/ / Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında iki il sədrlik edən Azərbaycanın Türkdilli dövlətlərin əlaqələrinin inkişaf etdirilməsində rolu böyük olub
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında iki il sədrlik edən Azərbaycanın Türkdilli dövlətlərin əlaqələrinin inkişaf etdirilməsində rolu böyük olub
15.11.2021 [15:29]
Bəxtiyar Nəbiyev
YAP Yasamal rayon təşkilatının sədri
Ulu Öndər Heydər Əliyevin “bir millət,iki dövlət” siyasi ritorikasının nəticəsi olan Türkiyə-Azərbaycan dostluğu yüksək mərhələdədir. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Türkiyə dövlətinin mövqeyi bir daha bu dostluğun əbədi və sarsılmaz olduğunun əyani sübutu oldu. Azərbaycan Respublikasının Ermənistanla olan 44 günlük ll Qarabağ müharibasində Türkiyə Cümhuriyyətinin böyük təşəbbüslə Azərbaycana dəstək olması bu ölkələrin qardaşlıq nümunəsini bir daha sübut etdi. Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyənin mənəvi-siyasi dəstəyi xalqımız tərəfindən yüksək qiymətləndirilir. Türkiyənin mövqeyi bizim mövqeyimizdir - söyləyən Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında əldə olunan Zəfər qələbəmiz türk dünyasının qələbəsi kimi dəyərləndirilir. Qardaş ölkə ilə hərbi müstəqilliyimiz iki xalqın dostluğunu bir daha sübut etdi. Hər bir azərbaycanlının şərəf və qürur mənbəyi olan zəfər qələbəsi türkçülüyün əbədi və əzəli düşməni olan erməni şovinizminin süqutu demək idi. Xalqımızın parlaq qələbəsini müdafiə edən qardaş Türkiyənin həmin günlərdəki mövqeyi dünya siyasətinin manşet mövzusunda çevrildi. Hər daşı, hər qayası, hər bir tarixi abidəsi qədim islam sivilizasiyasının özündə əks etdirən Qarabağ mədəniyyəti Azərbaycan və Türkiyə dövlətlərinin sıx təması və dostluğu sayəsində bəşəri fəlakətdən, yox olmaq təhlükəsindən xilas edildi. Türkiyə ilə olan bağlarımız hələ çox qədim zamanlardan etibarən mövcud olmuş və hazırda uğurla da davam etməkdədir. Hansı ki, hər zaman Türkiyə bizim xalqımıza dəstək olmuşdur. Azərbaycan da daima Türkiyənin yanında olmuş, maddi, mənəvi bir-birlərinə dəstək olmuşdurlar.
Hazırda Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində ölkələrimizin birgə təşəbbüsləri bu sahədə səylərin artırılmasının zəruriliyini göstərən ən gözəl nümunədir. Bax, elə əsl qardaşlıq da budur. Bir-birimizin tək yaxşı deyil, pis günlərində də köməyinə yetmiş və yanında olmuşuq. Təbii ki, əlaqələrin, bağların yaranması böyük əhəmiyyət kəsb etdiyi kimi, bu əlaqələrin qorunub saxlanması və eyni zamanda daha da inkişaf etdirilməsi üçündə bir o qədər əhəmiyyətlidir.
2021-ci il 15 iyunda Şuşa şəhərində imzalanan bəyannamə müstəsna siyasi və tarixi əhəmiyyətə malikdir. Şuşa Bəyannaməsində qeyd olunur ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətləri öz zirvəsinə yüksəlib və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Bu tarixi sənəd iki qardaş ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinin, eləcə də ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin məntiqi nəticəsi olaraq ölkələrimizin regional və beynəlxalq rolunu, çəkisini daha da artıracaq. Türkiyə Azərbaycan üçün strateji tərəfdaş, dost və qardaş ölkədir. İki ölkə beynəlxalq təşkilatlarda, arenalarda hər zaman bir-birini dəstəkləyir hər iki ölkənin uzun illərdir terorizmlə mübarizə aparıldığını dünyaya bəyan edirlər. Şuşa bəyannaməsində Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf etdirilməsinə yönəldilmiş səylərin əlaqələndirilmiş şəkildə davam etdirilməsi, intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişafı, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələlər də yer alır.
Azərbaycan iki il sədrlik etdiyi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında türk dünyasının birləşməsi üçün böyük səylər göstərmişdir. Bir çox tədbirlər keçirilmişdir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın pandemiya şəraitinə baxmayaraq şuraya sədrliyini uğurla davam etdirdiyini qeyd edib. Prezident İlham Əliyevə Türk Dünyasının Ali Ordeninin tədqim olunması bunun əyani sübutudur.
Bizim Azərbaycan-Türkiyə bağlarımızın bu qədər davamlı olmasında prezidentimiz İlham Əliyevin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yüksək səviyyədə iradəsi böyük rol oynayır. Bütün dünyaya nümunə olan və daim güclənən Azərbaycan və Türkiyə münasibətləri dayanmadan inkişaf edir.
Xəbər lenti
Hamısına baxDünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31

