurasının sədri Rövşən Salahov şəhid atalarının qayğıları və problemləri ilə maraqlanıblar.
Tədbirin sonunda xatirə şəkli çəkildi və bununla da tədbir öz işini başa vurdu.
Xəbər lenti
Hamısına baxSiyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27

