YAP və Çin Kommunist Partiyası arasında videoformatda görüş keçirilib
29.10.2021 [15:37]
Oktyabrın 29-da Çin Kommunist Partiyasının təşəbbüsü ilə Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq əlaqələr şöbəsi müdirinin müavini Çyan Xunşan arasında videoformatda görüş keçirilib.
Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq əlaqələr şöbəsi müdirinin müavini Çyan Xunşan YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovu salamlayaraq bu görüşün keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Tahir Budaqov Çyan Xunşanı Çin Kommunist Partiyasının yaradılmasının 100 illiyi münasibətilə bir daha təbrik edərək bildirib ki, Azərbaycan Respublikası Çin Xalq Respublikası ilə qarşılıqlı əlaqələrə böyük önəm verir, ölkələrimiz arasında bu gün siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrimiz uğurla davam edir. Əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin dostluq münasibətlərinin əhəmiyyətini vurğulayan Tahir Budaqov ortaq iqtisadi maraqlar, hər iki ölkənin tarixi İpək Yolunun bərpasındakı rolu və digər bu kimi amillərin əməkdaşlığın güclənməsinə zəmin yaratdığını qeyd edib. O, həmçinin, Azərbaycanın Çin Xalq Respublikasının irəli sürdüyü “Bir kəmər, bir yol” layihəsini dəstəkləyən ilk ölkələrdən biri olduğunu diqqətə çatdırıb. Zəngəzur dəhlizi isə Azərbaycanın tranzit ölkə kimi potensialını daha da gücləndirəcək, bu dəhliz vasitəsilə Şərq-Qərb istiqamətində beynəlxalq yükdaşımaların əhəmiyyətli dərəcədə artması regionda Azərbaycan və Çinin də fəal iştirakçısı olduğu yeni çoxtərəfli əməkdaşlıq platformasının formalaşmasını təmin edəcək. Bütövlükdə hesab edirik ki, münasibətlərimizin daha da inkişafı üçün böyük potensial var. Xüsusilə, iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi üçün geniş imkanlar mövcuddur.
Görüşdə həmçinin, Azərbaycanın inkişafında yeni mərhələnin başlandığı, ötən il 44 günlük müharibə nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü təmin etdiyi vurğulanıb. YAP Sədrinin müavini Çinin hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib: “Qarşıda dayanan əsas vəzifələrimizdən biri Ermənistanın işğalından azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işlərinin həyata keçirilməsidir. Bu prosesdə dost ölkələrin, o cümlədən Çinin şirkətləri də iştirak edir, amma istərdik ki, onların sayı daha da çox olsun”.
Tahir Budaqov deyib ki, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyasının münasibətləri də uğurla davam edir. Cari ilin iyul ayında Çin Kommunist Partiyasının təşkilatçılığı ilə Dünya Siyasi Partiyalarının “Xalqın xoşbəxtliyi naminə: siyasi partiyaların məsuliyyəti” mövzusunda videokonfrans formatında keçirilən sammtində Yeni Azərbaycan Partiyası da təmsil olunub. Partiyalar arasında münasibətlər öz növbəsində dövlətlərin əlaqələrinin daha da güclənməsinə müsbət təsir edir.
Görüşdə iştirak edən Azərbaycanın Çin Xalq Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı da ölkələr arasında münasibətlərin uğurla inkişaf etdiyini bildirib. O, əlaqələrin inkişafında Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyasının aparıcı rol oynadığını diqqətə çatdırıb.
Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsi müdirinin müavini Çyan Xunşan da qeyd edib ki, Çin Xalq Respublikası Sədrinin və Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə müxtəlif sahələri əhatə edən əlaqələrimiz uğurla inkişaf edir. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətlə inkişaf etdiyini diqqətə çatdırıb və Çinin Azərbaycanın uğurlarına sevindiyini söyləyib. Bildirilib ki, Azərbaycan regionda Çinin əsas tərəfdaşlarından biridir. Çin Xalq Respublikası Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasında maraqlıdır.
Onun sözlərinə görə, hər iki ölkənin liderləri qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi üçün uğurlu siyasət həyata keçirirlər. Çyan Xunşan Çin Kommunist Partiyasının Yeni Azərbaycan Partiyası ilə əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu bildirib. Bu görüşün də məhz iki partiya arasında mövcud əlaqələrin və dostluq münasibətlərinin daha da gücləndirilməsi məqsədi daşıdığını diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

