Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Goranboyda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Goranboyda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

02.11.2021 [16:32]

Goranboy rayonunda Vətən müharibəsi şəhidləri Yadigar Əliyev və Elgün Xıdırovun anım mərasimi keçirilib.

Anım mərasimində Milli Məclisin deputatı Anar Məmmədov,  Goranboy rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, YAP Goranboy rayon təşkilatının fəalları, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Anım mərasimində şəhidlərin məzarları ziyarət olunaraq qəbirləri üstünə əklil, gül-çiçək dəstələri düzülüb, ruhlarına dualar oxunub.

Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci-vitse prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Paylaş:
Baxılıb: 767 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31