YAP Veteranlar Şurasının üzvü Kərim Hacıxan oğlu Kərimov vəfat etmişdir
23.09.2021 [19:35]
Yeni Azərbaycan Partiyasına ağır itki üz vermişdir. YAP Veteranlar Şurasının üzvü, “91-lər”in nümayəndəsi Kərim Hacıxan oğlu Kərimov ömrünün 85-ci ilində vəfat etmişdir.
Kərim Hacıxan oğlu Kərimov 18 fevral 1936-cı ildə Qax rayonunun İlisu kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Şəki Pedaqoji texnikumuna daxil olmuşdur. 1955-ci ildə texnikumu fərqlənmə diplomu ilə bitirdikdən sonra N.Tusi adına Azərbaycan Dövlət Pedoqoji İnstitutunun tarix, dil-ədəbiyyat fakültəsinə daxil olmuşdur. 1960-cı ildə həmin ali məktəbi fərqlənmə diplomu ilə başa vurmuşdur.
Kərim Kərimov 1960-1995-ci illərdə Tədris-kurs kombinatının direktoru, Yüngül Sənaye Nazirliyinin kommunal-təsərrüfat idarəsinin rəisi vəzifəsində, kadrlarla iş sahəsində çalışmışdır.
Kərim Kərimov 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası başlanan zaman əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmiş, həmin dövrlərdə respublikada mövcud olan mürəkkəb ictimai-siyasi proseslərə münasibətdə özünün prinsipiallığı ilə fərqlənmişdir. O zaman respublikamızın bir çox vətənpərvər ziyalıları kimi, Kərim Kərimov da ölkəmizin düşdüyü çətin durumdan yeganə xilas yolunu Ulu Öndər Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə gəlməsində görürdü. O, Yeni Azərbaycan Partiyasının yaradılması təşəbbüsü ilə çıxış edən, bu məqsədlə ulu öndər Heydər Əliyevə müraciət edən 91 ziyalıdan biri olmuşdur.
Kərim Kərimov 21 noyabr 1992-ci ildə Naxçıvan şəhərində YAP-ın təsis konfransında iştirak etmiş, konfransda partiyanın İdarə Heyətinin üzvü seçilmişdir.
YAP İdarə Heyətinin üzvü kimi partiyanın təşkilatlanması, onun yerli strukturlarının formalaşdırılmasında yaxından iştirak etmişdir. 1993-cü ilin yanvar ayında yaradılan YAP Nərimanov rayon təşkilatının ilk sədri seçilmişdir.
Kərim Kərimov 1995-ci ilin noyabr ayında müstəqil Azərbaycan Respublikasının ilk parlamentinin üzvü-Milli Məclisin deputatı seçilmişdir. O, Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri kimi insan hüquq və azadlıqlarına dair milli qanunvericiliyin formalaşmasında yaxından iştirak etmişdir.
Kərim Kərimov 2000-ci ildə də II çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmiş və parlamentin İntizam komissiyasına rəhbərlik etmişdir.
O, bütün fəaliyyəti dövründə hər zaman ulu öndər Heydər Əliyevin ideyalarına və Prezident İlham Əliyevin siyasətinə sadiq qalmış, dövlətimizin həyata keçirdiyi uğurlu siyasətin təbliğində fəal iştirak etmişdir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Kərim Kərimov respublikamızın ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif olunmuşdur.
Kərim Kərimovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!
Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatı
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

