/ / Qalib Azərbaycanın zəfərlər partiyası 30 illik yubileyinə daha möhtəşəm qərarları ilə qədəm qoyur
Qalib Azərbaycanın zəfərlər partiyası 30 illik yubileyinə daha möhtəşəm qərarları ilə qədəm qoyur
22.11.2021 [13:27]
“Yarandığı gündən xalqın partiyası adını qazanan Yeni Azərbaycan Partiyası 29 illik yubileyini ötən illərə baxış fonunda qarşıdakı dövr üçün qəbul etdiyi qərarlara söykənərək qeyd edir. 29 illik dövrün ümumiləşdirilmiş ifadəsi budur ki, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası tutduğu yola sadiqlik nümayiş etdirərək sözlə əməl birliyinin sayəsində cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Ulu öndər Heydər Əliyevin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” tezisi bütün dövrlərdə Yeni Azərbaycan Partiyasının yoluna bələdçilik edərək biri-birindən əhəmiyyətli, möhtəşəm uğurlara imza atmasına əsaslar yaradıb. Ümummilli Lider partiyanın gələcəyinə böyük inam bəsləyirdi. Onun xalqın böyük əksəriyyətinin istəyinin ifadəsi olan 91 nəfər ziyalının müraciətinə cavabında da bu inam öz əksini taparaq partiyanın təsis olunmasından bu günədək özünü doğrultmuş, qəbul etdiyi qərarları, irəli sürdüyü təşəbbüsləri ilə daim dövlətin, xalqın gələcəyinə xidmət edir, qazanılan uğurlara davamlı töhfələri ilə diqqət çəkir.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
M.Həsənov qeyd edib ki, Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk illərlə bugünümüzü müqayisə etdikdə tamamilə fərqli mənzərənin şahidi oluruq: “Təbii ki, bu uğurlara əsas verən zamanın tələbi, xalqın istəyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması və 6 ay sonra ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı, YAP-ın iqtidar partiyası kimi fəaliyyət göstərməsidir. 1993-cü ildən başlanan inkişaf, tərəqqi yolu 2020-ci ildə tarixi Zəfərimizi şərtləndirdi. Ulu öndər Heydər Əliyevin bugünümüzə hesablanmış inkişaf strategiyası Azərbaycanı qısa müddətdə dünya birliyinin fəal üzvünə çevirdi. Ümummilli Lider Azərbaycanı necə görmək istədiyini atdığı addımların fonunda təqdim edirdi. Ulu öndər Heydər Əliyev düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanın dövlət müstəqilliyini qorudu, möhkəmləndirdi, əbədi və dönməz etdi.”
Millət vəkili vurğulayıb ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev 1 oktyabr 2003-cü ildə Azərbaycan xalqına müraciəti ilə növbəti mərhələ üçün etimad ünvanını göstərdi: “Həmin müraciətdə bu əminlik ifadə olunurdu ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. Ümummilli Lider axıra çatdıra bilmədiyi taleyüklü məsələlərin, planların, işlərin xalqın köməyi və dəstəyi ilə cənab İlham Əliyevin başa çatdıracağına inamını ifadə edərək bildirmişdir ki, mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”
“2003-cü ildən başlanan yolun uğurları xalqın 2003-cü ildə cənab İlham Əliyevə səs verərək Prezident seçməsində yanılmadığını nümayiş etdirir. Azərbaycan möhkəm təməl üzərində inamla addımlayır. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası ölkəmizin hərtərəfli inkişafına geniş imkanlar açır. İqtisadi müstəqilliyini təmin edən Azərbaycan siyasi müstəqilliyini də möhkəmləndirdi. Bu gün böyük inamla qeyd edirik ki, Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. Azərbaycanın ordu quruculuğu sahəsində uğurlarının bariz nümunəsi dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşmasıdır. Azərbaycan Silahlı Qüvvələri 44 gündə 30 ilin işğalına son qoyaraq dünyanın hərb tarixinə yeni səhifə yazdı. Zəfərimiz dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin adını tarixə qalib Prezident kimi yazaraq Ümummilli Liderin 2003-cü ildəki müraciətində ifadə edilən inamın reallıqda öz əksini tapdığını təsdiqlədi”,- deyə Malik Həsənov bildirib.
“Bütün bu uğurlar hər bir ölkənin inkişafında lider faktorunun roluna işıq salır” söyləyən millət vəkili qeyd edib ki, ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin dövlətin, xalqın gələcəyini düşünmələri bugünkü möhtəşəm uğurlarımızda öz aydın ifadəsini tapır: “Bu isə öz növbəsində Ümummilli Liderin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyasının həm ölkə daxilində, həm də beynəlxalq aləmdə nüfuzunu artırır. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, YAP nəinki ölkəmizin, regionun aparıcı siyasi qüvvəsidir. Tarixi Zəfərimizin reallıqları əsasında partiyanın keçirilən VII qurultayında da dövlət başçısı bu inamı ifadə etmişdir ki, YAP-ın böyük ənənələri var. Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.”
Xəbər lenti
Hamısına baxDünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15

