YAP Binəqədi rayon təşkilatında Vətən müharibəsi qaziləri ilə görüş keçirilib
27.10.2021 [16:28]
Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatında Vətən müharibəsi qaziləri ilə görüş keçirilib. Görüşdə əvvəlcə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş qəhrəman oğul və qızlarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Daha sonra çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərdən bəhs edib. Dövlət-xalq-ordu həmrəyliyinin bütün dünyaya əsl nümunə olduğunu və bu birliyin heç bir zaman sarsılmayacağını vurğulayan V.İsmayılov ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda əsgər və zabitlərimizin göstərdikləri şücaətin hər birimizdə sonsuz iftixar hissi doğurduğunu qeyd edib.
Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov isə özünün keçdiyi döyüş yolundan və xatirələrindən danışıb, Azərbaycan xalqının məğrurluğunun və qətiyyətinin, vətənpərvərliyinin bütün xalqlar üçün əsl örnək olduğunu söyləyib. S.Mənəfov, həmçinin şəhid ailələrinin üzvlərinin, Vətən müharibəsində yaralanmış qazilərin sağlamlıqlarının bərpası, məşğulluqlarının təmin edilməsi, həyat şəraitlərinin daha da yaxşılaşdırılması üçün göstərilən dəstək tədbirlərindən danışıb.
Sonda çıxış edən Vətən müharibəsi qazilərindən Ceyhun Sədrayev, Mobil Əhmədzadə və Ceyhun Şıxıyev 44 günlük müharibə zamanı döyüş yoldaşlarının qəhrəmanlıqlarından ətraflı bəhs ediblər. Döyüş zamanı əsgər və zabitlərdə olan ruh yüksəkliyinin, eləcə də onlara ünvanlanan “Əsgərə məktub”larının əsl stimul olduğunu qeyd edən qazilər xalqımızın dəstəyini daim hiss etdiklərini, onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

