YAP Xətai rayon təşkilatı ərazi partiya təşkilatlarının hesabat-seçki yığıncaqları davam edir
27.12.2021 [16:38]
Dekabrın 27-də Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı Lütfüzadə küçəsi 38 ünvanında yerləşən ərazi partiya təşkilatında və Rabitəçi ərazi partiya təşkilatında hesabat-seçki yığıncağını keçirib. Hesabat məruzələri dinlənilib, çıxışlar əsasında ərazi partiya təşkilatlarının hesabat dövründəki fəaliyyətləri dəyərləndirilib.
Yığıncaqlarda çıxış edən Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində olduğumuzu önə çəkərək təkcə 2021-ci ildə Azərbaycanın iqtisadi, siyasi, diplomatik sahələrdə qazandığı uğurlardan bəhs edərək bildirib ki, ölkəmiz işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərini, həmçinin 2019-cu ildən dünyanı cənginə almış koronavirus infeksiyası ilə mübarizə tədbirlərini həyata keçirsə də sosial-iqtisadi göstəriciləri ilə yenə də beynəlxalq maliyyə qurumlarının hesabatlarında birinciliyini qoruyub. Azərbaycan dünyanın ən islahatçı ölkəsi kimi mövqeyini möhkəmləndirir: «Tarixi Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərzailərimizdə bərpa və quruculuq işlərinə start verildi. Diqqəti cəlb edən əsas məqam odur ki, bütün şəhər və kəndlərin bərpası, yeni layihələrin icrası Azərbaycanın öz maliyyə imkanları hesabınadır. Prezident İlham Əliyev bütün şəhərlərimizin Baş Planının hazırlanması tapşırığını verdi. Müasir texnologiyaların geniş tətbiq olunduğu hazırkı dövrdə dövlət başçısı İlham Əliyevin «ağıllı şəhər» və «ağıllı kənd» strategiyası əsasında bərpa və quruculuq işləri həyata keçirilir. Müasir tələblərə uyğun yollar çəkilir. 8 aya Füzuli Beynəlxalq Hava Limanının açılışı, həmçinin mənəvi tərəfi daha çox təhlil edilən Zəfər yolunun istifadəyə verilməsi ölkəmizin iqtisadi imkanlarının təqdimatında əhəmiyyətli rol oynadı.»
V.Rəhimzadə qeyd edib ki, bu bir ildə Azərbaycanın ədalətli mövqeyinin dəstəklənməsi, dipomatik uğurlarımızın davamlılığı tarixi Zəfərimizin yaratdığı reallıqların regionda və dünyada dəstəklənməsinin göstəricisidir.
YAP Xətai rayon təşkilatının sədri partiyanın VII qurultayının da bu ilə təsadüf etdiyini vurğulayaraq qeyd edib ki, İkinci Qarabağ müharibəsi digər sahələrlə yanaşı, siyasi sistemin təkmilləşdirilməsi istiqamətində qazanılan uğurların da təqdimatı oldu: «Belə ki, 50 siyasi partiya dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstəklərini onun ətrafında sıx birləşmələri ilə təsdiqlədilər. Bu mühüm addımın davamı olaraq Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 partiya öz müraciəti əsasında YAP-a qoşuldu. Bu, bir tərəfdən ölkəmizdə siyasi sistemin təkmilləşməsindən xəbər verirdisə, digər tərəfdən Yeni Azərbaycan Partiyasına inamı, etimadı nümayiş etdirir. Milyonların partiyası olan YAP xalqın arzu və istəklərini ifadə edir. Heydər Əliyev ideyalarının fəal təbliğatçıları olan YAP üzvlərinin hər biri qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi üçün bütün səylərini birləşdirirlər.»
Sonra hesabat-seçki yığıncağında təşkilati məsələlərə baxılıb. Məhbubə Hüseynova Lütfüzadə küçəsi 38 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, İlahə İmanova sədr müavini, Əbdül Hüseynov Rabitəçi ərazi partiya təşkilatının sədri, Nazim Əliyev isə sədr müavini seçiliblər.
YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə yeni tərkiblərə fəaliyyətlərində uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxDünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15

