/ / YAP Mərkəzi Aparatının təşkilatçılığı ilə “Dayanıqlı sabah üçün bugünkü bərabərlik” mövzusunda tədbir keçirilib
YAP Mərkəzi Aparatının təşkilatçılığı ilə “Dayanıqlı sabah üçün bugünkü bərabərlik” mövzusunda tədbir keçirilib
10.03.2022 [16:14]
Martın 10-da Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının təşkilatçılığı ilə partiyanın Nizami rayon təşkilatının qərargahında “Dayanıqlı sabah üçün bugünkü bərabərlik” mövzusunda tədbir keçirilib.
Tədbirdə giriş sözü ilə çıxış edən YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov bildirib ki, Azərbaycanda gender bərabərliyinin təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Onun sözlərinə görə, gender siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsinin hüquqi əsasını Azərbaycanın Konstitusiyası təşkil edir. Eyni zamanda, "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Qanun da respublikamızda qadınların hüquqlarının etibarlı müdafiəsi baxımından mühüm əhəmiyyətə malikdir. Qanunda gender balansının qorunması ilə bağlı hüquqi tənzimləmə mexanizmi öz əksini tapıb.
R.Vəlibəyov Nizami rayonunda gender məsələlərinə həsr olunmuş maarifləndirmə tədbirləri haqqında da məlumat verib.
Çıxış edən YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdir müavini Zəkiyyə Musayeva deyib ki, gender bərabərliyi olan cəmiyyət - qadın və kişinin bərabər üzv olduğu cəmiyyətdir. Belə cəmiyyətdə kişi və qadınların hüquqları bərabər səviyyədə müdafiə olunur. Gender bərabərliyinin təşviqi daimi məsələdir və onun davamlı aparılması vacibdir. Bu sahədə vətəndaş cəmiyyəti subyektləri də əhəmiyyət kəsb edən məsələləri əhatə etmək istiqamətində aktiv fəaliyyət göstərir. Eyni zamanda, qadınlar kişilərlə bərabər ölkənin ictimai həyatında, iqtisadiyyat, mədəniyyət, elm, incəsənətin və digər sahələrdə da uğurla çalışırlar. Elə bir sahə tapmaq olmaz ki, orada qadınlar təmsil olunmasın. Bütün bunlar isə Azərbaycanda gender siyasətinin uğurlarıdır.
Daha sonra çıxış edən YAP Veteranlar Şurasının sədr müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, Azərbaycanda uğurlu dövlət gender siyasəti həyata keçirilir. Azərbaycanda gender məsələlərinin xalqımızın ümummilli lideri Heydər Əliyevin hər zaman diqqət mərkəzində olduğunu xatırladan Sədaqət Qəhrəmanova vurğulayıb ki, ulu öndər Heydər Əliyevin hakimiyyətinin bütün dövrlərində qadınlara göstərilən diqqət və qayğının artdığının şahidi olmuşuq. Məhz Onun ölkəmizə rəhbərliyi dövründə Azərbaycan qadınları cəmiyyət həyatının müxtəlif sahələrində öz sözlərini deyə biliblər. Ulu Öndərin fərmanı ilə 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, 2000-ci ildə dövlət qadın siyasəti ilə bağlı fərmanın imzalanması bu sahəyə xüsusi diqqətin ifadəsidir.
Onun sözlərinə görə, Ulu Öndərimizin müəyyənləşdirdiyi bu siyasət Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xüsusilə, dövlətimizin başçısının müvafiq fərmanı ilə 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması böyük əhəmiyyət kəsb edir. Heydər Əliyev ideyaları ətrafında sıx birləşən Azərbaycan qadınları Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyini, qayğısını hər zaman hiss edirlər. Bu gün ölkəmizdə gender bərabərliyi diqqət mərkəzindədir və qadınlarımız da cəmiyyətizin aparıcı hissəsinə çevrilib.
Sonra tədbir diskussiya şəraitində davam edib, iştirakçıların sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46

