/ / Əliabbas Salahzadə: Tarixi Zəfərimiz türk dünyasında birliyin və həmrəyliyin daha da gücləndirilməsində mühüm rol oynayır
Əliabbas Salahzadə: Tarixi Zəfərimiz türk dünyasında birliyin və həmrəyliyin daha da gücləndirilməsində mühüm rol oynayır
15.11.2021 [15:26]
Milli Məclisin deputatı Əliabbas Salahzadə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsindən, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündəki çıxışında önə çəkdiyi məqamlardan geniş bəhs edərək bildirib ki, bu mükafat dövlət başçısının tarixi Zəfərimizin əsas qəhrəmanı olduğunun, həmçinin beynəlxalq aləmdə nüfuzunun təqdimatıdır: “Tarixi Zəfərimizin əldə edilməsində Prezident İlham Əliyevin güclü Azərbaycan dövlətinin yaradılması istiqamətində həyata keçirdiyi siyasətin əhəmiyyəti böyükdür. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin təkmil islahatları, məqsədyönlü siyasəti nəticəsində Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasında addımlayır. “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının əsas hədəfi Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək, yüksək gəlirli ölkəyə çevirmək idi. Dövrün, zamanın tələblərinə uyğun təkmilləşmə, yeniləşmə ölkəmizin bütün sahələrdə davamlı inkişafa nail olmasını təmin etdi. Azərbaycan təkmil inkişaf modelini dünyaya təqdim etdi. İqtisadi və siyasi müstəqilliyin təmin olunması ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirdi. Ölkəmizin ədalətə və beynəlxalq hüquqa əsaslanan xarici siyasəti nəticəsində artıq bir ildir tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdı. Məhz Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində qarşıda dayanan istənilən vəzifəni yerinə yetirməyə qadir, adını tariximizə ən güclü, qüdrətli ordu kimi yazan Silahlı Qüvvələrimiz yaradıldı.”
Əliabbas Salahzadə qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik və diplomatik bacarığı sayəsində Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində Ermənistanı diz çökməyə, kapitulyasiya aktını imzalamağa məcbur etdi. Azərbaycan Ordusu dünya tarixinə yeni səhifə yazdı.
Millət vəkili vurğulayıb ki, Qarabağın azad edilməsi işində göstərilən səylərə və türk birliyinin daha da güclənməsi işinə töhfələrinə görə təltif olunan Prezident İlham Əliyev bu mükafatı bütün Azərbaycan xalqına verilmiş mükafat kimi dəyərləndirərək bildirdi ki, İkinci Qarabağ savaşında göstərdiyimiz əzmkarlıq, iradə, rəşadət bizi böyük Zəfərə gətirib çıxardı. Bizə əlavə güc verən əziz Qardaşım Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarından başlayaraq son dəqiqələrinə qədər bizə göstərdiyi dəstək və mənəvi dayaqdır. Çünki biz bu dəstəyi hiss edərək özümüzü daha da güclü hiss etdik.
“Vətən müharibəsinin ilk günündən Azərbaycanın yanında olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəmizin tək olmadığını dünyaya bəyan etdi” söyləyən Əliabbas Salahzadə qeyd edib ki, türk dünyasının mərkəzində dayanan güclü Türkiyə dövlətidir: “Ölkələrimiz arasındakı birlik, həmrəylik, qarşılıqlı hörmət əsasında qurulmuş əlaqələr daha da möhkəmlənəcək. Türkiyə son illərdə təkcə bölgədə deyil, dünya miqyasında söz sahibinə çevrilib. Türkiyənin siyasi, iqtisadi, hərbi gücünü indi dünyada bilməyən yoxdur. Cənab İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə bu məqamı bir daha önə çəkmişdir ki, əziz Qardaşımın liderliyi sayəsində Türkiyənin inkişafı, Türkiyədə sabitliyin təmin olunması bütün türk dünyası üçün önəmli şərtdir. Türk dövlətlərin birgə gələcəyi üçün çox möhkəm zəmin, təməl var.”
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bundan sonra Türk Dövlətləri Təşkilatı adı ilə fəaliyyət göstərəcəyini önə çəkən millət vəkili onu da əlavə edib ki, türk dövlətlərinin işbirliyi səmimidir: “Xalqlarımız arasındakı birlik, qardaşlıq gündən-günə möhkəmlənir və böyük coğrafiyanı əhatə edir. Türk dövlətlərin zəngin təbii qaynaqları, müasir infrastrukturu və nəqliyyat yolları var. Hazırda regionda həyata keçirilən regional və beynəlxalq əhəmiyyətli layihələr türkdilli dövlətlər arasında bağlılığa öz töhfəsini verməkdədir. Zəngəzur dəhlizinin açılması ilə bu bağlılıq daha da artacaq, əməkdaşlığımıza yeni bir nəfəs gətirəcək, üzv ölkələr arasında yük və sərnişin daşımalarının həcminə müsbət məcrada təsir edəcək. Həmçinin inteqrasiya prosesləri xalqlarımız arasında da təmasların intensivləşməsinə səbəb olacaq.”
Əliabbas Salahzadə bu mühüm məqamı da qeyd edib ki, ölkəmizin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi tarixi bir dövrə təsadüf etmişdir: “Azərbaycan Vətən müharibəsində tarixi Zəfəri ilə türk dünyasında birliyin və həmrəyliyin daha da gücləndirilməsində mühüm rol oynayır. Artıq postmünaqişə dövrünün reallıqlarını yaşayırıq.
İşğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərində Türkiyənin bir çox şirkətləri fəaliyyət göstərir. Şərqi Zəngəzur və Qarabağ bölgələrinin bərpası üçün ən çox dəstək verən ölkə qardaş Türkiyədir. İkinci Qarabağ savaşının nəticələri bölgə üçün yeni imkanlar açır.”
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

