/ / YAP Veteranlar Şurasının təşkilatçılığı ilə “Azərbaycanı dünya liderliyinə aparan böyük yol” mövzusunda videokonfrans keçirilib
YAP Veteranlar Şurasının təşkilatçılığı ilə “Azərbaycanı dünya liderliyinə aparan böyük yol” mövzusunda videokonfrans keçirilib
01.10.2021 [18:12]
Oktyabrın 1-də Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatında partiyanın Veteranlar Şurasının təşkilatçılığı ilə “Azərbaycanı dünya liderliyinə aparan böyük yol” mövzusunda videoformatda konfrans keçirilib.
YAP Veteranlar Şurasının üzvlərinin, partiyanın Gəncə, Tovuz, Daşkəsən, Göygöl, Şəmkir, Samux, Gədəbəy, Naftalan, Qazax, Ağstafa, Siyəzən, Şabran, Xaçmaz, Quba, Qusar, Xızı rayon təşkilatlarının fəal üzvlərinin iştirakı ilə keçirilən konfransı giriş sözü ilə açan YAP İdarə Heyətinin üzvü, partiyanın Veteranlar Şurasının sədri Arif Rəhimzadə bildirib ki, ulu öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycan yaxın günlərdə dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünü qeyd edəcək: “Müstəqilliyimizin ilk illərində yaşananlar hər kəsə məlumdur. 1991-1993-cü illər Azərbaycanın çoxəsrlik tarixinə qara səhifə kimi yazılıb. Həmin dövrdə ölkədə xaosun, anarxiyanın, özbaşınalıqların, iqtisadi böhranın baş alıb getməsi xalqda sabaha böyük ümidsizlik ovqatı yaratmışdı. Belə çətin bir dövrdə xalq üzünü öz xilaskarına- ulu öndər Heydər Əliyevə tutdu. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti qısa müddətdə Azərbaycanı sabitlik diyarına çevirdi. Azərbaycanda bütün inkişafın əsası kimi qəbul olunan sabitliyin, normal iqtisadi mühitin yaradılması ölkəmizin böyük investisiyalar məkanına çevrilməsinə, ən əsası siyasi müstəqilliyinə geniş imkanlar açdı. Azərbaycan beynəlxalq münasibətlər sisteminin fəal üzvünə çevrildi.” A.Rəhimzadə diqqətə çatdırıb ki, son 18 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən bütün sahələrdə uğurla davam etdirilməsinin nəticəsində bu gün böyük inamla qeyd edirik ki, Azərbaycanın sözünün imzası qədər əhəmiyyəti vardır.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, biologiya elmləri doktoru, professor Urxan Ələkbərov mövzu ətrafında geniş məruzə ilə çıxış edib. Bildirib ki, ulu öndər Heydər Əliyevin gələcəyə hesablanmış siyasətinin təntənəsi bugünkü Azərbaycandır. O Azərbaycan ki, 44 gündə Prezident İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində 30 ilin işğalına son qoydu, ədaləti, ərazi bütövlüyümüzü bərpa etdi.
U.Ələkbərov hərbi-siyasi uğurun informasiya təminatından bəhs edib: “Dövlət başçısı İlham Əliyevin istər 44 günlük Vətən müharibəsi, istərsə də hazırkı postmünaqişə dövründə xarici mətbuata müsahibələrinə diqqət yetirdikdə informasiya cəbhəsində üstünlüyümüzün özünü qabarıq şəkildə büruzə verdiyini görürük. Ölkə Prezidenti böyük qətiyyətlə 30 illik işğal dövrünün reallıqlarını, Azərbaycanın beynəlxalq səviyyədə qəbul olunan ərazilərinin geri qaytarılması istiqamətində səylər göstərdiyini, 30 ildə sülh danışıqlarına üstünlük versə də qarşı tərəfin əsassız iddiaları, imitasiya naminə danışıqlara qoşulması nəticəsində sülh yolunun səmərə vermədiyini konkret faktlarla diqqətə çatdıraraq bir daha bildirir ki, Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısını böyük qətiyyətlə aldı, tarixə Zəfər səhifəsini yazdı.”
Məruzə ətrafında çıxış edən YAP Veteranlar Şurasının üzvü Dilarə Seyidzadə bu gün beynəlxalq münasibətlər sistemində özünməxsus yer tutan, söz sahibi olan Azərbaycanın uğurlarında Heydər Əliyev yolunun rolundan danışıb. Bildirib ki, bu siyasətin son 18 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanı qalib ölkə kimi tanıtdı.
YAP Veteranlar Şurasının üzvü Südeyif İmamverdiyev bildirib ki, dahi şəxsiyyət Heydər Əliyev uğurlu və düşünülmüş siyasəti ilə Azərbaycanı bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsindən xilas etdisə, onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev adını tarixə işğal altında olan torpaqlarımızın xilakarı kimi yazdı.
YAP Veteranlar Şurasının üzvləri Əli Həsənov və Tahir Rzayev tarixi Zəfərimizin Azərbaycanı inkişafa, tərəqqiyə aparan yolun təqdimatı olduğunu bildiriblər. Qeyd ediblər ki, möhkəm təməl daim ölkəni inkişafa, tərəqqiyə aparır. Azərbaycan dünya birliyinin fəal üzvü kimi cərəyan edən proseslərə ədalətli mövqeyini nümayiş etdirir, balanslaşdırılmış xarici siyasəti ilə davamlı uğurlara imza atır.
Videokonfrans diskussiya şəklində davam edib.
YAP Şəmkir rayon təşkilatının üzvü Emin İsmayılovun, Tovuz rayon təşkilatının üzvü Nihad Pənahovun, Şabran rayon təşkilatının üzvü Gülər Kərimovanın və Göygöl rayon təşkilatının üzvü Vüqar Hüseynovun sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

