Xızıda “Azərbaycan son 18–ildə”mövzüsunda konfrans keçirilib
23.12.2021 [18:37]
YAP Xızı rayon təşkilatçılığı ilə “Azərbaycan son 18–ildə”mövzüsunda konfrans keçirilib. Təşkilat üzvləri və rayon ictimaiyyəti Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edublər.
Konfransı giriş sözü ilə açan YAP Xızı rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Fərrux Haqverdiyev çıxışında bildirdi ki, Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində yaradılan möhkəm təməl üzərində inamla irəliləyən Azərbaycan son 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi və siyasi müstəqilliyini daha da möhkəmləndirdi, dünya birliyinin fəal üzvünə çevrildi, ordusu dünyanın ən güclü orduları sırasında yer aldı, hazırda tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi bazanın yaradılmasına nail oldu. “Son 18 ilin 17 ili torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq, bir ili isə bu ərazilərin tarixi sahibinə qovuşmasından sonra ölkəmizin həyatında yeni mərhələnin-bərpa və quruculuq işlərinin başlandığı il kimi xarakterizə olunur. 44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrilən “Dəmir yumruq” birliyimizin və gücümüzün dünyaya təqdimatı oldu” deyən təşkilatın sədri vəzifəsinin icraçısı vurğuladı ki, müharibə dövründə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən səsləndirilən bəyanatlar emosionallığı ilə diqqət çəkirdi: “Bu məqamlarda deyilən hər bir söz, fikir xalqın yaddaşına əbədi həkk olundu, dillər əzbərinə çevrildi: Dövlət başçısı İlham Əliyevin Qələbəmizə böyük inamı ölkə vətəndaşlarını daha da qürurlandırır, o günün addımlığında olduğumuza inamı artırırdı.
44 gündə 30 ilin işğalına son qoymaq böyük qəhrəmanlıq, şücaət, ən əsası torpaq, Vətən sevgisinin göstəricisidir”.
“Yeni infrastrukturun yaradılması ilə yanaşı, bir çox dövlətlər üçün nümunəvi hesab olunan müasir idarəçilik modelinin tətbiqi işğaldan azad olunan ərazilərimizin daha çevik inkişaf etməsinə gətirib çıxaracaqdır.
Dövlət başçısı cənab İlham Əliyevin uğurlu və düşünülmüş siyasəti nəticəsində paytaxt və bölgələrimiz arasında fərq tamamilə aradan götürülüb. Bu gün Azərbaycanın hər bir bölgəsi, kənd və qəsəbəsi inkişaf, tərəqqi dövrünü yaşayır. Xızı rayonunun timsalında görülən işlərin miqyasının nə qədər böyük olduğunu fəxr hissi ilə qeyd edə bilərik” – deyən F.Haqverdiyev bildirdi ki, Azərbaycanda qlobal lahiyələr reallaşır, müdafiə potensialı güclənir, beynəlxalq aləmdə mövqeyimiz möhkəmlənir, elm-təhsildə yeni informasiya texnologiyaları tətbiq olunur. Müstəqillik, demokratiya, vətəndaş cəmiyyəti, sivil və hüquqi dövlət quruculuğu yolunda uğurlu addımlar atan ölkəmiz dünyanın həlledici subyektləri sırasındadır.
Məruzə ətrafında çıxış edən partiya fəalları Svetlana Rüstəmova, İman Ağayev və rayon İcra Hakimiyyətinin Başçısı Xəzər Aslanov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin son 18 ildə hər bir sahədə qazandığı böyük uğurlara dair çıxış edib, 44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəmizdən geniş bəhs etdilər.
Xəbər lenti
Hamısına baxDünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17

