YAP Laçın rayon təşkilatı Yeni Azərbaycan Partiyasının 29 illiyi ilə bağlı tədbir keçirib
16.11.2021 [17:07]
Noyabrın 16-da Yeni Azərbaycan Partiyasının (YAP) Laçın rayon təşkilatı partiyanın təsis edilməsinin 29-cu ildönümünə həsr olunmuş “Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranmışdır” mövzusunda videokonfrans formatında tədbir keçirib. Əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi yad edilib.
Sonra tədbirdə çıxış edən YAP Laçın rayon təşkilatının sədri səlahiyyətlərini icra edən İlqar İlyasov Yeni Azərbaycan Partiyasının ötən 29 ildə keçdiyi şərəfli yol barədə geniş məlumat verib. Bildirib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən çox böyük uğurlara imza atmış, xalqımızın və dövlətimizin qarşısında misilsiz xidmətlər göstərmiş və bu gün də göstərməkdədir.
İ.İlyasov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv tarixi zərurət idi. 1992-ci il noyabr ayının 21-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının binasında ölkənin bütün bölgələrindən, cəmiyyətin ən müxtəlif təbəqələrini təmsil edən 550 nəfərdən artıq nümayəndənin iştirakı ilə təsis konfransının keçirildiyini xatırladan İ.İlyasov bildirib ki, Yeni Azərbaycan Partiyası bu gün öz sıralarında 760 mindən çox insanı birləşdirir.
İlqar İlyasov onu da əlavə edib ki, bu gün ölkəmizin əsas aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının qüdrətini təmin edən partiyanın təməl prinsipləridir: “Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qeyd etdiyi kimi, “Heydər Əliyev və Yeni Azərbaycan Partiyası bizim siyasi xəttimizdir. Heydər Əliyev Yeni Azərbaycan Partiyasının, müstəqil Azərbaycan dövlətinin qurucusudur. Çünki 1993-cü ildən başlayaraq ölkədə bütün xoşagəlməz hallara son qoyuldu, sabitlik yarandı, vətəndaş müharibəsinə son qoyuldu, inkişaf, sabitlik, quruculuq, dövlətçilik dövrü başlandı. Yeni Azərbaycan Partiyasının əsas ideoloji dayaqları müstəqillikdir, azərbaycançılıqdır, müasirlikdir, inkişafdır, sosial rifahdır, iqtisadi və siyasi islahatlardır”.
Daha sonra tədbirdə çıxış edən partiya fəalları Yeni Azərbaycan Partiyasının Azərbaycanın siyasi həyatında oynadığı mühüm roldan bəhs ediblər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48

